Norveçi fəth edən azərbaycanlı rəssam
Ötən ay
istedadlı rəssam Yusif Mirzənin Norveç
Krallığının üç şəhərində
(Trisil, Sapsborq və Stavanger) fərdi sərgisi
düzənlənib. Rəssamın özünün də
iştirak etdiyi bu sərgilər norveçlilər
tərəfindən böyük maraqla qarşılanıb.
Bəri başdan qeyd
edək ki, tanınmış rəssam Yusif Mirzə on
ildən artıqdır ki, Norveç
sənətçiləri ilə əməkdaşlıq edir.
Onun rəsm əsərləri Norveçdə nəşr
edilən təqvimlərdə, kitablarda, jurnallarda
dəfələrlə çap olunub. Azərbaycan
rəssamlıq sənətində ilk dəfə olaraq,
Qobustan qayaüstü rəsm ənənələrini
tamamilə yeni, müasir ruhda təqdim edən, elə bu
səbəbdən də ölkəmizdə “Qobustan
rəssamı” kimi tanınan Yusif Mirzənin
sözlərinə görə, əski türk sənətini
özündə ehtiva edən rəsm əsərləri
norveçlilərin həmişə maraq dairəsindədir
və onlar bu tipli rəsmləri çox sevirlər.
İllər uzunu rəssam Norveç Krallığına
səfər etmək istəsə də, arzusu bu il reallaşıb.
Sən demə, bu səfər ərəfəsində ona
ABŞ-dan da dəvət gəlibmiş. Lakin o,
tərəddüd etmədən Norveçi seçib: “Bu
ölkəyə səfərimi və oradakı
sərgilərimi Norveç Humanitar Müəssisəsi
təşkil etdi. Layihənin
gerçəkləşməsində bu qurumun rəhbəri
Tarje Holmedahlın, eləcə də mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevin və Azərbaycan
Mikromaliyyələşdirmə Bankının
rəhbərliyinin də kifayət qədər
xidmətləri olub”. Səfər
təəssüratlarını bizimlə
bölüşən Yusif Mirzə norveçlilərin
zəngin tarixi mədəniyyətə sahib olan ölkəmiz
barədə müəyyən məlumatlara malik
olmasını xüsusi vurğuladı. Hətta
səfərdə olduğu bir neçə ölkə, o
cümlədən Rumıniya ilə müqayisədə
norveçlilərin Azərbaycan barədə daha çox
bilgiləri olduğunu bildirdi.
“Norveçlilər əsərlərimdə öz tarixi
izlərini görürlər”
“İlk sərgim Trisil şəhəri
yaxınlığındakı meşədə
düzənləndi. Özlüyümdə
düşündüm ki, görəsən meşəyə -
sərgiyə baxmağa gələn olacaqmı? Amma
sərgiyə o qədər insan gəldi ki, lap
məəttəl qaldım”,- sözləri ilə
söhbətini davam etdirən Yusif Mirzə üçün
bu mənzərə əsl sürpriz olub. Dediyinə
görə, Norveçin üçüncü böyük
şəhəri sayılan Stavanger şəhərindəki
“F-
“Tur Heyerdalın evini də ziyarət etdim”
“Norveçin hansı muzeyində əsərləriniz
saxlanılır?” sualına isə həmsöhbətimiz
belə cavab verdi: “Kon-Tiki Museum”da Tur Heyerdalın
xatirəsinə həsr etdiyim rəsm əsərim”.
2004-cü ildə onu səfirlik vasitəsilə muzeyə
hədiyyə etdiyini vurğulayan Yusif Mirzə səfər
çərçivəsində oranı da ziyarət etdiyini
və vaxtilə Tur Heyerdalla çəkdirdiyi fotoşəkli
bu mədəniyyət ocağına hədiyyə verdiyini
söylədi: “Bu muzeydə Tur Heyerdalın dünya
səyahətinə çıxdığı
qayıqların, gəmilərin orijinalları
saxlanılır. Bundan başqa, Tur Heyerdalın Cənubi
Norveçdə yerləşən Larvik
şəhərindəki evinə baş çəkdim (nə
qədər qəribə olsa da onun evi hələlik muzey
deyil), onun abidəsini ziyarət etdim”. Sapsborq
şəhərinə yaxın, Hellerstringer deyilən yerdə
Qobustan rəsmlərinə oxşar təsvirlərlə
qarşılaşdığını söyləyən Yusif
Mirzə Norveçlə, eləcə də yolüstü bir
gün olduğu Riqa ilə bağlı rəsm
əsərləri üzərində
işləyəcəyini, onları Bakı ilə
yanaşı, Norveçdə də sərgiləyəcəyini
bildirdi: “İndiyədək dünyanın ondan artıq
ölkəsində olmuşam, amma onların heç
birindən bu qədər məhsuldar qayıtmamışam
Zaman.-2007.-9-10 avqust.-S.8.