Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycanda kitabxanaların

fəaliyyətinin yaxşılaşdırılması haqqında

 

Azərbaycan kitabxanaları Azərbaycan xalqının milli sərvətıdir. Xalqımızın yaratdığı qiymətli tarixi-mədəni, ədəbi-bədii elmi-fəlsəfi irsin toplanıb saxlanmasında, bəşər rnədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən-nəslə çatdırılmasında cəmiyyətimizin intellektual-mənəvi potensialının artırılmasında kitabxanalarımız əvəzsiz rol oynayır.

Ölkəmiz qədim dövrlərdən başlayaraq, öz yüksək kitab mədəniyyəti ilə seçilmiş zəngin kitabxanaları ilə tanınmışdır. Azərbaycanın müxtəlif kitabxanalarında saxlanılan xalqımızın ədəbi-estetik, elmi-mədəni fikir dünyasını əks etdirən çox sayda əlyazma XIX əsrin əvvəllərindən regionda cərəyan edən hadisələr nəticəsində ölkə xaricinə aparılmış bu gün dünya kitabxanalarında Şərq fondlarının əsasını təşkil edərək mühafizə olunur.

XIX  əsrdə Azərbaycanda maarifçilik hərəkatının güclənməsi, neft sənayesinin görünməmiş yüksəlişi ictimai-siyasi həyatda baş verən dəyişikliklər ölkəmizin elm-mədəniyyət mərkəzi kimi tanınan şəhərlərində kitabxanalar şəbəkəsinin yaradılması genişləndirilməsinə gətirib çıxarmışdır.

XX əsrdə milli kitabxana mədəniyyəti tarixinin yaddaqalan hadisələri baş vermiş respublikanın ən böyük kitab xəzinələri yaradılmış, bütün bölgələri əhatə edən geniş kitabxanalar şəbəkəsi qurulmuş mərkəzləşdirilmiş, kitabxanalan maddi-texniki bazası möhkəmləndirilmiş Kitab palatası təşkil edilmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində erməni silahlı dəstələri işğala məruz qoyduqları ərazilərimizdə vandalizm aktı törətmiş, illərlə fondlarında 4 milyondan artıq kitabın mühafizə olunduğu 1000-ə yaxın kitabxananı kitabxana filiallarını birləşdirən mərkəzləşdirilmiş kitabxana sistemlərini bütünlüklə dağıtmışlar.

Bu gün geniş kitabxana-informasiya şəbəkəsinə malik Azərbaycanda 12 mindən çox müxtəlif tipli kitabxana mövcuddur. 1996- ildə Azərbaycan hökuməti "Azərbaycan Respublikasında kitabxana işinin vəziyyəti onu yaxşılaşdırmaq tədbirləri haqqında" qərar qəbul etmişdir. 1999-cu ildə "Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmişdir.

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 2004-cü il 12 yanvar "2005-2006- illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında" 2004-cü il 27 dekabr tarixli sərəncamlarına əsasən, son üç il ərzində ümumi sayı doqquz milyona yaxın ədəbiyyat nəşr olunmuş ölkə kitabxanalarına hədiyyə edilmişdir. Yeni nəşrlər kitabxana fondlarını onlardan istifadə imkanlarını xeyli genişləndirməklə yanaşı, həmin kitabların yerləşdirilməsi baxımından çətinliklər yaratmışdır.

Müasir Azərbaycan cəmiyyətinin informasiya təminatının həyata keçirilməsində ölkə kitabxanalarının tutduğu mühüm yer mədəniyyətin bu sahəsində informasiya cəmiyyətinin tələblərinə uyğun olaraq, müasir texnologiyaların tətbiqini zəruri edir.

Kitabxanaların fəaliyyətinin yaxşılaşdırılmasının ölkəmizin ictimai-mənəvi həyatının daha da canlanmasına təsiri baxımından böyük əhəmiyyətini Azərbaycanın informasiya cəmiyyətinə doğru əhatəli inkişaf perspektivlərini nəzərə alaraq, elmi-mədəni sərvətlərdən hərtərəfli istifadə imkanlarının genişləndirilməsi eləcə Azərbaycan kitabxanalarının dünya informasiya məkanına daxil olmasının təmin edilməsi məqsədi ilə qərara alıram:

1.  Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyi Azərbaycan Respublikasının Rabitə İnformasiya Texnologiyaları Nazirliyi ilə birlikdə:

1.1. Azərbaycan Milli Kitabxanasının modernləşdirilməsi, müasir informasiya texnologiyala ilə təmin edilməsi maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər planı hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. yerli icra hakimiyyəti orqanlarının təkliflərini nəzərə alaraq, Azərbaycanın regionlarında fəaliyyət göstərən kitabxanaların təmirinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə müasir informasiya daşıyıcılana ehtiyacının ödənilməsinə dair xüsusi tədbirlər planını hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3.  ölkənin iri kitabxanalarının elektron kataloqu elektron kitabxanasının  müasir standartlar səviyyəsinə qaldırılması onun bazasında "Azərbaycan ədəbiyyatının virtual kitabxanası"nın oxucuların tam istifadəsinə verilməsini təmin etsin.

2. Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyi müvafiq qurumlarla birlikdə "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"  hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

3.  Azərbaycan Respublikasının Təhsil Nazirliyi məktəb kitabxanalarının  maddi-texniki bazasının möhkəmləndirilməsinə müasir informasiya texnologiyaları ilə təchizatına dair tədbirlər planını hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

4.  Azərbaycan Milli Elmlər Akademiyası "Akademiya şəhərciyi"nin ərazisin Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Kitabxanası üçün yeni binanın tikilməsi ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

5.  Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

6.  Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 aprel 2007-ci il

 

Respublika.- 2007.- 21 aprel.- S.1.