Şükürov T.
Turizm sərgisinin coğrafiyası
genişlənir
Baş ofisi Londonda
yerləşən İTE Group PLC Beynəlxalq sərgi
şirkəti inkişafda olan ölkələrdə
keçirilən sərgi tədbirlərinin ən iri
təşkilatçısıdır. Bu şirkət dünyada 32 nümayəndəlik
yaradaraq, 20 ölkədə 200-dən artıq sərgi
keçirmişdir.
Həmin şirkətin Bakıda da nümayəndəliyi yaradılmışdır. İTECA Caspian MMC adlanan həmin nümayəndəliyin fəaliyyət göstərdiyi illərdə bir neçə sərgi təşkil etmişdir. Hər ilin yaz aylarında turizmə aid sərgi keçirilir. Əməkdaşımız həmin nümayəndəliyin direktor müavini Bəhruz Hidayətzadə ilə görüşmüş və ona biz neçə sualla müraciət etmişdir.
- İTEKA Caspian şirkəti ölkəmizdə ilk turizm sərgisini nə vaxt təşkil edib və bu sərgini təşkil etmək hansı zərurətdən irəli gəlmişdir?
- Azərbaycanın ilk turizm sərgisi 2002-ci ildə təşkil olunmuşdur. Bu tədbir artıq 5 dəfə keçirilib. Ölkəmizin böyük turizm potensialını nəzərə alaraq ölkə rəhbərliyi iqtisadiyyatın bu sahəsini ən prioritet sahələrindən biri elan etmişdir. Məhz bu mərhələdə, ölkəmizdə turizm sərgisinin keçirilməsinə ehtiyac duyulmuş və bu təşəbbüsümüz Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyi tərəfindən hərtərəfli dəstək almışdır. İlk sərgi "Grand Hotel Europe" mehmanxanasında 2002-ci ilin aprel ayında müvəffəqiyyətlə təşkil olunmuşdur. Qeyd edək ki, sərgi bu gün də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tam dəstəklənir. Beynəlxalq sərgilər xarici və yerli turizm işinin təşkilatçılarını, onların müştəriləri olan vətəndaşları, dövlət stoıkturlarının nümayəndələrini və media işçilərini eyni məkanda toplayaraq, bənzərsiz bir forum yaradır. Sərgidə fikir və təcrübə mübadiləsi aparılır, aktual olan mövzular müzakirə edilir, yerli xidmət və məhsullar minlərcə insana çatdırılır. Birinci Beynəlxalq Turizm sərgisi belə bir mühitin yaradılmasına köməklik etmişdir.
- Turizm sərgilərinin Azərbaycanda turizm sektorunun inkişafına təsiri varmı?
- Turizm sərgisinin bu sektora olan təsirindən danışsaq, bəlli bir xronologiyanı izləmək lazım olacaqdır. Sərginin təşkil olunduğu ilk illərdə üstünlük xarici şirkətlər tərəfində olmuşdur. Bunun ən mühüm nəticələrindən biri Azərbaycandan başqa ölkələrə 'səyahət edənlərin sayının artması oldu. Belə olan halda ölkəmizin iş adamları diqqətlərini turizm sahəsinə yönəltmiş, Azərbaycanın gözəl guşələrində turizm infrastrukturu yaratmağa başlamışlar və bu sahəyə sərmayə qoyuluşu artmışdır. Son illər təşkil olunan sərgilərdə xarici şirkətlərlə yanaşı, artıq ölkəmizin mədəni irsini və təbii gözəlliklərini əks etdirən turizm obyektləri də təmsil olunmağa başlamışdır. Xüsusilə son illər ölkəmizə turist göndərmək istəyən ölkələrin və şirkətlərin nümayəndələrinin sərgini ziyarət etməsini diqqətə alsaq, bunun əhəmiyyətini daha yaxşı görərik. Hər halda bunu nəzərə alaraq, ölkəmizə gələn turistlərin sayının artımı ilə turizm sərgisi arasında paralellik axtarmaq səhv olmazdı. İnamla deyə bilərik ki, ölkəmizdə keçirilən beynəlxalq sərgilər turizmin inkişafına birmənalı təsir göstərir.
- Bu sərgiyə xarici turizm şirkətlərindən ən çox hansıları maraq göstərir?
- "AİTF" sərgisində təqdim olunan xarici iştirakçılara nəzər salsaq, son illər, xüsusilə Türkiyə şirkətlərinin sərgiyə marağının artdığını müşahidə edə bilərik. Eyni zamanda, qeyd etmək lazımdır ki, 2007-ci ildə sərgidə iştirakçılar arasında bir çox Milli Turizm Təşkilatları iştirak edərək, bu ölkələrin turizm sahələrini təqdim etmişlər. Bunlar arasında Türkiyə, Kataloniya, Malayziya, Tatarıstan və Şimal Kipr də vardı.
- Xarici ölkələrin turizm şirkətləri ilə necə əlaqə qurursunuz?
- Xarici iştirakçıların sərgiyə cəlb olunması üçün il boyu geniş iş aparılır. Sərgilərin təşkilində şirkətimizin Bakı ofisi ilə yanaşı İngiltərə, Türkiyə, Rusiya, Çin ofisləri də iş aparır. Bunlar əlaqəli turizm şirkətləri ilə görüşərək, onlara məlumatların verilməsini təmin edir. İl ərzində bu sektorun aparıcı beynəlxalq nəşrləri ilə işi də qeyd etmək yerinə düşər. Bundan başqa, turizm sahəsinin ən əhəmiyyətli sərgiləri ziyarət olunur və layihə menecerləri potensial iştirakçılarla görüşərək, onları sərgidə iştiraka dəvət edirlər.
- Növbəti sərgi nə vaxt keçiriləcək və həmin sərgiyə hazırlıq necə gedir?
- 7-ci Beynəlxalq
Turizm sərgisi gələn ilin 16-18 aprelində təşkil olunacaq və artıq sərgiyə hazırlıq başlanmışdır.
Bildirmək lazımdır
ki, sərgiyə maraq xarici şirkətlər
tərəfindən bir
qədər də artmışdır. Biz ümid edirik ki, sərgidə xarici
şirkətlərlə yanaşı, Azərbaycanın turizm
təşkilatları da təmsil olunacaqlar.
Mədəniyyət.- 2007.- 24 avqust.- S. 5.