Sanatoriya və kurortlar
haqqında qanun layihəsi hazırlanır
Parlament "Sanatoriya
və kurortlar haqqında" qanun layihəsi üzərində
işləyir. Bu haqda "Azadlıq" radiosuna parlamentin Sosial siyasət komissiyasının sədri
Hadi Rəcəbli deyib. Onun sözlərinə görə, məqsəd həm yeni iş
yerlərinin açılması,
həm də xaricdə istirahət edən ölkə vətəndaşının pulunun
Azərbaycanda qalmasını
təmin etməkdir.
"İş yerləri
yaradılması baxımından
da bu sahə
prioritetdir. Amma bu qanun layihəsi
ilə bağlı maliyyə dəstəyi də verilməlidir. O zaman daha artıq
gəlir götürmək
olar və pullar Antalyaya, Dubaya axmaz, Azərbaycanda
qalar. Yesentukiyə gedəndə elə bil Bakıdasan. Oradakı şərait heç də Azərbaycandan yaxşı
deyil. Bir qədər vəsait qoyulub. Bizim hökumət də artıq bu haqda
düşünür". Hadi Rəcəbli qanun layihəsinin gələn sessiyada müzakirəyə çıxarılacağını
deyir.
Üç nöqtə.-2007.-4 avqust.-S.7.