İsmayıllıda "Qaya"
turizm
mərkəzi fəaliyyətə
başlamışdır
İsmayıllı şəhərindən 18 kilometr Şimal-Şərqdə, Lahıc yolunun üstündə, füsunkar mənzərəsi olan gözəl bir guşədə "Qaya" turizm mərkəzi fəaliyyətə başlamışdır.
Mərkəz son illərdə İsmayıllıda turizmin inkişafı istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində yaradılmışdır. Burada eyni vaxtda 80 nəfər turisti qəbul etməyə imkan verən, müasir standartlarına uyğun dördmərtəbəli hotel, iki kottec, restoran, qolf və digər bir sıra idman növləri ilə məşğul olmaq üçün meydançalar, konfrans zalı və s. vardır.
Turistlər, habelə velosipedlə gəzintiyə
çıxmaq, yaxınlıqda
salınmış göldə
balıq ovlamaq imkanına da malikdirlər.
Mədəniyyət.- 2007.- 24 avqust.- S. 5.