Qaliboğlu E.

 

Dünyanı bürüyən erməni oğurluğu

 

Faiq İsmayılov: "Onlar Azərbaycan-türk abidələrini "qədim erməni abidələri" adıyla dünyaya təqdim edirlər"

Bu gün dünyada hər bir dövlət, xalq özünəməxsus cəhətlərini daha ciddi-cəhdlə qorumağa çalışır. Baxmayaraq ki, qlobalçılıq gecə-gündüz təbliğ edilir; ağıllı fərdlər anlayırlar ki, bütün hay-həşirə baxmayaraq hər bir millətin, dövlətin sabahda yaşarılığı onun özünə xas keyfiyyətlərinin davamlı inkişaflı tempi ilə xarakterizə olunur. Dünən Ümumdünya Kitab Müəlliflik Hüququ Günü idi. Gedişat onu göstərir ki, son onillərdə Azərbaycanda bu sarıdan problemlər daha da artıb. Ötən yüzilliyin sonunda ikinci dəfə müstəqillik qazanmağımızdan sonra ölkəmizin dünya ilə hər mənada əlaqələri geniş xarakter aldı. Azərbaycan xüsusən Avropa, Qərb ölkələri ilə əlaqələrə əhəmiyyətli dərəcədə fikir verdi. Həmçinin Avropa ölkələri Azərbaycanda gedən prosesləri, əqli mülkiyyət sahəsindəki yenilikləri ciddi-cəhdlə öyrənməyə girişdilər. Müstəqillikdən sonrakı illərdə bir müddət kitab çapı sahəsində problemlər yarandı. Bu, Azərbaycanın maddi durumu ilə bağlı idi. Nəticədə ziyalıların ölkədən qırağa axını başlandı ki, bu, məlum "beyin axını" sindromu ilə oxuculara yaxşı tanışdır. Ötən dövrlərdə həmçinin Azərbaycanda kitaba meylin azalması da ciddi şəkil aldı. Bu gün Azərbaycanda kitaba meylin tədricən artması müşahidə olunmaqdadır. Lakin təəssüf ki, sovet dövründən qalma bir çox kitab mağazalarının yerində hazırda supermarketlər, banklar s. fəaliyyət göstərir. Azərbaycanda əqli mülkiyyət sahəsində problemlər bu gün tədricən çözümünü tapmaqdadır. Artıq yaradıcılığın mütəlif sahələrilə məşğul olan istedadlı soydaşlarımız beyinlərinin halal məhsulunu bundan sonra davamlı şəkildə necə qorumağı ciddi şəkildə fikrləşməyə başlayıblar. Bu gün kompüter texnologiyalarının geniş şəbəkəsinin fəaliyyət göstərdiyi bir zamanda müəlliflik hüququnun qorunması məsələsi çətinləşib. Son illərə kimi Azərbaycanın elm adamlarının əsərlərinin xaricə göndərilən ünvana gedib çatmaması ya bir müddətdən sonra həmin ideyaların başqa biçimdə, başqa şəxsin adıyla işıq üzü görməsi haqda söz-söhbətlər səslənirdi. Məsələ burasındadır ki, bu ya digər aydınımızın əqli məhsulundan xəbəri olmadan müxtəlif ölkələrdə fayda götürülməsi sonda dövlətimiz xalqımız üçün maddi-mənəvi itki demək olur.

Azərbaycanın maddi mənəvi dəyərlərinin hər mənada oğrusu olan ermənilər bu sahədə xüsusilə fəaldırlar. Tarix boyunca süfrəmizin qırıntıları ilə dolanıb indi özünü millət hesab edən ermənilər fürsət düşdükcə mənəvi sərvətlərimizi, zəngin milli həyatımızın bütün soraqlarını utanmadan, həya etmədən öz adlarına çıxır, bunu bütün dünyaya özlərininki kimi təqdim edirlər. Vəziyyət bu sarıdan da çox təhlükəli durumdadır. Ermənilər nəyimiz varsa, öz adlarına çıxır, bu mövzuda cild-cild kitablar yazır, filmlər çəkirlər.

İşğal Olunmuş Ərazilərin Tarix-Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov deyir: "Təəccüblü onda olardı ki, ermənilərin bu oğurluqları beş-on, on beş il qabaq olaydı. Onlar həmişə fürsətcil olublar: "Hələ ötən yüzilin 70-ci illərində ermənilərin Moskva mətbuatında Azərbaycanın əleyhinə, onun maddi mədəni sərvətlərinə yiyəlik iddiası ilə yazdıqlarının şahidiyəm. Ermənilər tədricən iddialarında irəli getməyə başladılar. İş o yerə çatdı ki, onlar Azərbaycanın xalq musiqilərini, milli musiqi alətlərini özlərinin "dədə-baba malı" hesab etdilər. Yastı balabanı "erməni musiqi aləti" "düdük" adıyla car çəkdilər. Həmçinin guya tütək, ney ermənilərin imiş. Bu gün erməni həyasızlığı o həddə çatıb ki, işğal olunmuş ərazilərdəki Azərbaycan-türk abidələrinin hamısını "qədim erməni abidələri" adıyla dünyaya təqdim edirlər".

F.İsmayılov ermənilərin həyasız iddialarına qarşı əlaqədar qurumların daim birgə mübarizə aparmasını zəruri sayır. Hesab edir ki, dövlət səviyyəsində ermənilərin davamlı həyasızlıqlarına qarşı məhkəmələr açılmalıdır: "Bizim ardıcıl, məntiqli döyüşkən halımızı görüb ayaq geri qoyarlar. Xüsusən son dövrlərdə hansı təzə mahnı çıxırsa, ermənilər onu özlərininki hesab edirlər. Hər hansı bir istedadlı soydaşımızın əqli məhsulunun ermənilər tərəfindən oğurlanması onlara qarşı ciddi, davamlı ağıl savaşının açılmasını zəruri edir. Hazırda ermənilər "Kürdən Araza, Qarabağdan Cavaxetiyaya qədər" adlı film çəkirlər. Guya ki, bu ərazilərin hamısı qədim erməni torpaqlarıdır. Bu, onu göstərir ki, ermənilər daha da həyasızlaşıblar. 2005-ci ildə ermənilərin belə filmlərindən biri Hollandiyada 3-cü yeri tutmuşdu

 

Xalq cəbhəsi.- 2007.- 24 aprel.- S. 15.