Mənsum İbrahimovun
yeni albomu hazırdır
Topluda çoxdan səslənməyən kompozisiyalar
yer alıb
Xalq artisti Mənsum
İbrahimovun üzərində çoxdan işlədiyi yeni
albom artıq hazırdır. Bu günə qədər
Azərbaycanda və ölkədən kənarda albomlar buraxdıran
sənətkar bu dəfə çoxdan ifa olunmayan mahnılara
həyat verib. Bu barədə "Olaylar"a məlumat
verən xanəndə bildirib ki, albom bir neçə
gündən sonra muğamsevərlərin ixtiyarına
veriləcək. Qeyd edək ki, bu, sənətkarın sayca
7-ci albomudur. Topluda xalq, bəstəkar və muğam
parçaları yer alıb. M.İbrahimovun
sözlərinə gorə, alboma daxil edilmiş çoxdan ifa
olunmayan mahnılar fərqli üslubda səsləndirilib.
Üç nöqtə.- 2007.- 20 aprel.- S. 13.