Azərbaycanda turizmin inkişafı
aktual məsələyə
çevrilib
Ölkədə turizm şirkətlərinin
sayı 247-dən artıqdır
Turizm sahəsi
qeyri-neft sektorunda aparıcı rollardan biri ola
bilər. Buna görə də, bu sahəyə intensiv sərmayə cəlb edilməsi və bunun üçün
əlverişli zəmin
yaradılması müvafiq
dövlət strukturlarının
əsas funksiyalarından
biridir. Tarixə
qısa bir nəzər salsaq, görərik ki, əgər 6 il öncə respublikada 30 turizm şirkəti fəaliyyət göstərirdisə,
hazırda şirkətlərin
sayı 247-dən artıqdır.
60-a yaxın mehmanxana,
tikili obyekti vardısa, indi bunların sayı 280-a yaxındır. Bu, ondan xəbər verir ki, cəmiyyət
turizmin önəmini və turizmin dövlət büdcəsi,
iqtisadiyyatımız üçün
əsas olduğunu artıq dərk edib.
Nəzərə alsaq ki, ölkəmizə
gələn turistə
Azərbaycan vətəndaşı
xidmət göstərir,
yəni hava limanından başlamış
bütün ictimai iaşə və mehmanxana xidmətlərində
bizim vətəndaşlar
çalışırsa, bu,
dolayısı ilə
işsizlik probleminin aradan qaldırılması
deməkdir. Mədəniyyət
və Turizm Nazirliyinin xarici turizm sektorunun müdiri Elçin Qafarlının dediyi kimi, turizm çox
unikal adətdir və biz bunu inkişaf etdirməliyik:
"Biz hər zaman deyirik ki, bizim
əlverişli coğrafi
mövqeyimiz var, təbiətimiz rəngarəngdir.
Ölkəmizə gələn
turistlərin hər birinə Azərbaycan haqqında məlumat verəndə, qeyd edirik ki, 200 km radiusda və yaxud 2,3 saat ərzində təbiətin
müxtəlif rəngarəng
çalarlarını, növlərini
və təbiət müxtəlifliyini görə
bilərsiniz. Ancaq bu,
hələ turizm demək deyil. Biz bunu təqdim
etmək bacarığına
malik olmalıyıq".
E.Qafarlı onu da vurğuladı ki, nazirliyin dəstəyi ilə keçirilən sərgilərdə, treninqlərdə
iştirak edirik.
Bu, layihələrimizdən
biri olan Yaponiya sərgisidir ki, sentyabrın 11-19-da keçirilməsi planlaşdırılır.
"Bildiyimiz kimi, qonşu ölkə olan Türkiyənin həqiqətən
gözəl və turizm üçün əlverişli məkanları
mövcuddur" deyən
nazirliyin rəsmisi, onu da qeyd
etdi ki, Azərbaycanın turizm sektorunda bütün şərait var: "Yəni, biz Türkiyənin
30-35 ildə getdiyi bir yolu qısa
bir zaman kəsiyində, ən azı keçmək imkanına malikik. Hətta Türkiyə ilə rəqabətə girə
bilmək səviyyəsinə
çata bilərik.
Əgər bu gün bizdə 24 min 700 yataq yeri varsa,
2008-ci ildə yataqların
sayı 150 minə çatdırılması ptanlaşdırılır.
Bu gün bizdə
6 minə yaxın tarixi-mədəniyyət obyekti
qeydiyyata alınıb".
E.Qafarlı bildirdi ki, turizm
dövlət dəstəyinə
əsaslanaraq, özəl
sektorun inkişaf etdirilməsinə təkan
verəcək. Həmçinin,
özəl sektor turizm sektorunun avanqard bir sahəsinə
çevriləcək: "Bu, bütün dünyada məlum olan bir variantdır. Onu da qeyd
edək ki, həmişə bizim xarici tərəfdaşlar
Qarabağ problemini ön plana çəkirlər
və deyirlər: Azərbaycan bir qaynar bölgə kimidir. Biz onlara
deyirik ki, bir həftə gəlin Azərbaycanda, Bakıda qalın. Siz görərsiniz ki, Bakının küçələrində
axşam gəzmək
asandır, yoxsa Moskvanın, Sankt-Peterburqun,
yaxud da başqa bir ölkənin?!"
"Azərbaycanda
turizmin inkişafı
ilə bağlı təbliğat işləri
aparılırmı" sualına gəldikdə
E.Qafarlı bildirdi ki, müxtəlif ölkələrdə, müxtəlif
səviyyəli sərgilərdə
bütün turizm sektoruna aid olan insanlar, bizim mədəniyyətimizi təmsil
edən şəxslər
iştirak edir. Biz orada
bütün istiqamətlərdə iş aparırıq: "Yəni,
turizmdən sadəcə
gəlir əldə etmək nöqteyi-nəzərdən
bəhs etmirik. Tarixi abidələrimizi, zəngin
mətbəximizi adət-ənənələrimizi
ön plana çəkirik. Bunların hamısını
kompakt şəkildə
ümumiləşdirilir və
turizm məhsulu kimi xarici bazarda
realtaşdırılmasını, daha doğrusu, onların burada istirahət etmələrinin
təmin edilməsi üçün bir zəmin yaradır".
Səs.- 2007.- 21 avqust.- S. 13.