Xəlilzadə F.

 

Muzey işinə dövlət qayğısının təzahürü

 

Mədəni irsin qorunması təbliğ olunması işində muzeylərin rolu əvəzsızdir. Ən qədim zamanlardan müasir dövrədək xalqımızın tarixini mədəniyyətini əks etdirən nadir sənət incilərinin muzeylərdə hifz olunması, nümayiş etdirilməsi ənənəsi illərdir ki, öz ahəngindədir.

Azərbaycanda dövlət səviyyəsində ilk milli muzeyin əsası 1919-cu ildən qoyulsa da, fəaliyyətə 1920-ci ildən başlamışdır. Ötən əsrin 70-ci illərindən etibarən respublikamızda muzey şəbəkəsinin inkişafı diqqətdə saxlanılmış ölkəmizdə yüzdən artıq muzey yaradılmışdır. Təmayülünə görə respublikamızda müxtəlif muzeylər fəaliyyət göstərir. Məsələn, tarix diyarşünaslıq muzeyləri, ədəbiyyat-incəsənət muzeyləri, maarif təhsil muzeyləri, xatirə muzeyləri başqaları.

Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda muzey işinin inkişaf etdirilməsi istiqamətində lazımi tədbirlər həyata keçirilir. Ulu öndərimiz hakimiyyətə qayıtdıqdan sonra bu sahədə əsaslı dönüş yarandı. Birinci növbədə, bu qiymətli incilərin, mədəniyyətlə, tarixlə bağlı eksponatların, etnoqrafik əşyaların qorunub saxlandığı muzeylərin özünün yenidən qurulması diqqət mərkəzinə çəkildi. Ölkə Prezidenti cənab İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Hazırda Azərbaycan Tarixi Azərbaycan Ədəbiyyatı muzeylərində neçə vaxtdır ki, əsaslı yenidənqurma təmir-bərpa işləri aparılır. Ötən əsrin 90-cı illərində bölgələrdə bir sıra muzeylərin şəbəkəsi dağıdılmışdı. Son illər həmin muzeylərdə nəzərəçarpan irəliləyişlər əldə olunmuşdur. O cümlədən, bölgələrin əksəriyyətində yeni muzeylər da yaradılmışdır.

Azərbaycan  Respublikasının Prezidenti  cənab  İlham  Əliyev mədəniyyətin, elmin, incəsənətin qeyri-adi nümunələri toplanmış muzeylərin inkişafına daim diqqət önəm verir. Təsadüfi deyildir ki, ölkə başçısı 18 dekabr 2006-cı ildə "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində İstiqlal muzeyinin yaradılması İstiqlal abidəsinin ucaldılması haqqında" Sərəncam imzalamışdı. Dövlət başçısı bundan bir gün sonra, yəni, 19 dekabr 2006-cı ildə "Müasir İncəsənət Muzeyinin yaradılması haqqında" növbəti Sərəncamı imzaladı. Bu, muzey işinə dövlət qayğısının aydın təzahürü yeni çalarlarıdır.

Fərəhli haldır ki, cənab İlham Əliyev ölkəmizdə milli-mədəni sərvətlərin qorunması gələcək nəsillərə çatdırılması işinə xüsusi önəm verir. Çalışılır ki, respublikanın artan iqtisadi potensialı əsasında mədəniyyət sahəsində mühüm işlər aparılsın, bir sıra mədəniyyət ocaqları yaradılsın. Eləcə onların fəaliyyət göstərdiyi binalar müasir standartlara cavab versin. Bakıda açıq səma altında abidələr muzeyinin yaradılması da bu xeyirxah işə xidmət edir.

Cənab İlham Əliyev 6 mart 2007-ci ildə "Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında" növbəti Sərəncamı imzaladı. Həmin Sərəncamda deyilir:  "... Ölkə muzeylərinin mövcud vəziyyəti bu sahədə təxirəsalınmaz əlavə tədbirlərin həyata keçirilməsi zərurəti doğurmuşdur. Bir çox muzeylərin yerləşdiyi muzey mərkəzinin hazırkı mənzərəsi onun son dərəcə ciddi təmirə ehtiyacı olduğunu göstərir. 40 il əvvəl dünyada ilk dəfə olaraq Bakıda yaradılan, unikal eksponatlarla zəngin Azərbaycan Xalçası Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi müasir beynəlxalq standartlara cavab vermir". Ölkəmizin mədəni həyatının inkişafı baxımından çox əhəmiyyətli olan bu Sərəncamda əlaqədar təşkilatlara, xüsusilə Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyinə bir vəzifə olaraq tapşırılır ki, muzeylərin fəaliyyətinin müasir prinsiplər əsasında dünya standartlarına müvafiq olaraq yenidən qurulması, nümayiş etdirilən eksponatların azərbaycanlıq məfkurəsinə uyğunlaşdırılması təmin edilsin.

Ölkə başçısı imzaladığı sərəncamların yerinə yetirilməsi proseslərini şəxsi nəzarətində saxlayır. Prezident İlham Əliyev aprelin 10-da Milli Eimlər Akademiyasının Azərbaycan Tarixi Muzeyində təmir bərpa işlərinin gedişi ilə tanış olmuşdur. Məlumdur ki, 2004-cü ilin dekabrında muzeydə olarkən Prezident İlham Əliyev binanın əsaslı təmiri bərpası barədə göstəriş vermişdir. Artıq iki ildir ki, bu muzeydə təmir işləri getməkdədir. XIX əsrin sonlarında məşhur milyonçu xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tərəfindən tikdirilmiş bu mülkün özü bir muzeydir. Həm Şərq, həm Avropanın klassik memarlıq üslubunda yüksək zövq məharətlə ərsəyə gətirilmiş bu tarixi bina son illər sıradan çıxmaq üzrə idi. Məhz ölkə başçısının qayğısı nəticəsində həm muzeyin binası təmir olunur, həm vaxtilə boyalar altında gizlədilmiş bir sıra bəzək naxışlar aşkarlanaraq ilkin formasına qaytarılır. Acınacaqlısı budur ki, millətinə neçə-neçə belə mülklər, mənəvi sərvətlər yadigar qoyub getmiş Hacı Zeynalabdin Tağıyevin evində onu xatırladacaq bir nişanə belə qalmamışdır. Ölkə başçısının xüsusi tapşırığı ilə binanın ikinci mərtəbəsində bütövlükdə Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyi yaradılacaqdır.

Tarix Muzeyi Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərdiyi üçün o həm elmi-tədqiqat mədəni-maarif müəssisəsidir. Bu funksiyasına görə dövlət başçısı bir daha mütəxəssislərə xatırlatdı ki, muzeydə həm elmi araşdırmalar aparılması üçün hərtərəfli şərait yaradılmalıdır.

Bütün bunlar təsdiqləyir ki, Azərbaycanda ta qədim zamanlardan mövcud olan bir sıra sənət incilərinin qorunmasında xidmət göstərən mədəniyyət ocaqlarının, muzeylərin ikinci ömrü başlayır. Bu həyatı isə onlara ölkə Prezidenti cənab İlham Əliyev bəxş etməkdədir.

Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı bizim bir sıra muzeylərimiz, tarixi-memarlıq abidələrimiz digər qiymətli sənət inciləri düşmənlər tərəfindən qarət edildi sıradan çıxarıldı. İnanırıq ki, Mədəniyyət Turizm Nazirliyi ölkə başçısının muzeylərlə bağlı imzaladığı müxtəlif sərəncamları, göstəriş tapşırıqları əldə əsas tutaraq yağı tapdağında qalmış muzeylərimizin taleyi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsini uğurla davam etdirəcəkdir.

 

Azərbaycan.- 2007.- 12 aprel.- S. 1.