Ülvi A.
Teatrın Beynəlxalq uşaq bayramına töhfəsi
Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrının
mətbuat xidmətindən bildirmişlər ki, teatrın bir
qrup nümayəndəsi ötən gün Türkiyəyə
yola düşdü. Məlumdur ki, hər il Türkiyənin
Alanya şəhərində Beynəlxalq uşaq bayramı
həftəsi keçirilir. Dünyanın müxtəlif
yerlərindən dəvət olunmuş kollektivlərin və
uşaqların sevincinə səbəb olan bu irimiqyaslı
tədbirə təşkilatçıların
təşəbbüsü ilə fəxri qonaqlar da
qatılırlar. Bu ilki tədbirə Alanya şəhərinin
rəhbəri cənab Həsən Sipahioğlu
başçılıq edir. Bayramda ölkəmizi
Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrı İ.Coşqunun “Çal oyna” (quruluşçu rejissor
L.Kərimov) və N.Gəncəvinin “Xeyir və Şər”
(quruluşçu rejissor N.Kazımov) tamaşaları ilə
təmsil edirlər. Aprelin 23-dən 27-nə kimi
keçiriləcək bu festivalda Azərbaycan
nümayəndə heyəti iki gün öncədən
iştirak edəcək, müxətlif mədəni
tədbirlərin iştirakçısı olacaq.
Səfərə çıxan qrupa teatrın direktoru,
respublikanın əməkdar artisti Mübariz Həmidov
rəhbərlik edir. Kollektiv türkiyəli uşaqlara təkcə
sənət töhfəsi aparmır, həm də
tamaşaların nəfis şəkildə çap olunmuş
proqramlarını, teatrın bukletlərini,
əsarətdə olan şəhərlərimizin
fotoalbomlarını, milli suvenirlərimizi də hədiyyə
edəcəkdir.,
Xalq qəzeti.- 2007.- 22 aprel.- S. 7.