Zümrüd

 

Milli Parkın yeni layihəsi mayın əvvəlində təqdim olunacaq

 

"Monumental heykəltəraşlıq abidələri, xatirə memorial memarlıq kompleksləri haqqında" prezident sərəncamı ilə bağlı müşavirə keçirilib
   Mədəniyyət turizm naziri Əbülfəs Qarayev M.F.Axundov adına Milli Kitabxanada ölkə başçısının bu il aprelin 2- "Azərbaycan Respublikasındak
ı monumental heykəltəraşlıq abidələri, xatirə memorial memarlıq kompleksləri haqqında" imzaladığı sərəncamla bağlı müşavirə keçirib. Tədbirdə çıxış edən Ə. Qarayev son bir neçə ay ərzində mədəniyyət sahəsində bir sıra mühüm sərəncamların imzalandığını xatırladıb: "Bu sərəncamların qəbul olunmasının təşəbbüskarı ölkə başçısının özü olub. Ötən il dekabrın 18-dən başlayaraq Bakıda İstiqlal Muzeyinin yaradılması İstiqlal abidəsinin ucaldılması, Müasir İncəsənət Muzeyinin yaradılması, teatr kino sənətinin inkişaf etdirilməsi, muzey işinin yaxşılaşdırılması, Azərbaycan Rəssamlar, Bəstəkarlar Yazıçılar ittifaqlarının fəaliyyətinin yaxşılaşdırılmasına dair xüsusi fərmanlar imzalanıb. Bu sərəncamların respublikanın inkişafı üçün qədər əhəmiyyətli olduğu hər birimizə məlumdur. Sonuncu sərəncam isə Azərbaycanın hər bir küçəsini əhatə edən bir sərəncamdır. Artıq şəhər rayon rəhbərləri tikiləcək memorial kompleks, aparılacaq abadlıq işləri barədə bizə məlumat verməli mütləq layihənin eskizi bizə təqdim olunmalıdır. Həmin işlər yalnız ekspertlər tərəfindən təsdiq olunduqdan sonra həyata keçirilə bilər".
   Nazir bildirib ki, şəhər rayonlarda Böyük Vətən müharibəsi dövrünü əks etdirən lövhələr, abidələr, komplekslər bərbad vəziyyətdədir: "Digər tərəfdən, Azərbaycan müstəqillik dövrünün müharibədə həlak olmuş şəhidlərin xatirəsinin ədəbiləşdirilməsi gündəmdə olan ən vacib məsələlərdən biridir. Bölgələrdə yerləşən Şəhidlər Xiyabanlarının vəziyyəti istədiyimiz səviyyədə deyil". Ə. Qarayev sərəncamdan irəli gələn vəzifələrin həyata keçirilməsi ilə bağlı xüsusi şuranın yaradılacağını da deyib. Onun sözlərinə görə, Ekspert Şurasında bu sahənin biliciləri təmsil olunacaq."Aprelin sonu-mayın əvvəlində Milli Parkın yeni layihəsi təqdim olunacaq. Artıq layihə üzərində tamamlanma işləri aparılır. Çox güman ki, layihə müzakirə olunduqdan qəbul olunduqdan dərhal sonra Milli Parkda yenidənqurma işlərinə başlanılacaq"-deyə Əbülfəs Qarayev bildirib. Nazirin sözlərinə görə, layihə hazır olduqdan sonra artıq xarici ölkələrdən mütəxəssislər işə cəlb olunacaq.
    Müşavirədə Prezident Aparatının regionlarla üzrə şöbənin müdiri Tahir Budaqov, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Azərbaycan Memarlar İttifaqının sədri Hafiz Əmirxanov, AMEA Memarlıq İncəsənət İnstitutunun direktoru Rasim Əfəndiyev çıxış edərək, üzərlərinə düşən vəzifələri həyata keçirəcəklərinə söz veriblər. Tədbirdə respublikanın rayon şəhər icra başçılarının müavinləri, mədəniyyət sosial şəhərsalma problemləri ilə bilavasitə məşğul olan insanlar baş memarlar iştirak ediblər.

 

Səs.-2007.-11 aprel.- S. 12.