Baxışova G.
Bərpa edilən abidələrin
sayı artır
Onların arasında qrant
hesabına təmir edilənlər olsa da, vəsaitin
böyük hissəsi dövlət büdcəsindən
ayrılır
Abidələr bəşər tarixinin, sivilizasiyanın sərlövhəsidir. Elə bu səbəbdəndir ki, tarixi öyrənmək hər bir bəşər övladının ən ümdə vəzifəsi, borcudur. Tarixin öyrənilməsində əlyazmalarla, sənədlərlə yanaşı, tarixi abidələrin də böyük əhəmiyyəti var. Onlar dilsiz danışan ensiklopediyadır. Bu aspektdən yanaşdıqda onların mühafizəsinə, qorunmasına, bərpa-təmir işlərinin aparılmasına, təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə təbliğinə böyük ehtiyac var. Xüsusən də ermənilərin torpaqlarımıza və maddi-mənəvi sərvətlərimizə göz dikdikləri bir məqamda bunun nə dərəcədə zəruri olduğu aydındır.
Azərbaycanda bu istiqamətdə
hansı işlərin
aparıldığını öyrənmək
üçün Mədəniyyət
və Turizm Nazirliyinin Mədəni irs şöbəsinin bərpa-layihələşdirmə
və ekspertiza sektorunun müdiri Telman Kərimovla söhbətləşdik. Söhbət
əsnasında Telman
müəllim üzərində
bərpa-layihə işləri gedən obyektlər haqqında geniş məlumat verdi: "Bizim şöbədə işlər
iki
istiqamətdə aparılır. Əvvəlcə
abidənin layihəsi
hazırlanır, daha sonra smeta dəyəri
dəqiqləşdirilərək bərpa işlərinə başlanılır. Respublika
Prezidentinin müvafiq Sərəncamı
ilə təsdiq oluıımuş
regionların inkişaf
proqramına əsasən
bir
çox karvansara və qalaların, tarixi abidələrin bərpası nəzərdə
tutulub. Bu il üçün
üzərində layihə
işləri aparılan XVII əsrə aid İsmayıllı rayonu Basqal kənd
hamamının, Lənkəran
şəhərindəki Dairəvi
Qalanın, Gəncə
şəhərindəki XVIII-XIX əsrlərə
aid İmamzadə kompleksinin, Balakən rayonundakı Minarəli məscidin, Zaqatala şəhərindəki Qala divarlarının, Şəki şəhərindəki Aşağı karvansara
və Şəkixanovların evinin, Bakı şəhəri Nardaran qəsəbəsindəki
XIV əsrə aid hamamın konservasiya layihələri hazırlanır.
Şəki rayonundakı
"Gələrsən-görərsən"
qalasının, Qax rayonu Həsənxan qalasının, Şamaxı
rayonu "Yeddi Gümbəz" kompleksinin,
Salyan rayonu "Cümə"
məscidinin, Gəncə rayonu "Şah Abbas" karvansarayının, Quba rayonu
1-ci Nügədi kəndindəki məscid və
minarələrin bərpası nəzərdə
tutulub".
Abidələrin təmiri üçün vəsaitin əldə
edilməsi barədə
söhbət düşəndə Telman müəllim
əksər abidələrin dövlət büdcəsi hesabına təmir edildiyini bildirdi: "Qrant hesabına" çox az abidələr təmir olunub. Təmir işləri əsasən demək olar ki, büdcə hesabına bərpa olunur.
Qeyd etdiyim abidələrin hamısı buna aiddir. Lakin qrant hesabına da təmir olunanlar var. Məsələn, Mədəniyyət və
Turizm Nazirliyinin sifarişi ilə
Tarix muzeyi bərpa edilib.
Bu il qrant hesabına heç
bir abidə təmir edilmir.
Lakin keçən il Qəbələ
rayonu Nic kəndindəki Ağdam məbədi, Şəkinin Kiş kəndindəki məbəd qrant hesabına bərpa edilib. Hal-hazırda bu istiqamətdə danışıqlar aparılır. Yəqin ki,
yaxın müddətdə
qrant hesabına bərpa olunacaq abidələr haqqında məlumat
veriləcək. Lakin
bütün bunlara baxmayaraq, bu istiqamətdə xeyü irəliləyişlər var. Çox sevindirici haldır ki, dövlət büdcəsindən hər il bu işlər üçün vəsait artmaqdadır. Əvvəllər bir ilə 4-5 abidə təmir etdirmək olardısa, indi bu say 10-15-ə
qədər artıb. Təbii ki,
məbləğ hər dəfə
fərqli olur.
Çünki hər bir abidəyə öz texniki vəziyyətinə
görə
vəsait xərclənir". Abidələrin bərpası üçün siyahı hazırlanarkən hansı
prinsiplərin əsas götürülməsi haqqında da Telman müəllim məlumat verdi: "Adətən hazırda üzərində bərpa-layihə
işləri aparılan abidələrdə
ilk növbədə
turizm
İnfrastrukturunun yaranması nəzərdə
tutulur.
Çalışırıq ki,
həmin obyektlər tıırizm üçün yararlı olsun. Bunun üçün də
ən
önəmli olanı infrastrukturun yaradılmasıdır. Ümumilikdə
abidələr üç
qismə
bölünür - yerli, ölkə
yə
dünya əhəmiyyətli abidələr. Təmir üçün əsas dünya və
ölkə
əhəmiyyətli obyektlər seçilir. Hansı ki, onlarda turizm infrastrukturunu yaratmaq daha əlverişlidir. Lakin qəza vəziyyətində olan abidələr olduqda bərpa-təmir işləri aparılır. Əsas abidənin texniki vəziyyətidir. Texniki vəziyyət pis
olduqda daha tez siyahıya daxil edirik". Azərbaycanın tarixi abidələrinin
Dünya Məddniyyəti
İrsinın siyahısına
daxil edilməsi olduqca vacibdir. Bu, həm Azərbaycanın
qədim sivilizasiya məskəni olması faktının beynəlxalq
arenaya çıxarılması,
həm də tarixi abidələrimizin qorunması baxımından
önəmlidir. Telman
müəllim bu istiqamətdə gedən işlərlə də bizi
Yaddaş.- 2007.- 5 aprel.- S. 5.