Azərbaycan mədəniyyətinin təbliği məqsədi ilə yeni sayt yaradılıb

 

Azərbaycan mədəniyyətinin və incəsənətinin tanınması və təbliği məqsədi ilə yeni  www.kultura.az  saytı yaradılıb

 

Bu münasibətlə aprelin 4-də Bakı Caz Mərkəzində keçirilən mərasimdə bildirilmişdir ki, saytın yaradılmasında məqsəd mədəniyyət və incəsənət sahəsində ölkəmizdə baş verən yenilikləri dünya oxucusuna çatdırmaq və müxtəlif xalqların bu sahədəki uğurlarını vətəndaşlarımıza təqdim etməkdir. Müasir musiqimiz, gənc yazarlarımız və rəssamlarımız barədə məlumat yayacaq sayt gün ərzində bir neçə dəfə olunan yeniliklərlə də diqqəti cəlb edəcək. Saytda dünyanın ən məşhur sənət adamları ilə yanaşı ölkəmizin tanınmış korifeyləri haqqında da məlumatlar yerləşdiriləcək.

Rus dilində fəaliyyət göstərəcək saytın geniş imkanlara malik olması haqqında məlumat verən natiqlər onun oxucular tərəfindən maraqla qarşılanacağını vurğulayıblar.

 

Kino+.- 2007.- 6 aprel.- S. 3.