Fransanın məşhur “Lö Mond” jurnalı azərbaycanlı rəssamlardan bəhs edib

 

Bu günlərdə Fransanın Azərbaycandakı səfirliyinin mədəniyyət üzrə attaşesi Valeri Lö Qalşe Baron Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevə  məktub göndərib.  O, məktubda azərbaycanlı rəssamlarımızın Venesiya Biennalisindəki uğuru münasibətilə təbrik edib və öz ölkəsində populyar "Lö Mond" jurnalının 24 iyul tarixində dərc olunan məqaləni nazirin diqqətinə çatdırıb. Məktubda göstərilir ki, fransızlar azərbaycanlı gənc rəssamların Venesiyada keçirilən sərgidən məmnun qalıb. Xüsusən Əli Həsənovun  "Qışqırıqçı",  Rəşad Ələkbərovun instaliyasiyası - iki şəhərə bir nöqtədən baxışı daha çox bəyənilib. Üstəlik mədəniyyət attaşesi məktubda gənc rəssamların əsərlərini yüksək qiymətləndirib.

 

                 Kino+.- 2007.- 3 avqust.- S. 4.