Kamal M.

 

Turizm sektorunda yeni inkişaf mərhələsi

 

Otel, sanatoriya xidmətinin internet şəbəkə proqramı hazırdır

 

Dünyada sürətli və dinamik inkişafa nail olan Azərbaycan iqtisadi cəhətdən ən güclü dövlətlərdən birinə çevrilməkdədir. Bütün sahələrdə aparılan məqsədyönlü  islahatların sayəsində əldə olunan bu yüksəliş ölkə iqtisadiyyatının  imkanlarını  daha  da  artırır, perspektivli sahələrin inkişafına yeni təkan verir. Belə sahələrdən biri turizmdir. Onu da qeyd etmək lazımdır ki, füsünkar təbiəti, dəniz sahili çimərlikləri, dağları, buz bulaqları, saysız-hesabsız istirahət guşələri, tarix mədəniyyət abidələri ilə turistləri özünə cəlb edən Azərbaycanın turizm sektorunda inkişaf üçün  potensial  imkanları  həmişə mövcud olubdur. 11 iqlim qurşağından 9-u Azərbaycandadır. Respublikamız olduqca əlverişli coğrafi ərazidə yerləşməklə yanaşı, dünya əhəmiyyətli strateji kommunikasiya tranzit nəqliyyat yolları da məhz ölkəmizin ərazisindən keçir. Azərbaycan eyni zamanda özünəməxsus nüfuza malik sağlamlıq mərkəzləri, sanatoriyaları ilə tanınır. Mövcud potensialdan səmərəli istifadə etməklə son illər dövlət tərəfindən turizmin inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir artıq müəyyən nəzərəçarpacaq nəticələr əldə olunubdur. Azərbaycanda fəaliyyət göstərən turizm şirkət agentliklərinin sayəsində bu xidmət sahəsi beynəlxalq şəbəkəyə inamla inteqrasiya olunmaqdadır. CIC "Caspian Invest Commerce" turizm şirkətinin vitse-prezidenti  Bilal  Muradovla söhbətimizdə  şirkətin  fəaliyyət göstərdiyi ötən bu illər ərzində əldə etdiyi uğurların timsalında turizm sahəsində baş verən yeniliklərə aydınlıq gətirməyə çalışdıq. Bilal müəllim qeyd etdi ki, sahənin inkişafına dövlət qayğısı, Mədəniyyət Turizm Nazirliyinin yaradılması bu prosesi bir az da sürətləndirmişdir. Turizm bir sahə olaraq ayrılıqda inkişaf edə bilməz. Bu mənada respublikamızda  son dövrlər aparılan və gündən-günə böyük vüsət alan tikinti-quruculuq, abadlıq işləri, bununla əlaqədar yeni infrastrukturların qurulması turizm sahəsinin inkişafına müsbət təsir göstərir. Regionların sosial-iqtisadi inkişaf proqramı daxilində respublikamızın bütün bölgələrini əhatə edən geniş quruculuq işlərini də xüsusi qeyd etmək lazımdır. Nəqliyyat infrastrukturuna böyük diqqət yetirilir. Həm magistral, həm şəhərlərarası, şəhərdaxili və kənd yollarının müasir səviyyəyə çatdırılması məqsədilə mühüm layihələr həyata keçirilir. Beynəlxalq tələblərə cavab verən mehmanxanalar, aeroportlar, turizm kompleksləri istifadəyə verilir.

Turizmlə bağlı olan xidmət sahələrinin, sosial obyektlərin işi daha da təkmilləşdirilir. Yeni istirahət mərkəzlərinin, idman və sağlamlıq komplekslərinin yaradılması, kurort və sanatoriyaların xidmət keyfiyyətinin yüksəldilməsi üçün görülən işləri, Azərbaycanda turizmin aparıcı istiqamətlərindən biri kimi onun təbiətinin, xalqımızın əsrlər boyu qoruyub-şaxladığı tarix və mədəniyyət abidələrinin mühafizəsi ilə bağlı dövlət tərəfindən görülən kompleks tədbirləri də əlavə etmək lazımdır.

Bizim turizm şirkəti yeddi ildir fəaliyyət göstərir və ötən dövr ərzində bu sahədə müəyyən uğurlara müvəffəq olmuşdur. Beynəlxalq əlaqələrə xüsusi əhəmiyyət verən şirkətimiz Türkiyə, Rusiya, Qərbi və Şərqi Avropa ölkələrinin müvafiq qurumları ilə qarşılıqlı əməkdaşlığı davam etdirir. MDB dövlətləri çərçivəsində Minvodı, Moskvaətrafı, Krım, Soçi, Yalta, Truskavets başqa şəhərlərə turist səfərləri təşkil edir. Son illər şirkətin əsas fəaliyyəti daxili turizmin inkişafı məqsədilə həyata keçirilən tədbirlərlə bağlıdır. Məhz daxili turizmin inkişafı ölkə iqtisadiyyatına əlavə gəlirlər gətirir. Biz bu sahədə fəaliyyətimizin genişləndirilməsində maraqlıyıq. Bu işdə sağlam rəqabət prinsipləri ilə digər şirkətlərlə faydalı əməkdaşlığa üstünlük veririk. Şirkət tərəfindən bu sahədə uğurlu addımlar atılır.

2003-cü ildə Azərbaycanda ilk dəfə  olaraq Turizm Portalını-CIC.az hazırladıq. Turizm sektoruna gətirdiyi yeniliklərlə bu internet portaldan dünyanın bütün ölkələrinin turistləri istifadə edir. Gündə təxminən 250-300 nəfər bu sayta daxil  olmaqla Azərbaycanın turizm imkanları barədə ətraflı məlumat alır.

Turizmin inkişafında sərgilərin təşkili  önəm kəsb edir. Təqdirəlayiq haldır ki, respublikamızda yüksək səviyyəli beynəlxalq sərgilərin keçirilməsi artıq ənənəyə çevrilibdir. Bizim şirkət bütün sərgilərdə iştirak edir. Bu baxımdan aprel ayında təşkil olunan Azərbaycan turizm və səyahətlər sərgisi bizim üçün daha əlamətdar oldu.

Sərgi çərçivəsində şirkətin yeni layihəsinin təqdimatı da keçirildi. I.S.O.R-kurortı Ru Beynəlxalq korporativ on-line Bronlama və idarəetmə sistemli proqramı şirkət tərəfindən dörd il müddətində hazırlanıbdır. "Risk" elm istehsalat birliyinin tərtib etdiyi bu proqramın müəlliflik hüququ bizə məxsusdur. Otel və sanatoriyalarda bronlama idarəetmə xidmətin internet şəbəkə proqramı bu sahədə ən xırda amillərə qədər biznes mühitini əhatə edir. Bu sistemin tətbiqi və şəbəkəyə qoşulmaq, bu xidmətdən yararlanmaq həm otel və sanatoriyalara, həm də turizm şirkətlərinə bir çox səmərə əldə etməyə imkan yaradır. Bu sistemin tətbiqi idarə edilməsi olduqca asandır. Sistem otel, sanatoriyaların malik olduqları nömrə fondu barədə məlumatlan əks etdirir, onların tədavülü ilə bağlı bütün hesabatlarını aparır. Funksiallığına görə dünyada analoqu olmayan bu proqramın açılışında Mədəniyyət Turizm naziri Ə.Qarayev iştirak etmiş, proqramı yüksək qiymətləndirmişdir. Bu sistemin Azərbaycanda tətbiqi turizm sektoruna mühüm töhfə olmaqla yanaşı onun beynəlxalq aləmə inteqrasiyasına yenilik gətirəcəkdir.

Onu da əlavə etmək lazımdır ki, şirkət sentyabrın 25-28-də Moskvada keçiriləcək böyük turizm sərgisində iştirak etməyə ciddi hazırlaşır. Bu sərgidə Azərbaycan üçün ayrılmış stenddə şirkətin üç yeni məhsulu nümayiş olunacaqdır. Bunların sırasına Bronlaşdırma internet sistemi, kataloq Azərbaycan turizm sektoru barədə CD-lər daxildir. Onu da qeyd edək ki, Azərbaycanda daha bir yeniliyin əsasını qoyan turizm kataloqu hazırlanır. Bu kataloqda beynəlxalq turizm sektoruna öz töhfəsini verə bilən otel sanatoriyalara bütün imkanlar yaradılır.

Şirkət bütün beynəlxalq sərgilərdə iştirak etməyi öz qarşısına bir məqsəd kimi qoymuşdur. May ayının 17-dən 21-nə kimi Moskvada təşkil olunan MİTF-2007 sərgisində Azərbaycandan yalnız CIC şirkəti öz məhsulları ilə çıxış etmiş, respublikamızı uğurla təmsil etmişdir. Belə sərgilərin Azərbaycanı, onun turizm imkanlarını beynəlxalq ictimaiyyətə dolğun çatdırmaqda əvəzsiz rol oynadığını bildirən şirkət rəhbəri bundan sonra da bu sahədə yaranan imkanlardan maksimum istifadə etmək, bütün sərgilərdə iştirak etmək arzusundadır.

 

Respublika.- 2007.- 16 avqust.- S. 6.