Xəlilzadə F.

 

Dövlət başçısının tarixi-mənəvi dəyərlərimizə növbəti qayğısı

 

Azərbaycanda heykəltəraşlıq memarlıq sənətinin ilk elementləri Qobustan qaya təsvirlərində Gəmiqayada öz əksini tapmışdır. Aparılan tədqiqatlar təsdiqləmişdir ki, milli heykəltəraşlığımızın ayrı-ayrı dövrlərdə müxtəlif inciləri yaradılmışdır. Adını çəkdiyimiz mənbələrdən üzü bəri XII əsrdə yaşamış memar Əcəminin yaratdığı Möminəxatun məqbərəsi, Bakıdakı Şirvanşahlar sarayı, Qız qalası, Şəkidəki Xan sarayı, eləcə İrəvanda, Təbrizdə başqa yerlərdəki maddi mədəniyyət abidələri dediklərimizin sübutudur. Milli heykəltəraşlığımızın inkişafında ötən əsrin 70-ci illərindən başlayaraq monumental janrın miqyası daha da geniş, əhəmiyyətli olmuşdur. Təkcə Bakıda deyil, respublikamızın müxtəlif şəhərlərində tarixi şəxsiyyətlərin, şair yazıçıların, mədəniyyət xadimlərinin, müharibə əmək adamlarının xatirəsini əbədiləşdirən əzəmətli abidələr ucaldılmışdır. Bu da faktdır ki, sovet hakimiyyətinin ilk illərində ancaq Stalinə, Leninə, eləcə bir sıra bolşeviklərin "şərəfinə" Azərbaycanda müxtəlif heykəllər ucaldılmışdır. Həm şəxsiyyətə pərəstişin ləğvi ilə bağlı illərdə, həm dövlət müstəqilliyimizi qazandıqdan sonra o heykəllər yiyələri kimi ömürlərini tamamlamışdır. Vaxtilə türklərin qanına susamış şaumyanların, kirovların heykəlləri tarixin arxivinə atılmışdır.
Ümummilli liderimiz Heydər Əliyev həmişə Azərbaycanda monumental heykəltəraşlığın inkişafına xüsusi diqqət yetirər, bir sıra tarixi abidələrin açılış mərasimində iştirak edərdi.
Görkəmli dövlət xadimi Nəriman Nərimanovun, böyük şair Nəsiminin, əbədiyaşar dramaturq Cəfər Cabbarlının, Şuşada Vaqifin abidələrinin, Naxçıvanda Hüseyn Cavid məqbərəsinin açılışında iştirak edən ulu öndərimiz yaranmış hər bir mənəvi sərvəti Azərbaycan xalqının mədəniyyətini zənginləşdirən amil kimi şərtləndirirdi.
Ürəkağrıdıcı bir məqamı da qeyd edək ki, ermənilər Azərbaycan torpağının bir hissəsini işğala məruz qoyarkən bizim sənət abidələrimiz onların at
əşinə tuş gəldi. Xan qızı Natəvanın, dahi Üzeyir Hacıbəyovun, unudulmaz Bülbülün vaxtilə Şuşada qoyulmuş tunc heykəlləri erməni güllələrindən deşik-deşik edildi. Təkcə insanlarımız deyil, heykəllərimiz didərginlik, qaçqınlıq həyatına məruz qaldılar. Bununla bahəm Bakıda, eləcə yurdumuzun başqa bölgələrində Şəhidlər xiyabanları salındı. Çalışıldı ki, hər bir Vətən oğlunun fədakarlığına, şücaətinə, qəhrəmanlığına layiq qəbirüstü abidələr yaradılsın.
Əlbəttə, yaradılanlar millətin daşlaşmış tarixidir
. Amma fəsillərin, illərin dəyişməsi, müxtəlif olaylar, təbii fəlakətlər bu abidələrin, maddi-mədəni sərvətlərin həmişə əzəmətli, möhtəşəm qalmasına maneçilik edir. Zaman keçdikcə müxtəlif təbii proseslərin təsiri nəticəsində abidələrdə dəyişilmə gedir, uçub dağılanı, sıradan çıxanı olur. Bundan başqa, bəzi xatirə komplekslərinin memarlıq üslubunda sovet dövrünün təsiri öz əksini tapmışdır.
Məlumdur ki, heykəltəraşlıq xəzinəmizin qızıl fonduna daxil olmuş bütün abidələr, xatirə-memorial memarlıq kompleksləri insan əlinin qayğısına möhtacdır. Elə bu səbəbdən ölkə Prezidenti cənab İlham Əliyev 2 aprel 2007-ci ildə "Azərbaycan Respublikasında monumental heykəltəraşlıq abidələri, xatirə memorial memarlıq kompleksləri haqqında" sərəncam imzalamışdır. Həmin sərəncamda deyilir: "Ölkəmizin müxtəlif guşələrində ucaldılan monumental heykəltəraşlıq abidələri, xatirə memorial memarlıq kompleksləri bu gün artıq şəhər kəndlərimizin görkəminin ayrılmaz hissəsinə çevrilmişdir. Yüksək estetik dəyərə malik olan, milli mədəni irsə tarixi keçmişə dərin ehtiram duyğusu oyadan bu əsərlər Azərbaycan heykəltəraşlıq memarlıq sənətinin gözəl nümunələridir".
Sərəncamda Azərbaycan heykəltəraşlığının müasir simasına nəzər yetirilmiş bildirilmişdir ki, Azərbaycançılıq məfkurəsinə keçid istiqamətində bu sahədə görülən işlərin hazırkı səviyyəsi qənaətbəxş saylıa bilməz. Ölkə başçısı İlham Əliyev ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan heykəltəraşlığına, incəsənətinə göstərdiyi xidmətin ləyaqətli davamçısı kimi əlaqədar təşkilatların diqqətinə çatdırıb ki, Şəhidlər xiyabanının xatirə-memarlıq kompleksinin yeni layihəsi hazırlansın. Əsasən XX əsrdə salınmış bir qədər tələsik başa çatdırılmış, eləcə görünüşü bir sıra hallarda ənənəvi memarlıq üslubu ilə həmahəng olmayan abidələr, xatirə kompleksləri mütləq milli üsluba uyğunlaşdırılmalıdır.
Sərəncamda diqqətçəkən məqamlardan biri budur ki, dövlət başçısı açıq səma altında heykəl abidələrəin kiçik formatlarından ibarət xüsusi park-muzeyin yaradılmasını da zəruri hesab edib. Bu məsələ həqiqətən çox maraqlı önəmlidir. Dünyanın bir çox ölkələrində belə muzeylər var. Ölkə mədəniyyətinlən, memarlıq məktəindən, xalqın mədəni təfəkküründən, düşüncəsindən xəbər tutmaq üçün park-muzey qədər geniş bilgi verən mənbə ola bilməz. Çünki gözyaddaşı daha təsirlidir.
Sərəncamda bir məsələyə xüsusi diqqət yetirilib. Məlumdur ki, vaxtilə Bakıda Dədə Qorqudun heykəli "Dədə Qorqud dünyası" tarixi-etnoqrafik kompleksin yaradılması ilə bağlı müxtəlif müsabiqələr keçirilsə , bu obrazın təsviri hələ öz əksini tapmayıb. Cənab İlham Əliyev Azərbaycan Respublikasının Nazirlər Kabinetinə xüsusi olaraq tapşırır ki, bu kompleksin yaradılması haqqında vaxtilə imzalanmış fərmanın icrasını təmin etmək üçün müvafiq tədbirlər görülsün.
Ümummilli liderimiz Heydər Əliyev deyirdi:
"Bizim borcumuz bütün Azərbaycanı dəyişdirməkdir, onu inkişaf etmiş, sivilizasiyalı, demokratik prinsiplərlə yaşayan bir dövlətə, cəmiyyətə çevirməkdir". Təbii ki, bu dəyişmənin önündə milli mədəniyyətimizin müxtəlif sahələri durur. Ona görə dövlət başçısının Azərbaycan Respublikasındakı monumental heykəltəraşlıqla, abidələrlə əlaqədar imzaladığı sərəncam olduqca dəyərli əhəmiyyətlidir. Ölkələrin gözəlliyi təkcə təbiətdən asılı deyildir. İnsan əli bu əsrarəngliyin zənginləşməsində çalışmalıdır.

Azərbaycan.-2007.-6 aprel.-S.1.