Eyvazlı E.
Kitabxana – milli kimliyin,
yaddaşın qorunduğu yer
Hər bir millətin
kimliyi, milli yaddaşi kitabxanalarda qorunur desək,
yanılmarıq. Kitabxanalar dünəni bu günə
daşıyan, bu günü gələcəyə aparan
canlı varlıq, danışan tarixdır. Deməli, kitabxanalar
həm də strateji obyektlərdir. Təsadüfi deyil ki,
mütəxəssislər kitabxanaların məhvini xalqın
milli şüurunun məhv edilməsi kimi dəyərləndirirlər.
Görünür, buna
görədir ki, dünyanın əksər
ölkələrində milli kitabxanalardakı kitabların
elektron variantı hazırlanır və onun bir nüsxəsi
məxfi yerlərdə saxlanılır. Rusiya kitabxanalarındakı
kitabların surəti isə dərin və böyük Sibir
mağarasında qorunur. Bütün bunlarda isə bir
məqsəd var: Hansısa səbəbdən kitabxanalar
məhv olsa, orada olan kitabların özünü də olmasa,
sürətlərini əldə etmək
mümkünləşsin. Azərbaycanda bu məsələnin
həlli üçün hələ xeyli işlər
görülməlidir.
Bu gün informasiyalı
cəmiyyətdə yaşayırıq.
İnformasiya
cəmiyyətinin formalaşması dövründə isə
kütləvi kitabxanaların rolu müstəsna
dərəcədə artır. Bu kitabxanalar vətəndaşların
informasiya cəmiyyətinin üstünlüklərindən
istifadə etmələrinə, onların informasiyalardan və
biliklərdən bəhrələnmək
hüquqlarının həyata keçirilməsinə
kömək göstərməlidir.
Kənd kitabxanalarının
şəraiti
Bizdə kitabxanalar deyilən
tələblərə cavab verirmi? Ümumiyyətlə, bu
sahədə gerçəklik nədən ibarətdir?
Mədəniyyət
və Turizm Nazirliyinin kitabxana bölməsinin müdiri, tarix
elmləri namizədi Lətifə Məmmədova bildirir ki,
hazırda Milli Kitabxanamızda 5 milyona yaxın kitab
saxlanılır:
- Azərbaycanda
ümumilikdə 12 min kitabxana var ki, onların da 4 minə
yaxını Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindədir.
Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan
kitabxanaların cəmi 29-da, özü də 1-5 sayda
kompüter var. Cəmi 14 kitabxana İnternet
çıxışına malikdir.
Bu gün
ölkədə təxminən 500 adda qəzet və jurnal
çıxdığı halda, Milli Kitabxana istisna olmaqla
digər kitabxanalar cəmi 1-3 adda mətbu orqan alırlar.
2004-2006-cı illərdə Milli Kitabxanaya cəmi 15 min,
AMEA-nın kitabxanasına 8500, region kitabxanalarına isə 2-3
min adda kitab daxil olub.
Kənd kitabxanalarında isə
normal şərait yoxdur. ABŞ-ın maliyyə dəstəyi ilə 10 rayonda informasiya mərkəzi yaradılıb.
İndi həmin mərkəz əlindən tərpənmək
mümkün deyil.
Kənd kitabxanaları
isə hələlik kompüterlə təmin olunmayıb:
Milli Kitabxananın nadir fondunda da ürəkaçan şəraitdən danışmaq
tezdir. Orada materiallar adi
qıfıllı şkafda
saxlanılır. Yeniləmə, təzələmə, kitabların
ömrünü uzatmaq
üçün tədbirlərə
ehtiyac duyulur. Qədim kitabxanalarımız hesab edilən Milli Arxiv, MEA-nın və BDU-nun kitabxanası da eyni haldadır.
Respublikada konservasiya mərkəzinin
yaradılmasına zərurət
var.
Prezidentin 2004-cü ilin 12 yanvar tarixli "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin
həyata keçirilməsi
haqqında" Sərəncamı
əslində zəruri
tarixi əhəmiyyətli
sənəd kimi qiymətləndirilməlidir. Yoxsa son illər
kitabxanalarımıza daxil
olan kitabların sayı barmaqla sayılacaq həddə gəlmişdi.
Qeyd edək
ki, "Kitabxana işi haqqında" Qanunun 15-ci maddəsinə
əsasən, dövlət
və qeyri-dövlət
nəşriyyatları Milli
Kitabxanaya hər çap məhsullarından
4 nüsxə, qəzet-jurnallar
isə 2 nüsxə məcburi verməlidir. Ancaq bu gün həmin
qanuna heç də həmişə əməl olunmur.
L.Məmmədova bildirir ki, bəzən
bizdə elə bilirlər ki, mütaliə etmək yalnız bədii kitab oxumaq deməkdir,
əslində mütaliə
o cümlədən bədii
kitab oxumaq deməkdir.
Problemləri aradan qaldırmaq üçün Dövlət
Proqramı hazırlanıb. Bu sahədə yaranmış
problemlərin aradan qaldırılması üçün
2007-2011-ci illər üçün
Mədəniyyət və
Turizm Nazirliyi 100 səhifəlik Dövlət
Proqramı hazırlayıb
və Nazirlər Kabinetinə təqdim edib.
Proqramda nələrin
yer aldığına
gəlincə, həmsöhbətimiz
bildirdi ki, burada dünya praktikasından istifadə
edilib:
- Azərbaycanda informasiya və biliklər cəmiyyətinin
qurulmasında kitabxanaların
üzərinə böyük
vəzifələr düşür.
Kitabxanalar əhalinin bütün
təbəqələrinə xidmət göstərən
yeganə sosial institutdur ki, onun vasitəsilə respublikanın intellektual potensialının formalaşması
və inkişafı kimi əvəzedilməz funksiyalar yerinə yetirilir. Məhz kitabxanalar vasitəsilə
müxtəlif informasiya
daşıyıcıları sistemli formada toplanıb mühafizə edilir, onların ödənişsiz ictimai istifadəsi təşkil olunur. Bununla da milli yaddaşımız, milli və intellektual sərvətlərimiz qorunub-saxlanılır,
nəsillərdən-nəsillərə ötürülür. Bu gün ölkəmizin bir çox kitabxanalarında nadir nüsxələrə
çevrilmiş əlyazmalar,
kitab, qəzet və jurnallar saxlanılır. Onların bir
çoxu kitabxanalara şəxsi kolleksiyalardan əmanət qalıb və tariximizin, iqtisadiyyatımızın, mədəniyyətimizin
müxtəlif mərhələlərdə
inkişafı barədə
məlumat verən yeganə mənbələrdir.
Ona görə də Azərbaycan kitabxanalarını
dünya standartları
səviyyəsinə çatdırmaq
zəruridir və bunun izahına ehtiyac yoxdur.
"Azərbaycan
Respublikasında kitabxana-informasiya
sahəsinin 2007-2011-ci illərdə
inkişafı və modernləşdirilməsi üzrə
Dövlət Proqramı"
üçün tələb
olunan 178,9 milyon manat vəsait kitabxanaların komplektləşdirilməsi,
informasiyalaşdırılması, maddi-texniki bazasının
gücləndirilməsi, yeni
kitabxana-informasiya mərkəzlərinin
inşa edilməsi, mövcud kitabxanaların əsaslı təmiri, yenidən qurulması, kitabxana fondlarının təhlükəsizliyinin və
mühafizəsinin təmin
edilməsi, kitabxana xidmətinin müasir səviyyədə təşkili,
kitabxana şəbəkəsinin
idarə olunması və kadr islahatlarının
həyata keçirilməsi,
kitabxanaların beynəlxalq
əlaqələrinin inkişafı
və genişləndirilməsi,
kitabxana işi sahəsində elmi tədqiqatların aparılması
üçün nəzərdə
tutulub. Proqramın icrası üçün
təqdim olunmuş hesablamalar ilkin və təxmini xarakter daşıyır.
Proqramda nəzərdə
tutulan tədbirlər
yalnız Mədəniyyət
və Turizm Nazirliyinin kitabxana şəbəkəsi deyil,
Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinə məxsus və s. kitabxanalar da daxil edilib.
Bu isə "Kitabxana İşi haqqında" Qanunun
3-cü maddəsinə uyğun
gəlir. Bundan başqa,
kitabxana sahəsində
dövlət siyasətini
Mədəniyyət və
Turizm Nazirliyinin nəzdində olan Milli Kitabxana həyata keçirir.
Proqramda həmçinin
"Heydər Əliyev
Mərkəzi"nin nəzdində Milli Kitabxana-İnformasiya Kompleksinin
yaradılması planlaşdırılır.
Azərbaycanda analoqu olmayan
möhtəşəm və
çoxfunksiyalı, əhalinin
bütün təbəqələrinə
xidmət edən mədəniyyət və
informasiya vasitəsi kimi nəzərdə tutulmuş konsepsiya Prezidentin İcra Aparatına təqdim olunub.
Rayonlarda kitabxana filiallarının
əksəriyyəti qəza
vəziyyətində olduğu,
yaxud şəxsi evlərdə yerləşdiyi
üçün yeni binaların inşası və mövcud binaların əsaslı təmir edilməsi əsas vəzifələrdəndir.
Hazırda əhalinin bütün təbəqələrinə ödənişsiz
xidmət edən, dövlətin fasiləsiz
informasiya və təhsil siyasətini təmin edən müəssisə kitabxanalardır.
Bununla kitabxanalara maraq oyatmaq olar.
Nazirlik nəzərdə
tutulmuş vəsaitin
yalnız dövlət
büdcəsi hesabına
deyil, müxtəlif beynəlxalq
və yerli donor, xeyriyyə təşkilatları
və fondların, iş adamlarının ayırdıqları vəsaitlərdən
də əldə edilməsini planlaşdırır.
Bü yöndə nazirlik bir sıra donorlarla
anlaşma da əldə edib.
Bu gün Azərbaycan Dövlət Neft Şirkəti, Azərbaycan Hava Yolları (AZAL), "Azəriqaz"
Qapalı Səhmdar Cəmivvəti nəinki öz tabeliyində olan kitabxanaları müasir standartlar səviyyəsinə çatdırmaq
vəzifəsini yerinə
yetirir, eləcə də respublika rəhbərliyi tərəfindən
onlara təhkim olunmuş şəhər
və rayonlarda yerləşən kitabxanaların
yenidən qurulmasını
daxili imkanlar hesabına həyata keçirirlər.
Proqramda yeni dislokasiya xəritəsinin tərtib
edilməsi zərurəti
də öz əksini tapıb. Çünki hətta Bakının Yeni Günəşli və Suraxanı qəsəbələrində, Müşviqabad
və Pirəküşküldə
ümumiyyətlə kitabxana
yoxdur.
Proqramda həmçinin
"Kitabxana işi haqqında" Qanunda qeyd olunan kitabxanaların
məcburi nüsxələrlə
təmin edilməsi, kitabxana fondlarının müxtəlif informasiya daşıyıcıları ilə
komplektləşdirilməsi üçün zəmanətli
maliyyələşdirilməsinin təmin edilməsi, Respublika kitabxana-informasiya şəbəkəsinin sistemli
komplektləşdirilməsi, bu işin reklamını
təşkil etmək
məqsədilə "Kitab
yayım evi"nin yaradılması və fəaliyyətinin təşkil edilməsi məsələləri də
özünə yer alıb.
Belə görünür ki, Dövlət Proqramının
qəbulundan sonra kitabxana sahəsində olan problemlər aradan qalxacaq.
Xəzər.- 2007.- 7 aprel.- S. 14.