Cabbarlı A.

 

Turizmin inkişafında səriştəli kadrların rolu əvəzedilməzdir

 

Azərbaycanda son illər turizm sənayesinin inkişafı ilə bağlı xeyli iş görülmüşdür. Bu sahədə xüsusi dövlət proqramı da qəbul olunmuşdur. Zəngin təbiəti, əlverişli geopolitik mövqeyi ilə seçilən ölkəmizdə yeni turist komplekslərinin tikintisi, infrastrukturun yaradılması Azərbaycanın nüfuzlu ölkə kimi dünyada tanınması ilə yanaşı, iqtisadi dividendləri artırmağa imkan verəcək.
Ölkəyə gələn xarici qonaqlarda zəngin təəssürat
yaratmaq, dövlətimiz haqqında, xalqımızın tarixi barədə hərtərəfli bilgi vermək baxımından bu sahədə çalışan mütəxəssislərin, turizmin incəliklərinə dərindən bələd olan əməkdaşların da üzərinə böyük vəzifələr düşür. Bu sahədə nəzərə çarpan boşluğu tezliklə doldurmaq, turizm sənayesini yüksək ixtisaslı, öz işinə vurğun, qabiliyyətli istedadlı kadrlarla təmin etmək hazırda mühüm vəzifələrdəndir. İki ildir fəaliyyət göstərən Mədəniyyət Turizm Nazirliyi nəzdindəki Turizm İnstitutu məhz bu vəzifənin yerinə yetirilməsi məqsədilə yaradılıb.
İnstituta ötən tədris ilində üç ixtisas üzrə 200 nəfər gənc qəbul olunmuşdu. Bu il ixtisasların sayı 8-ə, qəbul planı isə 309-a çatıb. İnstitutun rektoru Cəfər Cəfərov bildirdi ki, ölkədə turizmin inkişafı ilə bağlı keçirilən islahatlar gənclərdə bu sahəyə marağı xeyli artırıb. Turizmin inkişafı təbii olaraq savadlı, geniş dünyagörüşlü, yeni texnologiyalara metodologiyalara yiyələnmiş, vətənini sevən, milləti ilə fəxr edən tariximizi, mədəniyyətimizi dünyaya çatdırmaq qabiliyyətində olan mütəxəssislərin hazırlanmasını tələb edir.
Turizm İnstitutu öz işini Avropa standartlarına uyğun qurmağa çalışır. Avstriyanın Kents şəhərindəki Turizm Universiteti ilə əməkdaşlıq tələbələrə ikili diplom verməyə imkan yaradıb. 50 istedadlı tələbənin yalnız ingilis dilində təhsil alması, Türkiyənin Boğaziçi, Əskişəhər Anadolu universitetləri ilə əlaqələr, MDB ölkələrinin müvafiq ali məktəbləri ilə əməkdaşlıq, tələbələrin dünyanın bir sıra turizm mərkəzlərində təcrübə keçməsi yaxşı səmərə verir. Rusiya Federasiyasının Omsk şəhərindəki universitetdə çalışan həmyerlimiz, turizm sahəsində tanınmış mütəxəssis professor Novruz Quliyev bu yaxınlarda özünün yazdığı dərs vəsaitlərini institutun kitabxanasına göndərib. Onu da deyək ki, kitabxanada hələlik yalnız rus ingilis dillərində yazılan kitablara rast gəlmək olar. Bu kitabların tərcümə edilməsi, yeni dərsliklərin hazırlanması yaxın vaxtlarda öz həllini tapacaq. İnstitutda elektron kitabxananın yaradılması da nəzərdə tutulur.
İnstitutun pedaqoji kollektivi yeni ali təhsil ocağının işini yüksək səviyyəyə çatdırmaq üçün bütün imkanlardan səmər
əli istifadə edir. Burada Boloniya təhsil sisteminin tətbiqi, turizm sahəsində Tədqiqat İnkişaf Mərkəzinin yaradılması, xarici ölkələrin ali məktəbləri ilə müəllim tələbə mübadiləsinin qaydaya salınması, institut binasının yeni tələblər səviyyəsində təmiri digər məsələlər, çox güman ki, tezliklə öz həllini tapacaq.


Azərbaycan.-2007.-24 avqust.-S.6.