Azərbaycanı necə turizm ölkəsi etməli
Anar Cəfərov bununla bağlı təkliflər
paketi hazırlayıb
Dünən Beynəlxalq
Mətbuat Mərkəzində
(BMM) keçirilən mətbuat
konfransında "Şabran
şirkəti" MMC Azərbaycanda
kurort və turizmin inkişaf etdirilməsi və ölkəyə turist axınının ildə
20 milyon nəfərə
çatdırılmasını nəzərdə tutan təkliflər paketini açıqladı.
Cəmiyyətin prezidenti Amil Cəfərov qeyd etdi ki,
proqram çox böyük kapital qoyuluşu tələb edir. Amma hər
sərf edilən manat 100 qat xeyir
verəcək.
A.Cəfərov ən böyük layihənin Xaçmaz və Dəvəçi şəhrləri
arasında, qumlu dəniz sahilində qədim Şabran şəhərinin ərazisində
"Böyük Şabran"
kurort-turizm şəhərinin
salınması olduğunu
qeyd etdi. O vurğuladı ki, dünya standartlarına uyğun qurulacaq bu şəhərin əhalisi gələcəkdə
200 min nəfərə
çatacaq. A.Cəfərov
"Böyük Şabran"
kurort-turizm şəhərinin
Sankt-Peterburq şəhəri
timsalında olacağını
da bildirdi: "Ekoloyi cəhətdən təmiz bu kurort
şəhərinin qabaq
tərəfi 50 km-dən çox qumlu dəniz sahili, arxa tərəfi
yaşıl meşəli
soyuq bulaqlarla zəngin dağlar olacaq. Yaradılması nəzərdə tutulan kurort-turizm şəhərinin
ərazisindən 7 çay
keçir. Bu çayların mənbəyi
dağlar, mənsəbi
isə Xəzər dənizidir. Bu çaylar dağ çayları olduğu üçün yaz və payız aylarında bol sulu, yay aylarında
isə az sulu olur, bəzən
isə tamamilə quruyurlar. Təbiətin bu şıltaqlığının
qarşısını almaq
üçün hidro-qurğular
tikilməli, çayların
qarşısında bəndlər
tikilib, göllər yaradılmalıdır. Çaylar
kanallarla birləşdirilməli,
suları Şabran və Vəlvələ çaylarına yönəldilməlidir.
Çay və kanalların üzərində
yaraşıqlı körpülər salınmalı, onlar heykəl və abidələrlə
bəzədilməlidir. Şəhərin
ümumi mənzərəsi
Sankt-Peterburqu xatırladacaq.
Bu da turistləri cəlb edəcək. Necə ki,
türklər turistləri cəlb etmək üçün Antalyada Kremli yaradıblar".
A.Cəfərovun
sözlərinə görə,
yeni salınacaq turizm şəhərinin
Bakı
ilə
daha doğrusu Novxanı ilə də əlaqələndirilməsi vacibdir.
Belə ki, bu,
Novxanının da turizm şəhəri kimi perespektivini artıracaq. A.Cəfərov vurğuladı ki,
Şabranda və Novxanıda müasir limanlar tikilməsi və dəniz yolu ilə sərnişin daşınması da vacibdir. Eyni zamanda, proqrama Novxanı ilə Şabran arasında yüksək sürətli dəmir yolu nəqliyyatının- sürət qatarının yaradılması da daxildir. A.Cəfərov Bakının yanından keçməklə
Şabrana getməyin turistlər üçün cəlbedici olacağını qeyd etdi:
"Bakı
şəhəri ilə tanışlıq üçün xüsusi turist marşurutları
təşkil etmək olar.
Bu yolla Bakının yollarını
tıxaclardan nisbətən mühafizə etmiş olarıq. Novxanı ilə
"Böyük
Şabran"
kurort-turizm
şəhəri arasında dəniz yolu ilə
A.Cəfərov dəniz nəqliyyatından Lənkərana getmək üçün istifadə
etməyin də
əhəmiyyətli olduğunu vurğuladı. O, Bakıda da turizm obyektlərinin
tikilməsinin
tərəfdarıdır: "Qız Qalası"nın yanında oriyinal üslublu, müasir otelin tikilməsi
şəhərin yaraşığını
daha da artırar. Müasir sahilyanı şəhərlərdəki kimi,
turistlərin milli parka asma eyvanla
çıxışın da təmin etmək
olar".
A.Cəfərov Gəncə
şəhərinin də
turizm əhəmiyyətini
artırmaq üçün
xüsusi proqram hazırladıqlarını diqqətə
çatdırdı: "Gəncə
şəhərində Nizami
Gəncəvinin məqbərəsinin
yanında 50 hektar sahədə dünyada analoqu olmayan, bənzərsiz "Xəmsə"
bağının salınması
proqramımızda xüsusi
yer tutur. N.Gəncəvi bəşəriyyət
tarixində heç bir dahi söz
ustadı ilə müqayisə olunmaz şəxsiyyətdir. Böyük
fəxrdir ki, o azərbaycanlıdır və biz bu
üstünlüyümüzü nümayiş etdirməyə
borcluyuq. Bu səbəbdən də salınacaq "Xəmsə"
bağı Nizami dühasına layiq olmalıdır. "Xəmsə"
bağının içərisi
5 müstəqil bağa
ayrılmalı və
hər bağ özündə Nizaminin bir əsərinin məzmununu əks etdirən heykəl və saraylarla bəzədilməlidir.
A.Cəfərov "Xəmsə"
bağının yaxınlığında
turistlər üçün
"Semiramidanın asma
bağları" adlı
otellər tikməyi də təklif etdi: "Dünyanın 7 möcüzəsindən biri
sayılan "Semiramidanın
asma bağları"
rəvayətə görə
indiki Gəncə ərazisindən gəlin getmiş Midiya hökmdarının qızı
Semiramidanın şərəfinə
salınıb".
A.Cəfərov vurğuladı
ki, əgər iş düzgün qurularsa, salınacaq şəhərlər və
tikiləcək obyektlər
tezliklə xərclərini
ödəyəcək və
gəlir gətirməyə
başlayacaq. Nəticədə
1 milyondan artıq insan işlə təmin olunacaq. Azərbaycan adambaşına
düşən məhsula
görə dünyada
qabaqcıl ölkələrdən
biri olacaq.
Sonda A.Cəfərov qeyd etdi ki,
hazırladıqları təkliflər
paketini prezidentə təqdim ediblər.
Kaspi.-2007.-2 avqust.-S.22.