“Mədəniyyət həyat yolu
kimi”
Azərbaycan Biznes
Mərkəzində "Simurq” Azərbaycan
Mədəniyyət Assosiasiyası, Azərbaycan Kulturoloqlar
Cəmiyyəti Vətəndaş Cəmiyyətinin
Beynəlxalq Mədəniyyət Forumunun birgə təşkilatçılığı
ilə "Mədəniyyət həyat yolu kimi"
mövzusunda respublika kulturoloji seminarı keçirilib. APA-nın
məlumatına görə, seminarda akademik, "Simurq"
Azərbaycan Mədəniyyət Assosiasiyasının l-ci
vitse-prezidenti Maqsud Əliyev, tarix elmləri doktoru, professor Fuad
Məmmədov "Kulturologiya məktəbi: təriflər,
düsturlar, müddəalar. Mədəniyyət
tarixi proses kimi" mövzusunda çıxış edib.
Seminar çərçivəsində
"Mədəniyyət insanın
həyat və fəaliyyəti kimi: Azərbaycanda ruhi mədəniyyətin müasir vəziyyəti və
perspektivləri" (Alimlərin hökumətə
mədəniyyət siyasətinə
dair praktiki təkliflərinin qəbul olunması)
mövzusunda dəyirmi masa keçirilib. Seminarda
Vətəndaş Cəmiyyəti
Beynəlxalq Mədəniyyət
Forumunun, Azərbaycan Kulturoloqlar Cəmiyyətinin,
Azərbaycan Mədəniyyət
Assosiasiyasının üzvləri
iştirak ediblər.
Paritet.- 2007.- 3-4 aprel.- S. 13.