Əhmədzadə R.
Turizm İnstitutunda fərqli
təhsil sistemi tətbiq edilir
Cəfər Cəfərov: "Azərbaycanın
turizm ölkəsi kimi tanınması üçün zəmin yaranır"
Sevindirici haldır ki, son zamanlar Azərbaycanda neft sənayesi inkişaf etdikcə əldə edilən gəlirlər hesabına qeyri-neft sektoru da inkişaf etdirilir. Ölkə rəhbərliyinin turizm sektoruna göstərdiyi qayğı
da artmaqdadır.
Bu qayğının əsas
əlamətlərindən biri də ötən
il yaradılmış
Azərbaycan Turizm İnstitutudur (ATİ). İnstitutun mövcud
vəziyyətini öyrənmək
məqsədilə rektor,
tarix elmləri namizədi, dossent Cəfər Cəfərovla
həmsöhbət olduq.
- Cəfər müəllim, ATİ barəsində
oxucularımıza məlumat
verərdiniz.
- ATİ turizmin inkişafına dair tədbirlər planına əsasən Nazirlər Kabinetinin 13 fevral
2006-cı il tarixli qərarı ilə yaradılıb. Bina və təchizat
məsələləri həll
olunduqdan və rektor təyin edildikdən sonra turizm üzrə tam ixtisaslı kadrlar yetişdirə biləcək
bir ali
məktəb kimi ictimaiyyətə təqdim
olunub. İnstitut ilk tədris ilinə 3 ixtisasla başlayıb: Turizm işində menecment, Marketinq və Sosial servis ixtisasları. Bu ildən isə abituriyentlərin seçiminə
daha beş
ixtisas təqdim edilir. Bunlar Linqvistika (bələdçi-tərcüməçi),
Kurort-sanatoriya müəssisələrində
tibbi xidmətin təşkili, Mədəni
turizm, Bədən tərbiyəsi və idman və İdman
turizminin təşkili
ixtisaslarıdır. Təbii ki,
gələcəkdə yeni
ixtisasların açılması
da düşünülür.
İnstitutda 6 dossent, 3 professor olmaqla 42 müəllim 200 tələbəyə dərs
keçir. Bu il isə daha 209 abituriyent ATİ-nin tələbəsi olmaq şansı əldə edəcək.
- Artıq neçə ildir ki, bir çox
ali məktəblərdə
turizm işinin təşkili üzrə ixtisaslar tədris olunduğu halda, bu sahə üzrə
ayrıca bir ali məktəbin yaranması zərurəti
haradan yarandı?
Digər ali məktəblər
turizm işi üzrə kadrlara olan təlabatı yetərincə ödəmirdimi?
- Turizm çoxşaxəli və
müxtəlif ixtisasların
cəmləşdiyi bir
sənayedir. Ona görə də
yalnız bir və ya iki
ixtisasla kifayətlənib
"turizm işi üçün tam lazımlı
kadrlarımız var"
deyə bilmərik.
Onu da nəzərə
almaq lazımdır ki, turizm üzrə
ali məktəb
açılmazdan əvvəl
Azərbaycanda turizm sənayesinin hazırkı
durum ölkə rəhbərliyi
tərfindən ətraflı
şəkildə öyrənilib.
Nəticədə turizm ixtisasları
üzrə kadr təminatı qeyri-qənaətbəxş
sayılıb. Əgər belə
olmasaydı, bu qədər xərc çəkib ayrıca bir Turizm İnstitutunun
açılmasına ehtiyac
duyulmazdı. Çox təəssüflə
etiraf etmək lazımdır ki, turizm sənayesində bu ixtisas üzrə
diplomala çalışanların
çoxu bu sektorun vacib incəliklərinə bələd
olan keyfiyyətli kadrlar kimi yetişdirilməyib.
Hazırda mövcud olan
kəmiyyət-keyfiyyət zidiyyəti
də bu vaxta qədər turizm ixtisaslarını əhatəli şəkildə
tədris edən müəyyən bir sistemin olmamasının nəticəsidir. ATİ-nin açılması üçün zərurətini
də məhz bu yaratdı.
- Sizin institutun tədris üsulları ölkəmizin
digər ali
məktəblərindən nə ilə fərqlənir?
- Təbii ki, ATİ-nin özünü fərqli bir ali məktəb kimi təsdiq etməsi üçün turizm sənayesinə, kadr tələbatına cavab verəcək ixtisas çeşidləri yaradılmalı
idi və yaradıldı da. Dünya standartlarına cavab verəcək hərtərəfli tədris
proqramlarının hazırlanmasında
dünyanın qabaqcıl
ali təhsil
müəssisələrinin təcrübəsindən yararlandıq.
Avropa ölkələrinin təhsil
sistemində tətbiq
olunan Boloniya prosesinə uyğun mütərəqqi sistem yaratmaq naminə də tədbirlər həyata keçirilir.
Tələbələrin müəyyən dərslərdə könüllü
iştirak seçimi,
pedaqoq seçimi, yuxarı kurslarda ixtisas dərslərinin beynəlxalq dillərdə
tədrisi də bu qəbildəndir. Universitetimizin tələbələri
dünyanın öndə
gedən xarici ali təhsil
ocaqlarında istifadə
edilən dərsliklərlə
təmin olunurlar. Onların həm nəzəri, həm praktiki cəhətdən hazırlanması
da diqqət mərkəzində saxlanılır.
Tələbələrimizin beynəlxalq səviyyəli
mütəxəssis kimi
yetişdirilməsi naminə
bir çox xarici elm və təhsil müəssisələri
ilə birgə layihələr həyata keçiririk. Yaxın gələcəkdə
qarşılıqlı tələbə-müəllim
mübadilələri aparılacaq.
Buna misal olaraq Avropa İttifaqının
nüfuzlu ali
məktəblərindən biri olan Avstriyanın
Kermis Universiteti ilə
olan əməkdaşlıq
layihəsini göstərə
bilərəm. Bu əməkdaşlığa əsasən,
fərqlənən tələbələr
öz təhsillərini
həmin universitetdə
davam etdirmək və hər iki tərəfin eyni hüquqlu diplomunu almaq şansı əldə edəcəklər.
- Abituriyentlərin
ATİ-yə marağı
hansı səviyyədədir? Bu gənc
ali məktəb
barədə onlarda kifayət qədər təsəvvür varmı?
- Hələ ki, bu il ATİ-ni
seçən abituriyentlərin
sayı barədə dəqiq məlumatımız
yoxdur. Bunu yalnız qəbul imtahanlarının nəticələri
açıqlandıqdan sonra
bilmək olar. Ancaq ötən il ali məktəblərə
qəbul imtahanlarından
sonra açıqlanan
reytinq siyahısında
ATİ 7-ci yerdədir. Təbii ki,
abituriyentlərin bir ixtisasa müraciəti çox olduqda, oraya keçid balı da yüksək
olur və bu ali məktəblərin
reytinqinə təsir edir. Çox sevindirici haldır ki, institutumuz yarandığı ilk ildə bu səviyyədə
abituriyent etimadına müvəffəq olub.
O ki, qaldı
bu ilki reytinqlərə,
mənə elə gəlir ki, yenə də ATİ-nin ixtisaslarına müraciət çoxdur.
Çünki son bir ildəki fəaliyyətimiz, tətbiq
etdiyimiz fərqli tədris sistemi və qatıldığımız
beynəlxalq layihələr
KİV-lə ictimaiyyətə
çatdırılıb.
- Azərbaycan turizm sənayesininin bugünkü
durumunu necə qiymətləndirirsiniz?
- Təəssüflər olsun
ki, Azərbaycanda turizm sənayesi birtərəfli şəkildə
inkişaf edir. Yeni otellər, istirahət və əyləncə mərkəzləri
tikilir, ancaq milli-mədəni abidələrimizin mühafizəsi
arxa plana keçir. Ancaq yaddan çıxarılmamalıdır
ki, Azərbaycanı Şərqin mədəniyyət
beşiyi bilib ziyarət edən turistlər beşulduzlu otellərdən çox, tarixi və mədəni əhəmiyyət
daşıyan abidələr
barədə düşünürlər.
Təbii ki, dövlətimizin və onun təşəbbüsü
ilə yaradılan ATİ-nin əsas məqsədi turizm sektorunda gedən kortəbii "inkişaf"ı nizamlı şəklə salmaqdır.
Onu da qeyd
etmək lazımdır
ki, son illərdə
turizm sektoruna dövlət qayğısının
göstərilməsilə bu sahədə müsbət meyllər nəzərə çarpır.
İnkişaf üçün
potensial imkanlar da var. Kadrlar
da yetşdirilir. Beləliklə, Azərbaycanın
gələcəkdə turizm
ölkəsi kimi tanınması üçün
zəmin yaranır.
- ATİ-nin gələcəyi
üçün planlarınız?
-
Avqustun 1-dən 7-nə qədər Türkiyənin Boğaziçi
və Anadolu universitetlərinin rektorlarını
qəbul edəcəyik
və onlarla əməkdaşlıq haqqında
layihələrə imza
atacağıq. Ümumiyyətlə,
hazırkı işlərimiz
gələcəkdə görəcəyimiz
tədbirlərin müydəçisi
sayılmalıdır.
Beynəlxalq əlaqələrimizi artırmaq, tədris səviyyəsini daha da təkmilləşdirmək,
daha savadlı kadrları tədris prosesinə cəlb etmək və daha rəngarəng ixtisasları abituriyentlərə
təqdim etmək bizim gələcək üçün əsas məqsədlərimizdir. Missiyasızı
reallaşdırmaq üçün
"kampus" - yəni
universitet şəhərciyi
qurmaq istəyirik. Hazırda bunun üçün torpaq sahəsinin ayrılması
barədə danışıqlar
gedir.
Kaspi.-2007.-3 avqust.-S.12.