Qaliboğlu E.
Sirat körpüsü
Film beş dostun faciəli həyatından
bəhs edir
Aprelin 25-26-da
Akademik Opera və Balet Teatrında ilk dəfə
nümayiş olunan "Sirat körpüsü"
tammetrajlı filminə baxmağa xeyli tamaşaçı
gəlmişdi. Adətən hər sahədə
ilk dəfə təqdim olunana maraq çox olur. Azərbaycan tamaşaçısı da
əsasən kinoteatrlara
nə isə yeni maraq kəsb
edən filmə baxmağa gedir. Amma görəsən, həmin "yeni" tamaşaçıya hansı
səviyyədə təqdim
edilir?
Filmdə uşaqlığı yetimlər evində keçmiş atılmışların
gənclik dövrlərində
başlarına gələn
fəlakətlərdən bəhs
edilir. Əvvəlcə
tamaşaçılara filmin
mayasını özündə
ifadə edən klip təqdim edildi. Klipdəki estrada ifaçıları
canlı səhnədə
də eynən, amma siluetsayağı çıxış etdilər.
Müstəqil politoloq
Oqtay Sadıqzadə filmin adının rəmzi seçildiyini bildirdi: "Filmdə acınacaqlı uşaqlıq
dövrünü yaşamış
gənclərin faciəsi
təsvir edilib".
O, filmə ciddi sənətkarlıq tələblərilə
yanaşmamağı xahiş
etdi, bunu rejissorun gənc, eyni zamanda da
sənətinə vurğun
olması ilə izah etdi. Kinemattoqrafçılar
İttifaqının katibi,
əməkdar incəsənət
xadimi Şamil Nəcəfzadə filmdə
gerçəkliyin ab-havasının olduğunu
bildirdi: "Samir filmdə maraqlı, təbii uzlaşmalar tapa bilib". Jurnalist İlqar Fəhmi çəkilişlərin
çox çətin
keçdiyini dedi:
"Mən onda gördüm ki, film çəkmək necə çətindir".
Filmin quruluşçu
rejissoru Samir Kərimoğludur. Rollarda
Rövşən Ağayev,
Dilarə Kazımova, Aqşin Fateh, Elşən Xəzər
Nailə Zeynalova,
Nicat Kazımov və başqaları çəkiliblər.
Əvvəla, onu
deyək ki, müddəti 2 saat olan filmin heç
olmasa, bir az yığcamlaşdırılması
mümkün idi. Adətən
bugünkü tamaşaçı
daha çox qısalığa meyl edir. Dünya kinosunun ən son yeniliklərini belə qarabaqara izləyən Azərbaycan tamaşaçısını
bu gün nə iləsə heyrətə gətirmək
bir yana
qalsın, hətta maraqlandırmaq belə çətin işdir.
Beş dostun acınacaqlı taleyi mövzusunda hadisələrin
cərəyan etdiyi
film dostlardan birinin həbsxanadan çıxmasının
təsviri ilə başlayır. Onun həbsxana
yoldaşına inanması
ucbatından 14 min dollar pulu
ödəməyə vaxt
götürməsi dostları
üçün ən
böyük qayğıdır.
O, həbsxanadan çıxanda
da qayğılıdır:
dostlarından biri oğurluqdan başqa çıxış yolunun
olmadığını deyir.
Dostların varlı-imkanlı Əfrasiyabın evindən
seyfi oğurlamasıyla
hadisələr gərginləşməyə
doğru gedir.
Filmə baxdıqdan
sonra tamaşaçıda
belə təəssürat
yaranır ki, bu dostların dünyaları yoxdur. Ata-ana mehrindən məhrum gənclər çaşqındırlar. Nə qədər hisslərini gizlətsələr də,
yetimlik duyğusu, varlı-yoxsul həyatının
bütün təzadlarıyla
göründüyü cəmiyyətdə
kasıb yaşamaq onları çox zaman bezdirir. Bütövlükdə cəmiyyətə qarşı dura bilmək, ruhunun gücüylə onu yenmək qüdrəti, hünəri isə bu dostlarda yoxdur.
Bu səbəbdən də onların faciəviliyi qaçılmazdır.
Əfrasiyabın təsadüfən
seyfə qoyduğu 10 kq əmanət "ağı" - narkotik maddəni tapmaq üçün Qara Ziyada müraciət etməsi, Zemanın dostların arasına soxulması, lap xarici filmlərdəki kimi bolluca ölüm səhnələrinin təsvir
olunması sonda dostların fəlakəti
ilə başa çatır.
Narkotik maddəni
Qara Ziyada satıb əvəzində
bir torba pulu alarkən köhnə düşmənləri
Nizamın dəstəsilə
gəlib çıxması
süjeti bu mövzudakı xarici filmləri xatırladır. Filmdə Azərbaycan
ruhunu axtarırsan, tapa bilmirsən. Estrada musiqiləri tez-tez bar həyatının
fonunda səsləndirilir.
Filmin tərbiyəvi
gücünün artırılması
üçün təzadlı
səhnələrin yaradılmasına
ehtiyac vardı.
Narkomanlığa qurşanmış
Cəbinin xəyallanarkən
onun yuxusunun cizgi filmi sayağı
ifadə edilməsi rejissorun bu məqamda
tələsməsindən xəbər
verir. Əksinə,
bu məqam daha diqqətlə işlənilməli idi: çünki xəyalla bağlı səhnələrin
təbiiliyi həmişə
tamaşaçının yaddaşında
xüsusi ilişib qalır. Bu mənada Azərbaycan və dünya kinosunda dediyimizlə bağlı uğurlu məqamlar az deyil.
Hardasa filmin ideyasından sezilən budur ki, dostlar
şəraitin çətinliyindən
çıxılmaz vəziyyətlərə
düşürlər. Amma nə
qədər dəhşətli
məqamlar olsa da, bütün zamanlarda dəyişməz
olaraq qalmaq olar. Dostların ən təmkinlisinin
belə son anda oğurluq, "qana-qan"
prinsipinə tabe olması onların sabitqədəm olmamasından
xəbər verir.
Uşaqlıqdan biri-birlərinə
bağlı olan dostların ən çətin anda da sədaqətli olmaları xətti hər an qabardılır.
Lakin onları böyük, qarşısıalınmaz insani
ideallar yox, uzaqbaşı cəmiyyət
səviyyəsində, ölçüsündə
primitiv münasibətlər
birləşdirir.
Bu səbəbdən
də onların faciəviliyi tamaşaçını
silkələmir; düzdür,
belə mövzuda axtarışlar, gəncliyin
düşdüyü girdabdan
çıxış yolunun
kinoda axtarılması
yaxşı haldır,
amma sonda yenə də aydınlığın olmaması
filmin sadəcə, uğurlu alınmamasından
xəbər verir.
Hər hansı
bir filmin yüksək sənətkarlıq
keyfiyyətlərinə malik
olması ilk növbədə
rejissorun qarşısına
qoyduğu məqsədə
nə dərəcədə
yetməsi ilə ölçülür. Onillər boyunca
bu mövzuda saysız filmlər çəkilib. Azərbaycan
tamaşaçısı demək
olar, hər gün mətbuatdan, telekanallardan
Xalq cəbhəsi.-2007.-27
aprel.-S.15.