Zaman E.
Prezident
İlham Əliyev: Biz mədəniyyəti və
milli-mənəvi dəyərlərimizi bazar iqtisadiyyatına
qurban verməyəcəyik
,
Ölkə
başçısının “Yaşlı və gənc
nəsil yazıçı, rəssam və
bəstəkarların yaradıcılıq fəaliyyətini
təmin etmək
üçün xüsusi təqaüd fondu haqqında”
fərmanı, ziyalıların sosial durumunu
yüksəldəcək önəmli addımdır
Azərbaycan ziyalısına, yaradıcı adamına
qayğı və dəstək göstərən ümummilli
lider Heydər Əliyev yaxşı bilirdi ki, onların fikir
və münasibətləri, ziyalı tövsiyələri
ölkənin maddi- mənəvi yuksəlişinə
xidmət edir. Məhz buna görə də o, yaradıcı
insanlarla tez-tez keçirdiyi canlı görüşlərdə, fikir
mübadilələrində ölkənin inkişafı
üçün səslənən
ziyalı sözündən
və təklifindən
səmərəli şəkildə
istifadə edirdi.
Həmin
tendensiyanı uğurla
davam etdirən Prezident İlham Əliyevin də ziyalılara, yaradıcı
insanlara göstərdiyi
dövlət himayəsi
diqqəti cəlb edir. Ölkə başçısının avqustun
6 -da yaşlı və gənc nəsil yazıçı,
rəssam və bəstəkarların yaradıcılıq
fəaliyyətini təmin
etmək üçün
xüsusi təqaüd
fondu haqqında imzaladığı fərman,
mədəniyyət və
incəsənət işçilərinin
maddi-mənəvi tələbatının ödənilməsində
əhəmiyyətli bir
addımdır. Fərmanda 2007-ci il 12 mart tarixli
sərəncam əsasında
“Azərbaycan Yazıçılar
Birliyi üzvlərinin
yaradıcılıq şəraitinin
yaxşılaşdırılması tədbirləri haqqında”,
“Azərbaycan Rəssamlar
İttifaqı üzvlərinin
yaradıcılıq şəraitinin
yaxşılaşdırılması tədbirləri haqqında”,
“Azərbaycan Bəstəkarlar İttifaqı üzvlərinin yaradıcılıq
şəraitinin yaxşılaşdırılması
tədbirləri haqqında”
sərəncamlarının icrasını təmin etmək məqsədilə
xüsusi təqaüd
fondu yaradılması
qeyd olunur.
Yaşlı və gənc
nəsil yazıçı,
rəssam və bəstəkarların yaradıcılıq
fəaliyyətini təmin
etmək üçün
xüsusi təqaüd
fondunun dövlət büdcəsinin vəsaiti
hesabına formalaşması,
Azərbaycan Respublikasının
Mədəniyyət və
Turizm Nazirliyinin mərkəzləşdirilmiş
xərclərindən ödənilməsi
nəzərdə tutulur.
Xüsusi təqaüdün sayı, həcmi və müddətinin aşağıdakı kimi
müəyyən edilməsi
qərara alınmışdır:
yaşlı nəsil üçün ayda 300 manat olmaqla, bir il müddətinə
xüsusi təqaüdün
verilməsi nəzərdə
tutulmuşdur. Gənc
nəsil yazıçı,
rəssam və bəstəkarların yaradıcılıq
fəaliyyətini təmin
etmək üçün
isə 200 manat məbləğində xüsusi
təqaüd fondundan istifadə olunması müəyyənləşdirilmişdir. Nəticədə Azərbaycan Yazıçılar
Birliyinin, Bəstəkarlar
və Rəssamlar ittifaqlarının hər
birinin 70 istedadlı üzvünə müəyyənləşdirilmiş
miqdarda təqaüdlərin
verilməsi reallaşacaqdır.
Ümumiyyətlə, Prezidentin
bu sərancamınadək
onun yaradıcı insanların iş və yaşayış şəraitini yaxşılaşdırmaq
haqqında bir neçə sərəncamı
olmuşdur. Belə ki, Bəstəkarlar İttifaqı üçün
yeni binanın ayrılması, yaradıcılıq
evinin tikilməsi, təqaüd fondunun ayrılması, eləcə
də nəşriyyatın
fəaliyyətə başlaması
nəzərdə tutulmuşdur.
Qeyd etdiyimiz məqamların hər biri Azərbaycan bəstəkarlarının yeni-yeni
əsərlər yaratmasına
və onlarda mövcud olan potensial qüvvənin üzə çıxarılmasına
şərait yaratmağa
hesablanıbdır.
Prezident İlham Əliyevin sözügedən
fərmanı rəssamların
da sosial vəziyyətinin yaxşılaşmasına
səbəb olacaqdır.
Hazırda rəssamların
yaradıcılıq emalatxanasının
tikilməsi ilə bağlı yer ayrılmışdır. Tikinti
işlərinə 2008-ci ildə
başlanacaqdır. Bu,
dünyada analoqu olmayan bir emalatxanadır
ki, buraya dünyanın müxtəlif
ölkələrindən gələn
xarici rəssamlar dəvət alacaqlar. Emalatxanalarda müasir tətbiqi sənətin növləri ilə tanış olacaq, rəssamlıq məktəbinin
ənənələri haqqında
onlarda fikir formalaşacaqdır.
Rəssamlar İttifaqına
üzv olan şəxslər sırasında
yaşayış evinə
ehtiyacı olan şəxslər də vardır ki, onların bir qismi mənzillə təmin olunacaqlar. Göründüyü kimi, dövlət
tərəfindən rəssamlara
böyük diqqət
və qayğı vardır ki, bunun nəticəsində yaradıcı şəxslər
mükəmməl əsərlər
yaradaraq, dünyada Azərbaycan rəssamlıq
məktəbini təmsil
edəcəklər.
Bir daha aydın olur ki, bu fərmanla
Prezident yaradıcı
şəxslərə dayaqdır
və onların üzərinə ciddi , düşündürücü sənət əsərləri
yaratmaq məsuliyyəti
qoyur. Fərmanın bir özəlliyi də ondadır ki, burada kütləvilik
yoxdur və nəzərdə tutulan təqaüd yalnız böyük istedad sahibi olan şəxslərə,
eləcə də maddi dəstəyə ehtiyac duyan qələm
əhlinə veriləcəkdir.
Belə bir həqiqəti xarici ölkələrin yazıçıları və
elm adamları dəfələrlə etiraf
ediblər ki, dünyanın heç bir ölkəsində mədəniyyət və
incəsənət işçilərinə
Azərbacandakı kimi
yüksək dövlət
qayğısı yoxdur.
Bazar iqtisadiyyatı dövründə sənəti
və milli-mənəvi dəyərləri
ölməyə qoymayan
və onu yüksəltməyə nail
olan Prezident İlham Əliyev bu barədə deyib:” Biz mədəniyyəti
və milli-mənəvi dəyərlərimizi
bazar iqtisadiyyatına qurban verməyəcəyik.
Əksinə onun inkişafı üçün
zəruri tədbirləri
görəcəyik».
Hələ sovet dövründə Yazıçılar
Birliyinin yaradıcılıq
evi mövcud idi. Məlum hadisələr zamanı məcburi köçkünlər
burada məskunlaşdılar.
Hazırda birliyin yaradıcılıq evi fəaliyyət göstərmir.
Bu baxımdan, Prezidentin sərəncamı
əsasında, yaxın
zamanlarda yazıçı
və şairlər üçün yeni binanın tikilməsi də planlaşdırılıb.
Azərbaycan milli mədəniyyətinin
və incəsənətinin
bütün sahələrinin
inkişaf etdirilməsi
istiqamətində dövlət
rəhbərinin son dövr ərzində ardıcıl olaraq imzaladığı sərəncamlar
bu sahənin mütəxəssislərinin daha
da məsuliyyətlə
çalışmalarına səbəb olmuşdur. Onların hər biri indi
tarixi köklərə
əsaslanan sənət
nümunələrinin inkişaf
etdirilməsinə bütün
potensial qüvvələrini
sərf edirlər. Təbii ki, sənətin bütün sahələrində
çalışan yaradıcı
şəxslərin maddi
durumlarının yüksəldilməsi,
onların bədii yaradıcılığının stimullaşdırılması yönündə
binaların tikilməsi
və təmiri, fəxri adların verilməsi və s. Azərbaycan mədəniyyət və
incəsənətinin inkişaf
etdirilməsinə yönəlmişdir
və bu kimi humanitar siyasət davamlı olacaqdır.
İki sahil.-2007.-9 avqust.-S.3.