Nəzakət

 

Traviata opera balet teatrının səhnəsində

 

Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının vaxtaşırı öz tamaşaçılarına maraqlı layihələr təqdim etməsi artıq bir ənənə şəklini almışdır. May ayının 6-da opera həvəskarlarını növbəti bir sürpriz gözləyir. Həmin gün teatr tamaşaçılarına görkəmli italyan bəstəkarı Cüzeppe Verdinin "Traviata" operasını təqdim edəcəkdir.
   Dünya opera sənətinin ən dəyərli nümunələrindən biri olan bu tamaşada Azərbaycan vokal sənətinin bir çox görkəmli nümayəndələri çıxış edəcək əsas partiyaları səsləndirəcəklər. Çox önəmlidir ki, tamaşada aparıcı rolları opera səhnəmizin gənc ulduzları - Vokalçıların Beynəlxalq Müsabiqələrinin laureatı Samir Cəfərov (Alfred) Vokalçıların Bülbül adına III Beynəlxalq Müsabiqəsinin laureatı Əvəz Abdullayev (Æorj Æermon) ifa edəcəklər. Tamaşada gənc vokalçılarla yanaşı, təcrübəli opera sənətçiləri - Azərbaycan Respublikasının əməkdar artistləri, Vokalçıların Beynəlxalq Müsabiqələrinin laureatı diplomantları Gülnaz İsmayılova, Əli Əsgərov, Həsən Enami, Əkrəm Poladov da çıxış edəcəklər.
   Bu layihənin özəlliyi isə teatrın rəhbərliyi tərəfindən tamaşanı idarə etmək üçün almaniyalı dirijor, Avropada çox populyar olan istedadlı maestro, Münhen Opera Sənəti Festivalının bədii rəhbəri Korneliya Fon Kerssenbrokun dəvət olunması ilə bağlıdır.
   Qeyd edək ki, K.Kerssenbrok öz cazibədar xarici görkəmi ən əsası isə böyük dirijor istedadı ilə Avropanın musiqi aləmində çox populyardır.
O, dünyanın bir sıra aparıcı teatrlarında - "Qrand Opera", "La-Skafa", "Koven-Qarden", "Metropoliten Opera" s. çıxış edir. Onun idarə etdiyi tamaşa konsertlər hər zaman uğurla keçir böyük tamaşaçı marağına səbəb olur.
   Xanım Korneliyanın Bakıya qastrol səfəri şəxsən Opera Balet Teatrının direktoru Akif Məlikovun dəvəti ilə baş tutacaqdır. İlk dəfə 2003-cü ildə Azərbaycana səfər edən almaniyalı dirijor Opera Balet Teatrında Verdinin "Riqoletto" operasını idarə etmiş elə ilk səfərində çox yüksək təəssüratlarla geri dönmüşdü: "Gəlişimə görə Azərbaycan Opera Balet Teatrının direktoru Akif Məlikova çox minnətdaram. Uzaq Qafqazda belə yüksək səviyyəli bir sənət ocağı olduğunu, burada əsil professionalların çalışdığını güman edə bilməzdim. Bu tamaşa ("Riqoletto") mənim dirijorluq karyeramda ən gözəl tamaşalardan biridir. Orkestrin səviyyəsi məni çox qane etdi onlarla işləmək böyük zövq verdi. Bütün tamaşa böyu öz alqışları ilə bizi ruhlandıran tamaşaçılar haqqında xoş sözlər söyləmək istərdim. Hiss olunur ki, bakılılar akademik sənəti çox gözəl anlayır yüksək qiymətləndirirlər. Bu xanım Korneliyanın ilk səfəri zamanı söylədiyi fikirlər idi.
   Sonrakı illərdə Akif Məlikovun dəvəti ilə Bakıya bir neçə dəfə səfər edən xanım Korneliya Azərbaycan Dövlət Simfonik Orkestri ilə birgə Filarmoniyada çıxış etmiş məhz onun dəstəyi dəvəti ilə 2005 2006-cı illərdə orkestr K.Kerssenbrokun bədii rəhbəri olduğu Münxen Opera sənəti festivalında iştirak etmişdir. Çox önəmlidir ki, 2007-ci ildə bu festivalda Opera Balet Teatrının Simfonik Orkestrinin iştirak edəcəyi gözlənilir.

 

Səs.-2007.-26 aprel.-S.12.