Əliyeva N.

 

Geniş tamaşaçı auditoriyası qazanmış muzey

 

Miniatür kitablar muzeyi beş illiyini böyük uğurlarla qeyd edir

 

Hər bir xalqı dünyaya təqdim edən, onun tarixən yaşadılan və sevilən təkrarsız sənət inciləridir. Bəşəriyyətin mövcudluq tarixinin ən qədim mərhələsindən bugünədək yol gələrək insanların qəlbini nura boyayan, onun yetişməsində misilsiz rol oynayan belə sənət incilərindən biri də kitablardır. Bunların içərisində zərif, nəfis tərtibatı ilə diqqəti həmişə cəlb edən miniatür kitablardır. Miniatür kitablar ta qədim zamanlardan sivilizasiyanın müasir inkişaf mərhələsinədək sevilən və yaşadılan unikal sənət incisi olmuş, kiçik həcmi və ölçüsü ilə insanların yol yoldaşına, həmdəminə çevrilmişdir.

Qədim Şərqdə və Qərbdə incəsənət nümunəsi kimi dəyərləndirilən miniatür kitabların çəkisinin yüngül, həcminin kiçik olması onun qərinələr boyu bilik mənbəyi, güclü maarifləndirmə vasitəsi kimi geniş yayılmasını, populyarlığını təmin etmişdir. Bu üstünlükləri fonunda miniatür kitablar uzaq səfərə çıxan insanları daha tez cazibəsi altına alır. Əgər qədim dövrlərdə əlyazma, nəfis poliqrafiya, təsviri ustalıq nümunəsi kimi dəyərləndirilən bu nəşrlərdə daha çox dini kitabların mətni yerləşdirilirdisə, hazırda ən müxtəlif çeşidli və məzmunlu miniatür kitablar çap olunur. Müasir dövrdə belə kiçik ölçülü kitablar yalnız bilik əldə etmək, yaxud da hansısa mütərəqqi ideyaları cəmiyyətə təlqin etmək məqsəd ilə toplanmır. Miniatür kitabların toplanması bir çox kübar insanların, ziyalıların, tələbələrin maraq dünyasına, hobbisinə çevrilməklə, onlarda xoş duyğular oyadır. Geniş oxucu auditoriyası və kütləvi yayım üçün nəzərdə tutulmayan belə nəşrlər xüsusi kitabxanalarda, muzeylərdə, sərgilərdə nümayiş etdirilir. Minlərlə miniatür kitabın toplandığı belə spesifik kitabxana-muzeylər həm də insanların ziya məbədinə çevrilir.

Zövq oxşayan bu kitabları böyük səbrlə toplayan və şəxsi kolleksiyasını zənginləşdirməyə çalışanların sayı bütün dünyada o qədər də çox deyildir. Azərbaycan mədəniyyətinə, incəsənətinə və elminə daim yüksək qayğı və diqqətlə yanaşmış ümummilli liderimiz Heydər Əliyev bu sahədə də reallıqdan çıxış edərək 2002-ci il aprelin 23-də Bakıda Miniatür Kitab Muzeyinin açılmasını təmin etmişdir. Respublika "Kitab" cəmiyyətinin sədri, əməkdar incəsənət xadimi, tanınmış ziyalı Zərifə Teymur qızı Salahovanın təsisçi olduğu muzey YUNES-KO-nun qərarı ilə qeyd edilən Beynəlxalq Kitab və Müəllif Hüquqları günündə fəaliyyətə başlamışdır. Ulu öndərin yüksək qayğısı və dəstəyi ilə içərişəhərdə münasib yerlə təmin edilmiş bu incəsənət ocağı bütün dünyada yeganə miniatür kitab muzeyidir.

Aprelin 23-də ictimaiyyət nümayəndələrinin iştirakı ilə 5 illik yubileyini qeyd edəcək muzeyin ekspozisiyasını Zərifə Salahovanın 1982-ci ilin noyabrından toplamağa başladığı miniatür kitablar təşkil edir.

2002-ci il aprelin 23-də keçirilmiş təntənəli açılış mərasimində 47 ölkədə çap olunmuş və 25 vitrində yerləşdirilmiş 3223 kitab nümayiş edilmişdir. Ötən 5 ildə muzey kitabsevərlərin rəğbətini qazanmağa nail olmuşdur.

Zərifə xanımın işgüzarlığı nəticəsində muzeyin "zərif ekspozisiyası"nın zənginləşdirilməsi yeni-yeni miniatür kitabların toplanılması prosesi davam etdirilmişdir. Azərbaycan dilində ilk miniatür kitab da məhz Zərifə Salahovanın əməyi nəticəsində ərsəyə gəlmişdir. Bu sahədə az-çox səriştəsi olanlaryaxşı bilir ki, miniatür kitab kolleksiyasının yaradılması böyük səy tələb edən ağır prosesdir. Nəzərə almaq lazımdır ki, bu kitablar kütləvi satışda deyil onları əldə etmək üçün müxtəlif ölkələrdə ixtisaslaşmış kitabxanalar, fərdi kolleksiyaçılarla əlaqələr yaratmaq lazım gəlir. Belə nəşrləri səbrlə arayıb-axtaran, onlarla maraqlanan, şəxsi kolleksiyasını daim zənginləşdirməyə çalışan  Zərifə Salahova qısa müddətdə muzeydəki kitabların sayının artırılmasına nail olmuşdur. Hazırda Miniatür Kitab Muzeyində dünyanın 62 ölkəsində çap olunmuş 4169 kitab 35 vitrində nümayiş olunur.

Zərifə Salahovanın şəxsi kolleksiyası rəngarəngdir burada nəinki. müxtəlif sahələrə, həm müxtəlif dövrlərə aid miniatür kitablara rast gəlmək mümkündür. Muzeydə toplanan nadir miniatür kitablar ədəbiyyat, incəsənət, elm, idman digər sahələri əhatə edir.

Zərifə xanım yaxşı kolleksiyaçı olmaqla yanaşı, həm Azərbaycanda miniatür kitab nəşrinin əsas təşəbbüskarlarındandır. 2002-2007-ci illər arasında onun səyi ilə Azərbaycanda 30 miniatür kitab nəşr edilmişdir. Bu nəşrlərdə respublikanın ən yeni tarixindəki mühüm mərhələlər Azərbaycanın dövlət müstəqilliyinə nail olması, Heydər Əliyevi özünə lider seçən xalqın öz iradəsini ifadə etməsi, ümummilli liderin çoxşaxəli fəaliyyəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdə tanınması nüfuzunun yüksəlməsi, ictimai həyatın bütün sahələrinin demokratikləşdirilməsi məsələləri əksini tapmışdır.

Ümummilli liderimiz Heydər Əliye-vin 1993-cü il oktyabrın 10-da andiçmə mərasimində söylədiyi "Vətənə, dövlətə, xalqa sədaqət andı" nitqinin miniatür kitab şəklində Azərbaycan, rus, ingilis dillərində nəşrləri respublika ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilmişdir. Ulu öndərimiz kitabın təqdimetmə mərasimində çıxış edərkən demişdir: "Azərbaycanda miniatür kitab nəşri sahəsində Zərifə xanım Salahovanın fəaliyyəti yüksək qiymətə layiqdir...".

Zərifə Salahovanın təşəbbüsü ilə nəşr olunmuş "Azərbaycan Respublikasının Konstitisiyası", "ATƏT-in İstanbul zirvə görüşündə", "Yeni Azərbaycan Partiyasının I qurultayı", "İstiqlal" ordenli görkəmli siyasətçilər" digər miniatür kitablar tariximizin əlamətdar bir dövrünün mühüm hadisələrini özündə birləşdirir.

Miniatür Kitab Muzeyi fəaliyyətə başlayandan kitabsevərlərin üzünə açıq olmuş, beş ildə geniş tamaşaçı auditoriyası qazanmışdır. 2007-ci il aprelin 1 olan məlumata görə, muzeyə 44 min 238 tamaşaçı gəlmişdir onların 60 faizə qədəri məktəbli tələbələrdir. Bu fakt muzeyin kolleksiyasına böyük ictimai marağın olduğunu bir daha təsdiqləyir. Muzeydə tamaşaçıların öz təəssüratlarını rəy kitabında yazılı ifadə etməsi müsbət ənənə halını almış, ötən 5 il- 6 belə kitab doldurulmuşdur. Fəxri qonaqlar üçün rəy kitabında isə 253 nəfərin, o cümlədən Boris Yeltsin, Sergey Stepaşin, Vasili Istrapov, Stenli Ekskudero, Anar Fərhad Bədəlbəyli, Xəyyam Mirzəzadə, Çingiz Abdullayev digər tanmmış şəxsləriri fikirləri qeyd olunmuşdur.

Tanınmış ziyalının əməyi ulu öndərimizin layiqli davamçısı elm mədəniyyət xadimlərinə xüsusi qayğı ilə yanaşan Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmiş, Zərifə Salahova "Şöhrət" ordeni ilə təltif olunmuşdur.

Fəaliyyətə başlamasının beş liyini qeyd edən Miniatür Kitab Muzeyi ötən müddətdə kitabsevərlərin sevimli guşəsinə çevrilmiş, geniş tamaşaçı auditoriyası qazanmışdır. Zərifə xanımın yorulmaz əzmkar fəaliyyəti isə deməyə əsas verir ki, "miniatür incilərin"in toplandığı bu muzey qarşıdakı illərdə öz şöhrətini daha artıracaq, qarşıya qoyduğu bütün məqsədlərə çatacaqdır.

 

Respublika.- 2007.- 22 aprel.- S. 4.