Samirə

 

Aydan-qalereya– 15

 

Kiminin əvvəli, kiminin sonrası

 

Moskvanın "Vinzavod" müasir incəsənət mərkəzində "XV yaş" adlı sərgi açılıb. Vernisaj Moskvanın aparıcı qalereyalarından olan müstəsna şəkildə müasir incəsənətə əsaslanan "Aydan-qalereya"da təqdimlənib. Yubiley ildönümünün təzahürləri məkanla məhdudlaşıb, rəssamların sayı ilə. Çoxlarının gözlədiyi kimi, qalereyanın rəssamlarının "best of"unu təşkil etmək əvəzinə, Rusiya qalereya şəbəkəsinin yaradıcılarından olan Aydan Salahova qərara alıb ki, 15 il ərzində baş verənlərə nəzər salmaq imkanı yaratsın. Bundan ötrü o, sərginin bütün iştirakçılarından xahiş edib ki, hər biri 2 yaradıcılıq işi təqdim etsin: biri tamamilə yeni, digəri isə 15 il öncə yaradılmış olsun. Beləliklə, yaradıcılığını müasir incəsənətə həsr edən 20 nəfərdən çox tanınmış rəssamın əsərləri qalereyaya sığışmadığından " şərab sexi" adlandırılan geniş zal da müasir incəsənətə qərq olub.
   Sərginin təşkilatçısı A.Salahova kuratoru Stanislav Şuripa açıqlamalarında vurğulayıblar ki, bu halda onlar sırf olaraq rəssam kimi hərəkət ediblər. Yəni konseptual yox, intuitiv addım atıblar. "Kommersant" qəzeti yazır ki, "XV yaş" heç Rusiya incəsənətinin muzeyi statusuna iddialı deyil. Qalereyanın ildönümü əsl doğum günü təntənəsi ruhunda keçib. Qalereyanın üzvü olan V.Dubosarski, A.Vinoqradov, R.Məmmədov, K.Zvezdoçyotov, K.Latışev, S.Mironenko başqalarının yaradıcılığı ya kökündən dəyişib, ya da həmin rəssamlar, ümumiyyətlə, fəaliyyət dairələrini yeniləndiriblər. Məsələn, Y.Mitta G.Abramişvili hazırda dizayn restoran işi ilə məşğuldurlar. Amma yubiley sərgisində onlar yeni işlərini təqdim etdilər. Ola bilsin ya "sandıq" üçün çəkdiklərini saf-çürük ediblər, ya da məxsusi olaraq yubiley sərgisi üçün köhnə vərdişlərinə qayıdıblar.
   A.Salahova: "Rəssamların inkişaf prosesini nümayişləmək ya onların ən parlaq əsərini təqdim etmək məqsədim olmayıb. Rəssamların emalatxanalarına qalereyanın ehtiyat guşələrinə nəzər yetirib müvafiq işləri seçmişik. Məhz bu cür təsadüf bizə imkan verdi ki, son 15 il ərzində incəsənətimizdə baş verən dəyişiklikləri nəzərdən keçirə bilək. Müşahidə etdik ki, bu dövr ərzində bəzi köhnə "ulduzlar" sönüb, bəziləri, əksinə, bərq vurmağa başlayıb. Bəziləri isə həmişəyaşar klassikaya üz tutublar..."
   Dosye: Salahova Aydan Tahir qızı 1987-ci ildə Surikov adına Moskva Rəssamlıq İnstitutunu bitirib. SSRİ Rəssamlıq Akademiyası onun diplom işini gümüş medalla mükafatlandırıb.
   1980-ci illərin sonunda A.Salahova Moskvada ilk rəsm qalereyası açıb, onun rəhbəri kuratoru olub. Rəssam hazırda Surikov adına institutun dosenti, Rusiya İctimai Palatasının üzvüdür.
   

                 Həftə içi.-2007.-4-6 avqust.-S.8.