Fuad E.
“Qərbi Azərbaycan
abidələri” kitabının təqdimatı
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanmış "Qərbi Azərbaycan abidələri" kitabı Azərbaycan, rus, ingilis, alman və fransız dillərində çap olunmuşdur. Muzey Mərkəzində keçirilən təqdimat mərasimində Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev çıxış edərək 31 Mart Soyqırımının növbəti ildönümü ərəfəsində nəşr edilmiş kitabın əhəmiyyətindən danışaraq demişdir ki, kitabı nəşr etməkdə əsas məqsəd qədim abidələrimizi dünya ictimaiyyətinə tanıtmaq, mədəniyyətimizin qədimliyi, zənginliyi barədə geniş məlumat verməkdən ibarətdir: "Ermənilər daim bizim abidələrimizi mənimsəməyə can atırlar. Biz də həqiqəti dünyaya çatdırmaq, xalqımızın yaratdığı abidələri beynəlxalq miqyasda tanıtmaq istəyirik. Xalqımız daim ermənilərin hücumuna, amansız təcavüzlərinə məruz qalıb. Bu nəşr Azərbaycan mədəniyyətinin qədim bir hissəsini özündə əks etdirir.
Sonra Milli Məclisin Mədəniyyət Məsələləri üzrə Komissiyasının sədri Nizami Cəfərov söz alaraq demişdir ki, son vaxtlar abidələrimizin bərpası və qorunması yönümündə ciddi işlər görülür, onların təbliğinə diqqətlə yanaşılır: "Azərbaycan ərazisinin hər addımında xalqımızın abidəsi var. Xalqın tarixi o zaman başlayır ki, onun formalaşdığı coğrafiyada abidələri, mədəniyyəti olsun. İndiki Ermənistan ərazisi Azərbaycan xalqının formalaşdığı coğrafiyanın mərkəzi regionlarından biridir, oradakı abidələr də bizimdir və bunu dünya bilməlidir".
Tarixçi alim Vəli Əliyev nəşrin mühüm cəhətlərini
vurğulayaraq dedi ki, kitabda Türk-Oğuz
yurdu olan Qərbi Azərbaycan ərazisindəki maddi nədəniyyət nümunələri
haqqında verilən qısa nəlumatlar, abidələrin şəkillərinin
yer alması onun dəyərini bir az da artırır.
Həmin gün Muzey Mərkəzində eyni mövzuda təşkil olunmuş sərgi də iştirakçılarda
böyük maraq doğurmuş, özündə
tariximizi, ululuğumuzu
yaşadan abidələrimiz
haqqında geniş təsəvvür yaratmış,
tariximizlə bağlı
hər daş, hər qaya parçasını
belə qorumağın
zəruriliyini bir daha təsdiq
etmişdir.
Respublika.- 2007.- 3 aprel.- S. 7.