Yaşlı və
gənc nəsil yazıçı, rəssam, bəstəkarların
yaradıcılıq fəaliyyətini təmin etmək üçün xüsusi təqaüd
fondu haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan
Yazıçılar Birliyi üzvlərinin yaradıcılıq
şəraitinin yaxşılaşdırılması
tədbirləri haqqında” 2007-ci il 12 mart tarixli 2023
nömrəli, “Azərbaycan Rəssamlar İttifaqı
üzvlərinin yaradıcılıq şəraitinin
yaxşılaşdırılması tədbirləri
haqqında” 2007-ci il 12 mart tarixli 2024 nömrəli və
“Azərbaycan Bəstəkarlar İttifaqı üzvlərinin
yaradıcılıq şəraitinin
yaxşılaşdırılması tədbirləri
haqqında” 2007-ci il 12 mart tarixli 2025 nömrəli sərəncamlarının
icrasını təmin etmək məqsədi ilə qərara
alıram:
1. Yaşlı və
gənc nəsil yazıçı, rəssam
və bəstəkarların
yaradıcılıq fəaliyyətini
təmin etmək üçün xüsusi
təqaüd fondu yaradılsın.
2. Yaşlı və gənc
nəsil yazıçı,
rəssam və bəstəkarların yaradıcılıq
fəaliyyətini təmin
etmək üçün
xüsusi təqaüd
fondu dövlət büdcəsinin vəsaiti
hesabına formalaşdırılsın
və Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyinin mərkəzləşdirilmiş
xərclərində nəzərdə
tutulsun.
3. Xüsusi təqaüdün sayı, həcmi və müddəti aşağıdakı kimi
müəyyən edilsin:
3.1. yaşlı nəsil
üçün ayda
300 (üç yüz)
manat olmaqla, bir il müddətinə,
yazıçılara – 50 (əlli),
rəssamlara – 50 (əlli)
və bəstəkarlara
– 30 (otuz) xüsusi təqaüd;
3.2. gənc nəsil üçün ayda 200 (iki yüz) manat
olmaqla, bir il müddətinə, yazıçılara – 20 (iyirmi),
rəssamlara – 20 (iyirmi)
və bəstəkarlara
– 10 (on) xüsusi təqaüd.
4. “Yaşlı və
gənc nəsil yazıçı, rəssam
və bəstəkarların
yaradıcılıq fəaliyyətini
təmin etmək üçün xüsusi
təqaüd fondundan istifadə Qaydaları” təsdiq edilsin.
5. Bu Fərman imzalandığı gündən
qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
6 avqust 2007-ci il
Xalq qəzeti.- 2007.- 7 avqust.- S. 1.