Tahirli A.

 

Dahi Şekspir, möhtəşəm Şekspir

 

Tarixi on illərlə ölçülən Azərbaycan teatrlarının cərgəsinə yenicə qoşulan "ÜNS" yaradıcılıq səhnəsi" cəsarətli, ciddi, oriyinal addımları, axtarışları ilə mədəni həyata fəal nüfuz etməkdədir. Xalq yazıçısı Elçinin "Şekspir" pyesinin tamaşası ilə isə fikrimizcə, "ÜNS" özünün səhnə tarixinə bir möhür vurdu. Təsadüfi deyil ki, bu möhtəşəm tamaşanın üstün məziyyətləri-reyissor, rəssam işi, aktyorların mahir, bənzərsiz ifası KİV-də böyük əks-səda vermişdir. Aktyorların hər birinin canlandırdıqları obrazların, xarakterlərin hiss və düşüncələri, "ciddi və kədərli komediya"nın probleminin və predmetinin açılmasına xidmət edən oyun tərzi, rəngarəng yest və mimikaları, bir-birini əvəz edən dinamik və çevik hərəkətləri sahə mütəxəssislərinin də diqqətini çəkmişdir. Doğrudan da, əsərin-tamaşanın ideya istiqaməti, aktuallığı, pyesin uğurlu səhnə həlli üçün bədii rəhbər Nərgiz xanım Paşayevanın, reyissor Bəhram Osmanovun və rəssam Nüsrət Hacıyevin özünəməxsus, sadə, həm də qeyri-adi, çox maraqlı yaradıcılıq axtarışları, tapıntıları, təşəbbüsləri, cəhdləri yüksək diqqətə layiqdir. Məkan baxımından hadisələrin cərəyan etdiyi ünvan bütün tamaşa boyu dəyişmir: ruhi xəstəlik klinikası. Buradakı hadisələr dramatik, gərgin, eyni zamanda ibrətamizdir. Cəmi 8 aktyorun iştirak etdiyi tamaşada az qala 800 adamlıq qələbəlik yaşanır. Səhnə içərisində eyni vaxtda bir-birindən diqqətçəkən 2-3, bəzən 4-5 səhnə yaranır: veneralı öz aləmindədir: həsrətlə, həyəcanla, ümidlə səmaya boylanır, Stalin törətdiklərinə görə yenə təkəbbürlə tövbə etməkdədir, Ər-Arvad öz dünyasında...

Ruhi xəstəliklər klinikasında baş verənlər - ağıllıların və dəlilərin istər ayrı-ayrılıqda, istərsə də bir yerdə ehtiraslı mübahisələri, mükalimələri, hay-küylü dialoqları əcaib-qəraib yestləri, rəqsləri, "Romeo və Cülyetta"dan səhnəcikləri, eləcə də səhnənin ekranında bir-birini əvəz edən tablolar, bütün bu mənzərələrin təsir gücünü artıran işıq, tüstü fonu, digər elementlər həyatın və bəşər övladının bir sıra əbədi və əzəli problemlərinin yazıçının təsvir etdiyi kimi təqdiminə yönəltmişdir.

Ən müxtəlif səbəblərdən, xüsusilə klassik ədəbi nümunələrdə dəli, təlxək obrazları vasitəsi ilə yazıçı cəmiyyətdə, daha çox onun ali təbəqəsində baş verən ədalətsizliyə, haqsızlığa, çirkin əməllərə, yalana, məkrə, hiyləyə, zülmə qarşı üsyan, etiraz edir.

Bugünkü ədəbiyyatda konkret "Şekspir" pyesində "dəli"nin təyinatı, "dəliliy"in anatomiyası dəyişmişdir. Söz azadlığının, digər demokratik dəyərlərin bərqərar olduğu cəmiyyətdə yuxarıda söylədiyimiz eybəcərliklərin ifşası üçün "dəli"nin tribunasına ehtiyac yoxdur. "Şekspir" yazıçı tamamilə başqa niyyət güdür. Ən əvvəl qeyd olunmalıdır ki, burada qoyulan mövzu millidən daha çox bəşəridir. İkincisi isə əsərdə ictimai formasiyadan, quruluşdan asılı olmayaraq, insanlığa, "yer üzünün əşrəfi" adına ləkə gətirən xüsusiyyətlər - xəyanət, yalan, kin-küdurət, nifrət, hiylə hədəfə götürülür. Müəllif bizi klinikanın cəmi 3 nəfər personalı ilə tanış edir: "baş həkim, həkim sanitar. Baş həkim həyatından işindən sanki narazıdır. Lakin işi vəzifəsi üçün adama elə gəlir ki, baş kəsməyə hazırdır. Qorxaq hiyləgərdir, tərəddüdlər şübhələr onu üzür, işçilərini ciddi nəzarətdə itaət altında saxlayır; saxta hərəkət təbəssümlər onun simasızlığını daha parlaq əks etdirir. Onun dəlilərlə rəftarı, ünsiyyəti olduqca maraqlı yaddaqalandır. Məbud Məhərrəmov - baş həkim həm qətiyyətsiz, iradəsiz zəif xarakterlidir. O da finalda klinikada hökm sürən mənəvi-psixoloyi gərginliyə dözmür, dəlilərin təsirinə düşür, Yer kürəsindən getmək sevdası ona da sirayət edir. Həkim-Sənubər İsgəndərli danışığı, hərəkətləri, replikaları üzünün ifadələri, ədaları, kinayəli baxış təbəssümləri ilə tamaşaçının ürəyinə yol tapır, hafizəsində qalır. O da özünü xoşbəxt hesab etmir: əri ilə problemləri var, gözünü dikdiyi baş həkim kreslosu da ondan hələ çox uzaqlardadır. Həkim obrazında cəmləşmiş bütün xüsusiyyətlər təbiidir: onun həyat düşüncə tərzinin məhsuludur, mənəvi keyfiyyətlərinin göstəricisidir. Baş həkimə nisbətən o, daha səmimi görünür. Həkimin sarsıntıları, ətrafdakılarla emosional rəftarı əslində, klinikadakı mövcud vəziyyətin bir insan qəlbində təzahüratıdır. Məhrəm mövzularda onun həmsöhbəti yoxdur, məcbur olur "dəli"ni dindirməklə öz ehtiyacını ödəsin. Dəlilərlə, xüsusilə Sara Bernarla təması, ünsiyyəti onu da tədricən dəyişir: o da Şekspir yaradıcılığına maraq göstərir.

Sanitar - Fuad Osmanov yoldaşlarınlan "bir baş yuxarıdır" - o, həm oğrudur. Xəstələrin ərzağını mənimsəyir. Mövcud mühiti əsas götürərək özünün alçaq hərəkətlərinə bəraət qazandırır. Lakin klinikada cərəyan edən hadisələr ondan da yan keçmir, o da Yer kürəsindən uzaqlaşmağı üstün tutur. Tamaşadakı dəlilərin hər biri fərdi cəhətləri ilə fərqlidir. Stalin - Siyavuş Aslan ciddi, təkəbbürlü, ağır çəkilidir; Sara Bernar - Şükufə Yusupova çoxyüklü obrazdır, - Cülyetdadır, diqqət mərkəzində olan heykəltəraşdır, parislilər kimidir: Ər-Arvad - Ayan Mirqasımova, zənnim məni aldatmırsa, ədəbiyyatda yeni hadisədir: bir orqanizmdə iki nəfərin mövcudluğu. Bədii əsərdə, təsvirdə bu obrazın yaradılması Elçin kimi yazıçıya bir o qədər problem yaratmaz, lakin səhnədə bir bədəndə iki nəfəri "gəzdirmək" - bu, kişi-qadın maneraları, səs dəyişmələri, əlbəttə, ifaçıdan xüsusi məharət tələb edir. Drob - 13, başqa sözlə, Vander-pran-dur - Firdovsi Atakişiyev digərlərinə nisbətən səhnədə gec görünür, lakin yaddaşlara həmişəlik həkk olunur. Sara Bernarla bal rəqsi, maraqlı fikirləri onu tamaşaçıya bağlayır. Veneralını - Rafiq Əliyevi dialoq monoloqla səhnədə iştirakı baxımından epizodik rol hesab etmək olar: nisbətən az danışır, digər qəhrəmanlarla az təmasda olur. Lakin əvvəldən axıra kimi o, tamaşaçının nəzərində, diqqətində qalır. Veneralı səhnənin bir küncündə çox tələsən, avtobusun gəlməməsindən əndişələnən, həyəcanlanan sərnişinə bənzəyir. Əslində, onun digərləri ilə danışmağa həvəsi, vaxtı var o, bir an tez Yer kürəsini tərk etmək istəyir. Tamaşadakı hər bir aktyorun ifası ayrıca söhbətin mövzusudur. Odur ki, aktyorlarla bağlı qısaca söylənilənləri yekunlaşdırsaq, bu qənaətə gəlmək olar ki, yaradıcı heyət "ağıllı" "dəli" personaylardan ibarət mükəmməl, bütöv ansambl yarada bilmişdir. İnsanları, bəşər övladlarını, kiçik Yer kürəsində, o cümlədən bizim həmvətənlərimizi kiçicik, Azərbaycanda ali dəyərlərlə yaşamağa, hər cür hiylə məkrdən uzaq, xeyirxah, ədalətli əməl sahibləri kimi iz qoymağa səsləyən tamaşanı mübaliğəsiz müstəqillik dövrünün ən uğurlu səhnə əsəri hesab etmək olar.

 

Kaspi.-2007.- 10 aprel.-S.14.