Basqalda yeni abidələr tapılıb

 

Azərbaycanın qədim yaşayış məsgənlərindən olan İsmayıllıda son illər mədəniyyət abidələrinin aşkara çıxarılması, mühafizəsi bərpası istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, ərazidə bugünədək 151 tarixi mədəniyyət abidəsi qeydə alınıb ki, bunların çoxu qədim orta əsrlərə aiddir. Həmin abidələrin texniki vəziyyəti ilə bağlı geniş məlumat aktları toplusu hazırlanaraq Mədəniyyət Turizm Nazirliyinə təqdim edilib.

Qurumun məlumatına görə, Basqal tarix mədəniyyət qoruğunda 23 yeni abidə müəyyən olunub. Bunların arasında XVII əsrə aid olan "Hamam" abidəsi xüsusilə diqqəti cəlb edib. Nazirlik tərəfindən bu abidənin bərpası üçün layihə-smeta sənədləri hazırlanıb. Yaxın vaxtlarda orada bərpa işlərinə başlanılacaq

 

Kaspi.-2007.-7-9 aprel.-S.20.