Məmmədova G.
Azərbaycan Turizm
İnstitunda kitabxana açıldı
Dünən
Azərbaycan Turizm İnstitutunda kitabxananın açılışı
ilə bağlı tədbir keçirildi. Qeyd edək ki, yeni
açılmış kitabxanaya Heydər Əliyev Fondu
tərəfindən turizm sahəsinə aid olan rus və
ingilis dilində 28 adda 50, Azərbaycan Respublikasının
Prezidenti İiham Əliyevin tapşırığı ilə
yenidən nəşr edilən Milli Elmlər
Akademiyasının Azərbaycan və rus dillərində
dərc olunan 150 kitabı hədiyyə edilib. Bundan başqa, Azərbaycan
Turizm İnstitutuna Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin vəsaiti hesabına 800-ə yaxın
431 adda rus dilində "Turizm marketinqi", "Turizm
menecmenti" və turizm sahəsinə aid olan müasir
kitablar, lüğətlər, ensiklopediyalar verilib.
Açılışda Mədəniyyət və Turizm nazirinin
müavini Sevda Məmmədəliyeva iştirak edirdi.
Tədbiri açıq elan edən Azərbaycan Turizm İnstitutunun
rektoru Cəfər Cəfərov kitabxanaların
yaradılmasının təqdirəlayiq olduğunu qeyd
edərək, onlara göstərdiyi xüsusi qayğıya
görə Mədəniyyət və Turizm nazirinə öz
minnətdarlığını bildirdi. Həmçinin qeyd
etdi ki, gələcəkdə kitabxananın həcmi
genişlənəcək, kitabların sayı
çoxaldılacaq. Bundan əlavə, o, əksər kitabların
Azərbaycan dilində olmamasına xüsusi diqqət
yetirərək tezliklə öz dilimizdə kitabların
sayının çoxaldılacağını və xarici
dillərdə olan kitabların tərcümə
ediləcəyini vurğuladı. Rektor onu da qeyd etdi ki,
ATİ-də gələcəkdə yeni ixtisaslar
yaradılacaq. Bunlara mədəni turizm, idman turizmi, muzeyşünaslıq
və başqaları aiddir. Sevda Məmmədəliyeva
çıxış edərək bu kitabxananın
yaradılmasında prezidentin və nazirliyin mühüm
xidmətlərindən bəhs etdi və bildirdi ki, kitabların
Azərbaycana gətirilməsində Mədəniyyət
və Turizm naziri Əbülfəs Qarayevin
təşəbbüsü ilə Bakıya gəlmiş
Yevgeni Kuzminin çox böyük xidmətləri var.
ATİ-nin turizm
ixtisası fənləri kafedrasının müdir
əvəzi Bahadur Bilalov sonda elan etdi ki, 19 aprel 2007-ci ildə
ATİ-nin konfrans zalında
ölkənin ali məktəblərində "Turizm
və sosial mədəni servis xidməti" ixtisası
üzrə bakalavr pilləsində təhsil alan tələbələr
üçün "Azərbaycan turizmi: bu gün və
sabah" mövzusunda elmi-praktik konfrans keçiriləcək.
Konfransın məqsədi tələbələrin
diqqətini turizmə yönəltməkdir.
Yaddaş.- 2007.- 12 aprel.- S. 3.