Tahirov K.
Cəmiyyətin informasiya
təminatının həyata keçirilməsində
kitabxanaların rolu artmaqdadır
Prezident İlham Əliyevin
“Azərbaycanda kitabxanaların fəaliyyətinin
yaxşılaşdırılması haqqında”
sərəncamı da bunu təsdqi edir
Ölkəmizdə
iqtisadi inkişafın ildən-ilə
sürətlənməsi mədəniyyət və
incəsənətin də tərəqqisində
əhəmiyyətli rol oynayır. Son illər Azərbaycan
mədəniyyətinə göstərilən dövlət
qayğısı, bu sahədə dövlət proqramlarmm
qəbul edilməsi, beynəlxalq aləmdə Azərbaycan
mədəniyyət və incəsənətinə
marağın artması bunu deməyə əsas verir. Bu
tərəqqi, bu inkişaf böyiik öndər Heydər
Əliyevin əsasını qoyduğu Azərbaycan
mədəniyyəti siyasətinin çox uğurlu davamıdır.
Kino, teatr, muzey işi, tarixi abidələrin qorunması və
s. məsələlərlə bağlı cənab Prezident
İlham Əliyevin imzaladığı sərəncamlar
ölkəmizdə mədəniyyətə,
incəsənətə göstərilən əsl
qayğı nümunəsidir.
Aprelin 20-də cənab
Prezidentin imzaladığı "Azərbaycanda
kitabxanaların fəaliyyətinin
yaxşılaşdırılması haqqında"
sərəncam isə mədəniyyətimizin mühüm
qollarından birini təşkil edən kitabxanalar şəbəkəsinin
təkmilləşməsi üçün yeni stimul
yaradır. Azərbaycanda kitabxanaların geniş
şəbəkəsi mövcuddur. Əlbəttə, bu
nailiyyətlərin yaranmasında ümummilli lider Heydər
Əliyeyin böyük xidməti olmuşdur. İstər
müstəqillikdən əvvəl, istərsə də
sonrakı illərdə böyük öndər kitabxana
işinə həmişə xüsusi qayğı ilə
yanaşmışdır. Kitabxanalarımızı
"müqəddəs yer" adlandıran dahi öndər
müstəqillik illərində Azərbaycanda kitabxana
işinə dair dövlət siyasətinin formalaşmasını
təmin etdi. İlk dəfə olaraq 1998-ci ildə Milli
Məclis tərəfindən qəbul edilmiş və 1999-cu
ildə Prezident fərmanı ilə qüvvəyə
minnıiş "Kitabxana işi haqqında" Qanun bu
siyasətin hüquqi əsaslarının yaradılmasında
mühüm rol oynadı.
Böyuk öndərin ideyalarından bəhrələnən kitabxanalarımız 90-cı illərin əvvəllərində ciddi çətinliklərlə qarşılaşsa da, müəyyən dağıntılara məruz qalsa da, bütövlükdə şəbəkənin saxlanılması mümkün oldu. Və bu gün böyük öndərin bu sahədəki siyasəti çox uğurla davam etdirilir. Möhtərəm Prezidentimizin bu sərəncamı ulu öndərin siyasətinin bir növ məntiqi davamıdır.
Bu mühüm dövlət əhəmiyyətli sənəddə kitabxana işinin bütün sahələrinə toxunulmuş, ölkədə mədəniyyətin bu sahəsinin problemləri diqqətə çatdırılmışdır. Cənab Prezident bu problemlərin bir qisminin artıq həll olunduğunu nəzərə çarpdırır. Doğrudan da, latın qrafikalı əlifbaya keçid kitabxanalara bu əlifba ilə nəşr olunmuş yeni kitabların verilməsini tələb edirdi. Ona görə də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə doqquz milyoııa yaxın latın qrafikası ilə çap olunmuş ədəbiyyat kitabxanalarımıza hədiyyə edildi. Bu nəşrlər kitabxana fondlarını və onlardan istifadə imkanlarını xeyli yaxşılaşdırmışdır. Ötən il bizim kitabxana 15 mindən artıq yeni ədəbiyyat almışdır ki, onların böyük bir qismi məhz Prezidentin sərəncamı ilə çap olunan kitablardır. Bu sərəncamın nəticəsi olaraq son iki-üç il ərzində şəhər və kənd kitabxanalarına daxil olan yeni kitabların da sayı xeyli artmışdır. Bu gün elə bir kənd kitabxanası yoxdur ki, il ərzində ən azı 500-800 nüsxə yeni kitab almasın. Şəhər kitabxanaları il ərzində 1500-2000 nüsxə kitab alırlar. Bizə belə gəlir ki, bu kitabların elektron versiyası əsasında Milli Kitabxananın elektron kitabxanasının bazasında Azərbaycan ədəbiyyatının virtual kitabxanasının yaradılması çox əhəmiyyətli rol oynaya bilər və sərəncamın 1.3-cü bəndinin icrası imkanlarını genişləndirə bilər. Bizim elektron kitabxana 15 milyon adda kitabı əhatə etmək imkanlarına malikdir və hazırda bütün respublika daxilində cəmi 1,5-2 milyon adda ədəbiyyat mühafizə olunur.
Sərəncamda
müasir Azərbaycan cəmiyyətinin informasiya
təminatının həyata keçirilməsindəki rolu
da xüsusi olaraq qeyd edilmişdir. Qeyd olunur ki,
mədəniyyətin bu sahəsinə informasiya
cəmiyyətinin tələblərinə uyğun olaraq,
müasir texnologiyaların tətbiqi zəruridir. Bizim kitabxana artıq bu istiqamətdə xeyli iş görmüşdür.
İnformasiya texnologiyasının, kompüterin insanların məişətinə daxil olduğu, onların gündəlık həyatının ayrılmaz hissəsinə çevrildiyi bir zamanda, oxucuların zaman və məkan problemi olmadan informasiyanı əldə etməsinə, müasir tipli informasiya texnologiyalarından istifadə etməklə bilavasitə iş və yaşayış yerlərindən dünyanın ən zəngin informasiya mənbələrinə daxil olaraq lazımi informasiyaları operativ şəkildə almalarına şərait yaratmaq istiqamətində M.F. Axundov adına Azərbaycan Milli Kitabxanasında son illər ərzində məqsədyönlü işlər görülür. Bütün bu işlərin nəticəsi olaraq Milli Kitabxananın veb saytının, elektron kataloqunun və elektron kitabxanasının yaradılması təmin edilib və oxucuların istifadəsinə verilib.
2006-cı ilin mayından oxucuların maraqla istifadə etdiyi kitabxananın saytından 20.216 nəfər, elektron kataloqdan və kitabxanadan isə 8100 nəfər istifadə etmişdir. 2006-cı ilin dekabr ayında kitabxananın saytından, elektron kataloq və kitabxanadan 117 nəfər 789 dəfə
istifadə etmişdirsə, artıq bu ilin fevral ayı ərzində saytdan, elektron kataloq və kitabxanadan 2227 nəfər 3234 dəfə istifadə etmiş və onlar cəmi 30.076 sənəd və materialı oxumuşlar.
Artıq bu gün kitabxanamızın oxucuları, eləcə də dünya miqyasında Azərbaycanla maraqlanan bütün insanlar Milli Kitabxananın saytı və electron kataloqu vasitəsilə zaman və məkan problemi olmadan kitabxanamızın kataloq və fondlarına daxil olaraq ondan sərbəst bəhrələnə bilirlər. Maraqlı haldır ki, kitaxanamızın saytına xarici ölkələrdən oxucular daha çox müraciət edirlər. Bu gün oxucularımız və respublikamızın ən ucqar kəndində belə internetə çıxışı olan hər bir vətəndaş nəinki Milli Kitabxananın fond və kataloqlarında, hətta ABŞ-ın Konqres Kitabxanasının və Rusiya Dövlət Kitabxanasının (keçmiş
Lenin kitabxanası) fond və kataloqlarında da birbaşa axtarış aparmaq imkanına malikdir. Tezliklə bu sıraya Türkiyə Milli Kitabxanası da daxil olacaq və bu istiqamətdə danışıqlar aparılır.
Artıq bu gün kitabxanaya gələn oxucular sayı yüzlərlə olan ənənəvi kataloq və kartotekalarda saatlarla axtarış aparmaq əvəzinə, kitab verilişi məntəqəsində quraşdırılan kompüterlərə yaxınlaşaraq 2-3 dəqiqə ərzində Milli Kitabxananın elektron kataloqunda olan istədikləri kitabı tapa bilir və sifariş edirlər. Bu gün qəzet və jurnal məqalələrinin analitik təsvirlərinin elektron məlumat bazasının yaradılmasına da başlanmışdır. Məlumat bazamızda 3 mindən artıq elmin analitik təsvirləri öz əksini tapmışdır. Bu yaxınlarda oxucuların qeydiyyatı və kitab verilişi proseslərinin də kompüterlər vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur.
Milli Kitabxanada dünyanın ən böyük və zəngin kitabxanalarında daha çox tətbiq olunan VTLS-VİRTUA sistemi üzrə həyata keçirilən kitabxana proseslərinin avtomatlaşdırılması, oxucu sorğularının virtual rejimdə ödənilməsinə və ödənilən arayışların tam şəkildə məlumat bazasında saxlanmasına şərait yaradır və onların təkrar istifadəsinə imkan verir. VTLS avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqi kitabxanaya daxil olan yeni ədəbiyyat haqqında oxuculara operativ məlumat verilməsi məsələsini də həll etmişdir. Çünki kitabxanaya müxtəlif mənbələrdən daxil olan bütün ədəbiyyat Milli Kitabxananın saytındakı "Yeni ədəbiyyat" bölməsində əksini tapıb və oxucular həmin düyməni basmaqla hər gün kitabxanaya daxil olan yeni ədəbiyyat barədə məlumat ala bilirlər.
Göründüyü kimi, sərəncamda kitabxana işi sahəsində ölkədə genişmiqyaslı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Mədəniyyət və Turizm Nazirliyində artıq 2008 2013-cü illərdə kitabxanaların inkişafi üzrə Dövlət Proqramınm layihəsi hazırlanır. Bu proqram söz yox ki, ölkənin kitabxana sisteminin təkmilləşdirilməsində mühüm əhəmiyyətə malik bir dövlət sənədi olacaqdır. Bu gün Milli Kitabxananın avtomatlaşdırılmış sistemi respublikamızın bütün regionlarını əhatə etmək imkanlarına malik bir şəbəkənin yaradılması gücündədir və artıq Bakının Xətai rayon mərkəzi kitabxanasında və Quba rayon mərkəzi kitabxanasında bu işlərə başlanmışdır.
Bizim kitabxananın da modernləşməsi, müasir informasiya texnologiyaları
ilə təmin edilməsi və maddi-texniki bazanın möhkəmləndirilməsi ilə bağlı təkliflər hazırlanır. Bundan başqa regionlarda mərkəzləşmiş kitabxana sistemində mövcud olan kitabxanaların da yenidən qurulması işinə diqqət artırılacaq.
Təhsil Nazirliyi və AMEA-nın nəzdində mövcud olan kitabxanaların da təkmilləşdirilməsi, Akademiyanın Mərkəzi Kitabxanası
üçün yeni binanın inşası məsələlərinə də sərəncamda geniş yer verilmişdir.
Bu
sərəncam bütün kitabxana ictimaiyyəti o
cümlədən Milli
Kitabxananın kollektivi tərəfindən yüksək
qiymətləndirilir və biz inanırıq ki, bu sənəd bir neçə
onilliklər ərzində ölkədə kitabxana işinin sürətli
inkişafı, informasiya quruculuğu şəraitində
də xidmətinin müasir dövrün tələbləri
səviyyəsində qurulmasına real imkan və
şərait yaradılacaqdır. Milli Kitabxana isə dünyanın
ən modern kitabxanası səviyyəsinə
qaldırılacaq və onun maddi-texniki bazası xeyli
möhkəmləndiriləcəkdir.
Xalq qəzeti.- 2007.- 25 aprel.- S. 6.