«Vətən sərhədlərinin
keşiyində»
mövzusunda müsabiqəyə
yekun vurulmuşdur
Avqustun 14-də
Dövlət Sərhəd Xidmətinin (DSX) Heydər Əliyev
Elmi Araşdırmalar Mərkəzində Sərhəd
Qoşunlarının yaradılmasının 88-ci
ildönümünə həsr olunmuş "Vətən
sərhədlərinin keşiyində" mövzusunda
müsabiqənin yekunları ilə bağlı mərasim
keçirilmişdir.
Mərasimdə
çıxış edən DSX-nin ictimaiyyətlə
əlaqələr şöbəsinin rəisi, polkovnik
Cəbrayıl Əliyev ölkəmizdə yaradıcı
insanlar üçün yaradılmış əlverişli
şəraitdən danışmış və bildirmişdir
ki, ulu öndər Heydər Əliyev mədəniyyət,
incəsənət adamlarına həmişə qayğı
ilə yanaşmış, onların əməyini
yüksək qiymətləndirmişdir.
C.ƏIiyev ulu
öndərimizin layiqli davamçısı, Silahlı
Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham
Əliyevin də yaradıcı insanlara göstərdiyi
diqqət və qayğıdan danışmışdır.
Natiq qeyd etmişdir ki,
Dövlət Sərhəd Xidmətinin çoxsahəli
fəaliyyətində hərbi vətənpərvərlik
tərbiyəsi, Vətənə, onun sərhədlərinə
məhəbbət hissinin gücləndirilməsi prioritet
istiqamətlərdəndir. Bu istiqamətdə həyata
keçirilən tədbirlər içərisində
müxtəlif yaradıcılıq müsabiqələrinin
təşkili xüsusi yer tutur. Hər il olduğu kimi, bu il
də Sərhəd Qoşunlarının yaradılmasının
ildönümü münasibətilə "Vətən
sərhədlərinin keşiyində" mövzusunda kino
sənəti, bədii ədəbiyyat, təsviri sənət
və digər sahələr üzrə 6 nominasiyada müsabiqə
elan olunmuşdur. Müsabiqədə ölkəmizin
peşəkar və həvəskar rəssamları, şair
və yazıçıları, sərhədçi
əsgərlər, sərhədçi zabit və gizirlərin
ailə üzvləri də iştirak etmişlər.
DSX rəisinin
müavini, general-mayor Fərhad Tağızadə,
Yazıçılar Birliyinin sədri, xalq
yazıçısı Anar, Yazıçılar Birliyinin
birinci katibi, xalq şairi Fikrət Qoca və başqaları
müsabiqə iştirakçılarını təbrik
etmiş, onlara yeni yaradıcılıq uğurları
arzulamışlar.
Bildirilmişdir ki, yaradıcılıqla məşğul olan insanlar müsabiqəyə böyük maraq göstərmişlər. Elan olunmuş nominasiyalar üzrə müsabiqəyə çoxsaylı əsərlər təqdim edilmişdir. Təqdim olunmuş əsərlərin janrları da, müəlliflərin yaş, təhsil, sosial mənşəyi və peşəkarlıq səviyyəsi də müxtəlifdir.
Qeyd olunmuşdur ki, ölkəmizin vətəndaşlarının öz yaradıcılıq duyğularını sərhəd mövzusuna yönəltməsi, sərhəd və sərhədçilər haqqında fikir ifadə etməyə çalışması böyük uğurdur.
Sonra qaliblərə mükafatlar və qiymətli hədiyyələr
təqdim olunmuş, təsviri sənət nümunələri nümayiş
etdirilmişdir.
Azərbaycan.- 2007.- 15 avqust.- S. 3.