Xuraman

 

Üns Teatrının 1 yaşı: tamaşaçı ilə sehrli ünsiyyətin uğurlu təməli

 

Xalq yazıçısı Elçin: “Şübhə etmirəm ki, Üns yaradıcılıq səhnəsi tezliklə daha böyük uğurlara imza atacaq”

 

Azərbaycan teatr sənəti sahəsində əsl hadisəyə çevrilən Üns Yaradıcılıq Səhnəsinin yaradılmasından bir il keçir. Bu zaman kəsimi az bir müddəti əhatə etsə , etiraf edək ki, teatr yüksək zövq, yaradıcılıq uğurları baxımından xeyli uğur qazandı. Böyük bəstəkarımız Tofiq Quliyevin mahnıları əsasında hazırlanan müzikl Xalq yazıçısı Elçinin teatr üçün məxsusi olaraq yazdığı "Şekspir" pyesinin səhnəyə qoyulması bu baxımdan xüsusilə yaddaqalan oldu. Üns Yaradıcılıq Səhnəsinin bir illik fəaliyyətinə məhz bu teatrla sıx yaradıcılıq ünsiyyəti qurmuş ədibimizləXalq yazıçısı Elçinlə qısa ekskurs etdik:
   – Üns Teatrı cəmi bir
ildir fəaliyyət göstərir. Bu, qısa bir müddət olmasına baxmayaraq, Ünsün fəaliyyəti Azərbaycan mədəni həyatının çox maraqlı tərkib hissələrindən birinə çevrilib. Üns Yaradıcılıq Səhnəsi artıq Azərbaycan teatr sənətində öz sözünü deməyə başlayıb və bu söz özünün orijinallığı, yüksək bədii-estetik səviyyəsi ilə fərqlənir, seçilir. Üns Teatrında biz bir çox başqa ölkələrin görkəmli sənət xadimlərinin oyunlarına tamaşa etmişik, XX əsr teatr sənətinin çox maraqlı nümayəndələri olan teatr qruplarının tamaşalarına baxmışıq. Eyni zamanda Ünsün özünün yaradıcılıq məhsulu olan əsərlərə bu səhnədə tamaşa etmişik. Xatırlatmaq istəyirəm ki, Üns Yaradıcılıq Səhnəsinin açılışı böyük bəstəkarımız Tofiq Quliyevin mahnıları əsasında müzikllə oldu. Bu müzikl yüksək zövqün ifadəsi idi. Bu müzikl Azərbaycan mədəniyyətinin ən parlaq incilərini, ən yüksək bədii-estetik tələbatlara cavab verən nümunələrini göstərmək baxımından çox önəmli lazımlı idi. Xüsusən şou-biznes dediyimiz hadisənin içində olduğumuz, müəyyən məqamlarda əsl Azərbaycan mədəniyyətinə, sənətinə yad olan ifalarla, səhnə mədəniyyətsizliyi ilə rastlaşdığımız bir vaxtda Üns Teatrında Tofiq Quliyevin mahnıları əsasında hazırlanan həmin müzikl çox ciddi, əhəmiyyətli əlamətdar bir hadisə idi. Bu yaxınlarda Üns Teatrında mənim "Şekspir" pyesim səhnələşdirildi. Mən bu pyesi xüsusi olaraq Üns üçün yazmışdım. Bu teatrın təsisçisi bədii rəhbəri bizim çox istedadlı ədəbiyyatşünaslarımızdan biri olan professor Nərgiz Paşayevadır. Onunla xeyli vaxtdır, ədəbi əlaqələr yaratmışıq. O, mənim əsərlərim haqqında bir çox məqalə yazıb, həmçinin bir sıra kitabların müəllifidir. Nərgiz xanımın bədii zövqünə, sənətə münasibətinə bələd olduğum üçün "Şekspir" pyesini məxsusi olaraq Üns Teatrı üçün yazdım. "Şekspir" pyesi Ünsün səhnəsində çox böyük müvəffəqiyyətlə tamaşaya qoyuldu. Bu tamaşanın çox ciddi, əhəmiyyətli bir cəhəti ondan ibarət idi ki, burada rus Azərbaycan teatrlarının aktyorları eyni səhnəni uğurla paylaşdılar. İstedadlı rejissor Bəhram Osmanovun quruluş verdiyi tamaşada bizim çox istedadlı aktyorlarımız rol almışdılar. Tamaşanın uğurunu təmin edən əsas amillərdən biri , heç şübhəsiz, bədii rəhbər kimi Nərgiz xanım Paşayevanın fəaliyyəti oldu. Xalq yazıçısı Elçinin fikrincə, bu bir illik fəaliyyəti hələ Üns Teatrının gələcəkdə görəcəyi daha böyük işlərin ilkin mərhələsi, müqəddiməsidir: – Şübhə etmirəm ki, Üns Yaradıcılıq Səhnəsi tezliklə Azərbaycan incəsənətində, mədəniyyətində öz mövqeyini daha gücləndirəcək daha böyük uğurlara imza atacaq. Üns Azərbaycanda yeni nəslin bədii-estetik tərbiyəsində çox əhəmiyyətli rol oynayacaq. Mən Nərgiz xanım Paşayevaya onun rəhbərlik etdiyi Üns Yaradıcılıq Səhnəsinə yeni uğurlar arzulayır bu kollektivin növbəti nailiyyətlərini səbirsizliklə gözləyirəm.

 

525-ci qəzet.-2007.-21 aprel.-S.11.