Sənət xadimlərinə qayğı
mədəniyyətin inkişafına
yönəlib
Azərbaycan
kinemotoqrafiyasının inkişafındakı
xidmətlərinə görə
bir çox sənətkar fəxri adlara layiq görüldü
Azərbaycan milli mədəniyyətinə
və incəsənətinə
dövlət tərəfindən
hər zaman qayğı göstərildiyinin
şahidiyik. Bildiyimiz kimi, 2 avqust kino işçilərinin
peşə bayramı
- Milli Kino günüdür. Bu münasibətlə ölkə
Prezidenti kino xadimlərinə fəxri fərmanların verilməsi
ilə bağlı sərəncam imzalamışdır.
Azərbaycan kinemotoqrafiyasının
inkişafındakı xidmətlərinə
görə, bir çox şəxslərə
respublikanın xalq artisti, xalq rəssamı,
əməkdar artist, əməkdar incəsənət
xadimi, əməkdar mədəniyyət işçisi
adları verilmişdir.
Onlardan bir neçəsi ilə əlaqə saxlayıb, belə bir əlamətdar
gündə onların
fikirlərini öyrəndik.
Xalq artisti Yalçın Əfəndiyev:
- Azərbaycan kino sənətinin tarixi bir əsrdən
artıq dövrü əhatə edir. Belə bir tarixi dövrü
yaşamış milli
kinomuzun inkişaf dövründə bu sahənin çoxlu sayda mütəxəssisləri
yetişmiş və Azərbaycan kinosunun dünya ölkələrində
geniş bir şəkildə təbliğ
edilməsinə şərait
yaradılmışdır. Ötən gün kino günü ərəfəsində İlham
Əliyev cənablarının imzaladığı
sərəncam əsasında
bir çox sənət xadimləri ilə yanaşı, mənə də respublikanın xalq artisti adı verilmişdir. Bu dövlət rəhbərinin
Azərbaycan kino sənətinin inkişafında
xidmətləri olan şəxslərə böyük
diqqət və qayğısıdır. Hər
zaman biz bu isti münasibəti
üzərimizdə hiss
etmişik. Deyim ki, sənət xadimlərinə olan bu münasibətin təməli ümummilli liderimiz Heydər Əliyevin hakimiyyəti dövründə qoyulmuşdur.
Onun hakimiyyətdə olduğu
illərdə Heydər
Əliyev kino işçilərinə xüsusi
qayğı göstərir
və "Azərbaycanfilm"
studiyasında istehsal olunan bütün filmləri, ilk növbədə, özü
nəzərdən keçirib,
sonra efirlərdə nümayiş etdirilməsinə
icazə verirdi.
Kino ilə bağlı
olan dövlət tərəfindən tapşırılan
bütün planları
izləyir və təqdim olunan filmlərin çəkilişi
üçün lazım
olan ehtiyatların ödənməsinə çalışırdı.
Onu da deyim
ki, ilk dəfə
olaraq, onun əmri ilə kinematoqrafiyaya fonddan 700 min dollar valyuta
ayrıldı ki,
bu da görünməmiş
bir hal idi.
Həmin
vəsait hesabına studiyaya texniki vəsaitlər alındı.
Prezident tərəfindən
sənət xadimlərinə
fəxri adların verilməsi də, məhz onun hakimiyyətə gəldiyi
zamandan başlandı.
Yaradıcı şəxslərin
əməyi, istedadı
yüksək qiymətləndirildi.
Bu gün
Heydər Əliyevin yeritdiyi xətt İlham Əliyev tərəfindən uğurla
həyata keçirilir.
Elə bir sənət nümayəndəsi
tapmaq mümkün deyil ki, İlham
Əliyevin bu münasibətini yüksək
qiymətləndirməsin. Sənət
xadimlərinin mənzillə
təmin olunması, Prezident təqaüdünün
verilməsi, eləcə
də, fəxri adların təqdimatı mədəniyyət və
incəsənətimizə olan qayğının təzahürüdür. Biz
sənət nümayəndələrinə
belə bir diqqət əhvali-ruhiyəmizi yüksəldir,
daha da məsuliyyətlə
işləməyimizə stimul
verir. Düzü, deyim ki, mənə
bu fəxri adın verilməsi çox gözlənilməz
oldu. İnanmırdım
ki, mənim fəaliyyətim məhz bu şəkildə qiymətləndirilə bilər.
"Azərbaycanfilm" kinostudiyasında 45-dən
artıq sənədli
film, 10-a qədər tammetrajlı film çəkmişəm. Bundan
sonra da bir rejissor kimi
Azərbaycan sənətinin
inkişaf etdirilməsi
naminə daha məsuliyyətlə çalışacaq,
ölkə Prezidentinin
mənə göstərdiyi
etimadı doğruldacağam.
Bir daha sənət xadimlərinə
göstərilən bu
diqqət və qayğıya görə dövlət rəhbərimizə
minnətdarlığımı bildirirəm.
Xalq rəssamı
Nəsirov Rafiq:
- Kino işçilərinin
peşə bayramı
bizim üçün
ikiqat sevincə səbəb oldu. Hər il olduğu kimi, bu il
də Prezident İlham Əliyev bir çox sənət xadimlərinin
kino sahəsindəki xidmətlərini yüksək
qiymətləndirərək, kino tarixinin 109-cu ildönümündə də
onları fəxri adlarla mükafatlandırdı.
Bu, bizim üçün əsil bayrama çevrildi. Ölkə Prezidenti Azərbaycan kinosuna hər zaman diqqət ayırmış və kinemotoqrafiya sahəsində
çalışan şəxslərin
yaradıcılıq fəaliyyətinin
daha da geniş
bir şəkildə reallaşdırılması üçün
Cəfər Cabbarlı
adına "Azərbaycanfilm"
kinostudiyasının dünya
standartlarına uyğun
bir şəkildə təmir etdirilməsi ilə bağlı sərəncam imzalamışdır. Artıq
Prezidentin sərəncamına
əsasən, 2008-ci ildə
kinostudiya Avropa standartlarına uyğun olaraq fəaliyyətini davam etdirəcəkdir. Təbii ki, dövlət tərəfindən
sənət xadimlərinə
göstərilən bu
qayğı, məhz Azərbaycan mədəniyyətinin
və incəsənətinin
inkişafına yönəldilmişdir.
Mən bir rəssam kimi 30 ildən artıqdır ki, kinostudiyada fəaliyyət göstərirəm.
İlk işim "Məlikməmmədin nağılı"
filmində olub. Sonralar Azərbaycanın çox istedadlı rejissorları olan Eldar Quliyev, Oqtay Mirqasımov, Rasim Ocaqov, Ramiz
Əzizbəyli, Rövşən
Almuradlı kimi yaradıcı şəxslərlə
birgə fəaliyyət
göstərmişəm. Azərbaycanda
istehsal olunan 35-ə qədər bədii filmin rəssamı olmuşam. Bundan əlavə, dünyanın bir çox ölkələri
və telekanalları ilə birgə əməkdaşlıq fəaliyyətim
olmuşdur. Belə ki, Polşada, İranda istehsal olunan filmlərin, eləcə də, NTV, ORT
kimi telekanalların çəkdikləri müxtəlif
məzmunlu nümunələrdə
rəssaam kimi fəaliyyət göstərmişəm.
Hazırda isə
çəkilişləri davam
edən "Cavad Xan" filminin rəssamıyam. Yaradıcı
şəxs kimi Azərbaycan kino sənətinin inkişaf etdirilməsinə bütün
qüvvəmi səfərbər
edərək, bundan sonrakı fəaliyyətimdə
də dövlətin mənə göstərdiyi
etimadı doğrultmağa
çalışacağam. Dövlət rəhbərinin
belə bir gündə mənə fəxri ad verməsini
yüksək qiymətləndir
və bir daha dərin minnətdarlığımı bildirirəm.
Səs.-2007.-3 avqust.-S.12.