ÜNS”
teatrının səhnəsində professor Nərgiz
Paşayevanın bədii rəhbərliyi ilə daha bir yeni,
çox maraqlı layihə həyata keçirilmişdir. Tamaşaçılara xalq
artisti Aleksandr Şarovskinin Maqsud İbrahimbəyovun pyesi əsasında uğurla səhnələşdirdiyi “Final” restoranı" tamaşası
təqdim olunmuşdur.
Məşhur yazıçının səhnə əsərləri
də artıq çoxdan rəğbət
qazanmışdır və
müəllif özü
isə bu janrın mahir ustası sayılır.
Görünür, bu onunla bağlıdır ki, M.İbrahimbəyov tamaşaçını
ilk baxışdan bir qədər bayağı hadisələri də daha dərindən təhlil etməyə, bu və ya
digər faktın, yaxud hadisənin köklərini araşdırmağa,
mahiyyətini anlamağa
vadar edir.
“Final” restoranı" pyesində
də belədir... Əsərin qəhrəmanları
insana yalnız əməyin və ağılın xoşbəxtlik
və sevinc gətirəcəyinə əmin
olan akademik Dəmirbəy Muxtarov və həyata tamamilə əks tərəfdən baxan qonşusu, alverçi, 23 restoranın və kafenin sahibi, özünü biznesmen sayan və həyatda
pulun və əlaqələrin əsas
olduğunu düşünən
Alxaz Qədimovdur. O deyir: “Kimin pulu
çoxdursa, o da dünyanın sahibidir. Pul böyük qüvvədir, o, insanı
dəhşətli addımlar
atmağa vadar edir...”. Dəmirbəy
isə Alxaza etiraz edir: “Pul
yaxşı şeydir,
ancaq onu halallıqla qazanmaq lazımdır. Sən isə onu heç nədən, havadan çıxaranlardansan”.
Bəli,
pyesin qəhrəmanlarının
həyata baxışları
fərqlidir. Patoloji “məngirləmə”
xəstəliyinə tutulmuş
bəsit düşüncəli
adamlara onlardan qat-qat yüksəkdə dayanan zəkalı insanları həyatda sıxışdırmağa imkan
verən indiki zamanın həqiqətləri
cəmiyyətdə həmişə
mövcud olan ziddiyyətləri daha da qabartmışdır.
Görəsən, baş rolların
ifaçıları tamaşaçını
inandıra bilmişlərmi
ki, özlərini dünyanın sahibi sayanların daxilini paxıllıq və nifrət hissi dağıdır? Alxaz
alimə deyir: “Sənə nifrət edirəm, cibində bir qəpiyin olmaya-olmaya, ömrün boyu, sovet dövründə
də, indi də özünü elə aparırsan ki, sanki milyonçu
mən yox, sənsən”.
Pyesin faciə ilə bitməsinə baxmayaraq, -
qəribə təsadüf
insanın ölümünə
səbəb olmuşdur,
- tamaşa kifayət qədər nikbin ruhludur. Hətta indiki, hələ
də bir qədər qarışıq
dövrümüzdə belə,
pyesin qəhrəmanı
Dəmirbəy gələcəyə
inamını itirməmişdir.
“Nəyə can atırdıqsa, ona nail olduq” deyən qəhrəman, yəqin ki, ölkəmizin müstəqilliyini nəzərdə
tutur. Dəmirbəyin qızı Sevda
da vətəndaş cəmiyyətinin daha fəal hissəsinin, onun “qaynar təbəqə”sinin
yenidən dirçələcəyinə
inanır. Alxaz Qədimovun işini araşdıran polis akademikin
“artıq çoxdandır
hörmətli insanlar
alimlər deyil, başqa dairələrin adamları sayılır” istehzasına cavabında inamla deyir: “Bu, müvəqqətidir. Xalq
azadlıq əldə
edəndən sonra çaş-baş qalmışdı,
indi isə yavaş-yavaş özünə
gəlir...”
Tamaşaçıların gözü önündə
özünə arxayın,
sakit, təmkinli, bəzən də sadədil Dəmirbəy və çılğın
dedikcə avam, ancaq çox varlı, fırıldaqçı
Alxaz rollarını canlandırmış Aleksandr
Şarovskini və
Yuri Baliyevi təbrik etmək olar.
Natalya Şarovskaya, Səfa Mirzəhəsənov, Həcər
Ağayeva, Yevgeniya Nevmerejitskaya və başqalarının da ifası maraqlıdır.
Quruluşçu rəssam Altay
Sadıxzadənin, geyim
üzrə rəssam
Anna İbrahimbəyovanın işini, orkestrin ifasını da vurğulamaq lazımdır.
Xalq qəzeti.-2007.-26
aprel.-S.5.