Cahandarov B.

 

Dənizkənarı parkın yenidən qurulması layihəsi təsdiq olunub

 

Səbail rayon icra Hakimiyyətində 2007-ci ilin İ rübünün yekunları müzakirə olunub. Səbail rayon icra Hakimiyyətinin başçısı Sahib Ələkbərov qeyd edib ki, 2007-ci ilin ilk üç ayı ərzində Səbail rayonu üzrə iri sənaye müəssisələrində 51,4 milyon manatlıq sənaye məhsulu istehsal edilib. İstehsalın ümumi həcmində məhsul istehsalının payı 97%, xidmətlərin payı isə 2,1 % təşkil edib.

2007-ci ilin I rübündə bütün maliyyə mənbələri hesabına kapital qoyuluşu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,1 % azalaraq 674 milyon manat olub ki, bunun da 673,7 milyon manatı (99,9 %) istehsal təyinatlı obyektlərə sərf edilib. Hesabat dövründə iri nəqliyyat və rabitə müəssisələri tərəfindən görülən iş və xidmətlərin həcmi isə artaraq 187,7 milyon manat və ya keçən ilin müvafiq dövrünə nisbətən 68,5 % çox olub. Əhaliyə göstərilən pullu xidmətlərtn həcmində də artım qeydə alınıb. Bu 98,2 milyon manat ya keçən ilin müvafiq dövrünə nisbətən 21,1 % çox olub.

İlin I rübündə Səbail rayonunda 514 yeri açılıb ki, bunun 66- yeni, 448-i isə mövcud müəssisələrdə açılıb. Ötən ilin 2-ci yarımilliyində Səbail rayonunda 339 ailə ünvanlı sosial yardım alıb ki, bu da 1365 nəfəri əhatə edir. 2007-ci ilin I rübündə rayon sakinlərindən 273 ailə bu yardımı alıb. Əhatə olunan ailə üzvlərinin ümumi sayı 1143 olub.

S. Ələkbərov rayon ərazisində mövcud olan ekoloji problemlərin həlli istiqamətində görülən işlərdən danışıb. Onun sözlərinə görə, prezidentin 28 sentyabr 2006- il tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks tədbiriər planı"na uyğun olaraq Bibiheybət buxtasında neftlə çirklənmiş, əhali üçün təhlükə mənbəyinə çevrilmiş torpaqların təmizlənməsinə başlanıb. Dənizkənarı zonadakı sənaye müəssisələri hərbi obyektlərin köçürülməsi, Bakı bulvarının uzadılması bu ərazilərin gözəl bir istirahət zonasına çevrilməsi istiqamətində işlər aparılır.

Bakının cənub-qərb girişinin Lökbatan dairəsindən Azneft dairəsinədək olan hissəsinin yenidən qurulması genişləndirilməsi məqsədi ilə təklif olunmuş layihəyə uyğun olaraq yolun Bibiheybət məscidinin ətrafının genişləndirilməsi abadlaşdırılması işləri davam etdirilir.

Rayon ərazisində abadlıq işlərinə xüsusi diqqət yetirildiyini deyən S. Ələkbərov rayonun mərkəzi hissəsində yerləşən tarixi-memarlıq abidələrinin, muzey teatrlan əksəriyyətində təmir-bərpa işlərinin sürətlə getdiyini söyləyib. Bildirib ki, prezidentin göstərişinə uyğun olaraq Dövlət İncəsənət Muzeyi nəzdində açıq səma altında heykəl abidələrin kiçik formalarından ibarət xüsusi park-muzeyin yaradılması üçün ərazidə genişmiqyaslı təmir-yenidənqurma işləri aparılır: "Bu gün rayon ərazisində yerləşən A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı, Dövlət Gənc Tamaşaçılar Teatrı S.Vurğun adına Rus Dram Teatrında əsaslı təmir işləri böyük sürətlə gedir, çox yaxın vaxtlarda Yaşıl teatrda təmir-bərpa işləri başa çatacaq. Beynəlxalq Muğam mərkəzinin tikintisinə start verilib, yaxın vaxtlarda Əl Oyunla Sarayının arasında yeni Xalça Muzeyinin tikintisinə başlanacaq. Bütövlükdə Dənizkəna Milli Parkın yenidən qurulması layihəsi təsdiq olunub".

Qeyd olunub ki, ölkə başçısının imzaladığı sərəncama uyğun olaraq İstiqlaliyyət küçəsində, Dövlət iqtisad Universiteti ilə Əlyazmalar Fondunun arasında Xalq Cümhuriyyətinə həsr olunmuş abidənin ucaldılması məqsədi ilə işlərə başlandığını deyən rayon icra başçısı bildirib ki, Dağüstü parkda istiqlal abidəsi Muzeyinin yaradılması üçün müsabiqə elan olunub.

Təhsil müəssisələrinin tikintisi diqqətdə olan məsələlərdən olub. Qeyd olunub ki, yanvarın 10-da Badamdar qəsəbəsindəki 236 saylı orta məktəbin həyətində 640 şagird yerlik yeni korpusu tikilib istifadəyə verilib. Badamdar qəsəbəsindəki 239 saylı orta məktəbin yanında 880 şagird yerlik yeni məktəb binası idman zalının, 20-ci sahə ərazisində yerləşən 51 saylı orta məktəbin həyətində 880 şagird yerlik yeni məktəb 120 yertik uşaq bağçası tikintisi sürətlə davam etdirilir yeni dərs ilində bu tədris ocaqlarının da təhvil verilməsi nəzərdə tutulub.

Rayon əhalisinin qaz enerji təchizatının yaxşılaşdınlması üçün ciddi işlər görülüb. Rayonun bir sıra ərazilərinə yeni qaz xətti çəkilib transformator məntəqələri quraşdırılıb, köhnələri isəyeniləri ilə əvəz olunub.

Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə başlanan "Hərəyə bir ağac əkək" kampaniyası çərçivəsində YAP Səbail rayon təşkilatının gəriclər birtiyinin üzvləri, rayondakı ali məktəblərin tələbələrinin iştirakı ilə Bayıl yamacında, "Dostluq parkında", "Sahil bağf'nda, həmçinin rayonun Badamdar Bibiheybət qəsəbələrində iməcliklər keçirilib, minlərlə ağac gül kolları əkilib. Bu kampaniya çərçivəsində Səbail rayonunda keçirilən iməcliklərin aprelin axırınadək davam etdirilməsi nəzərdə tutulub.

 

Paritet.- 2007.- 21-23 aprel.- S. 15.