İntiqam N.

 

Kitabxanaların modernləşdirilməsi daha çox gənc yazarların xeyrinə olacaq

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev bu günlərdəAzərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqındasərəncam imzalayıb.

Sənədə əsasən, Mədəniyyət Turizm Nazirliyi ilə Rabitə İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycan Milli Kitabxanasının modernləşdirilməsi ilə bağlı tədbirlər planı hazırlamalıdır. Eyni zamanda Mədəniyyət Turizm Nazirliyi müvafiq qurumlarla birlikdə kitabxana-informasiya sisteminin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı da tərtib etməlidir.
Təhsil Nazirliyi isə məktəb kitabxanalarının maddi-texniki bazasının möhkəmləndirilməsinə müasir informasiya texnologiyaları ilə təchizatına dair tədbirlər planı hazırlamalıdır.
Mədəniyyət Turizm Nazirliyinin Kitabxana İşi şöbəsinin müdiri Lətifə Məmmədova hazırda ölkəmizdə 12 mindən çox müxtəlif kitabxananın mövcud olduğunu dedi. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi nəticəsində fondlarında 4 milyondan çox kitab mühafizə olunan 1000-ə yaxın kitabxana məhv edilib.

Dövlət Proqramı 9 bölmədən ibarət olacaq

Lətifə xanım təmsil etdiyi nazirlikdə prezidentin sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsinə başlanıldığını söylədi. Onun sözlərinə görə, Mədəniyyət Turizm Nazirliyinin hazırlayacağı Dövlət Proqramı 9 bölmədən ibarət olacaq 6 il ərzində həyata keçiriləcək: “Adıçəkilən proqrama əsasən, kitabxanalara zəmanətli maliyyə mənbələri tapılmalı fondları müasir informasiya daşıyıcıları ilə təmin olunmalıdır. Bununla biz ümumrespublika kitabxana informasiya şəbəkəsinin yaradılmasına nail olmaq istəyirik”.
Həmsöhbətimizin sözlərinə görə, Dövlət Proqramında kitabxanalarda saxlanılan nadir qiymətli nəşrlərin sığorta fondunun yaradılması da nəzərə alınacaq: “Digər məqam isə kitabxanalarda xidmətin təşkilinin modernləşdirilməsi məqsədilə müxtəlif sahələr üzrə (ekologiya, hüquq, tarix, səhiyyə s.) mərkəzlərin yaradılması onların internetə çıxışının təmin olunmasıdır”.
L. Məmmədova kitabxanalarda kadr islahatlarının aparılacağını müasirtəfəkkürlü, savadlı gənclərin bu sahəyə cəlb ediləcəyini  söylədi. “Sözügedən proqramda kitabxanaların beynəlxalq əlaqələrinin genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması da nəzərə alınıb. Bu isə kadr islahatlarının aparılmasını zəruri edir”.
Dövlət Proqramında bu sahədə elmi tədqiqatların aparılması, dünya səviyyəli əsərlərin dilimizə tərcüməsi nəzərə alınacaq”, - deyən Lətifə xanım kitabxanalardakı inventarların müasirləşdiriləcəyini bildirdi.

Bəzi kitabxanalar bağlanacaq

L. Məmmədovanın sözlərinə görə, qeyd edilən işləri bütün kitabxanalarda həyata keçirmək mümkün olmadığından  həmin bilik ocaqlarının bəzilərinin bağlanması da istisna olunmur: “Ancaq əvəzində Dövlət Proqramında nəzərdə tutulduğu kimi yeni kitabxanalar inşa ediləcək, bəziləri əsaslı təmir olunacaq s. Məsələn, araşdırmalar göstərir ki, Yeni Günəşli Qaraçuxur yaşayış massivlərində kitabxanaya ehtiyac var”.
Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov isə sözügedən Dövlət Proqramının rəsmi şəkildə onlara göndərilmədiyini dedi: “Sərəncam bizə təqdim olunandan sonra işçi qrupu yaradılacaq tapşırıqların icra mexanizmi hazırlanacaq”. Təhsil Nazirliyinin mətbuat xidmətindən buna bənzər fikirlər söylədilər.
Kitab Klubunun direktoru Elxan Rzayev sərəncamın vaxtında verildiyini düşünür. E. Rzayev kitabxanaların müasir informasiya daşıyıcıları ilə təmin olunmasının daha çox gənc yazarların  işinə yarayacağını dedi: “Bu gün bəzi istedadlı gənclər imkansızlıq ucbatından əsərlərini kitab halında nəşr etdirə bilmirlər.
Təbii ki, sərəncamda qeyd olunduğu kimi, “Azərbaycan ədəbiyyatının virtual kitabxanasıyaradılsa, gənc yazarlar öz əsərlərini xərc çəkmədən təbliğ edə biləcəklər. Nəticədə, həm istedadlı yazarlar təbliğ olunacaq, həm oxucular çox şey öyrənə biləcəklər”.

Zaman 2007.-26-27.-aprel.-S.6.