Günəşin sirrini açan
sənətkar
Toğrul Nərimanbəyov: "Parisdə
gözümü yumanda Abşeron rəsmlərini
görürəm"
"Dağ çayı"nın
coşub çağladığı,
"Küləklər"in tüğyan etdiyi,
"Çinarlar"ın baş-başa verdiyi, "Yaz
çiçəkləri"nin "Laləli
düzlər"ə "Yaşıl xalı"
sərildiyi bu dünya gözəldi. "Xəzər"in
sakit ləpələri fonunda könül oxşayan bu
gözəlliklər "Güclü qasırğa"lar
qoynunda sirli bir möcüzəyə dönür. Bu
gözəlliyi görmək, bu möcüzələrin
sirrinə vaqif olmaq üçünsə bu dünyaya
rəssam gözü ilə baxmaq gərəkdir.
Xalq rəssamı, Rusiya Rəssamlar
Akademiyasının müxbir üzvü, dünya
şöhrətli fırça ustası Toğrul
Nərimanbəyov isə sirrini aça bildiyi bu
möcüzəvi gözəllikləri tabloların
yaddaşına köçürərək bütün
bəşəriyyətə, eləcə də
gələcəyə
ünvanlayıb.
Yuxulardakı
Bakı
- Deyirlər
ki, siz yarı fransızsınız.
- Mənim anam
əslən fransız, atam isə qarabağlıdır. Atam Parisdə
oxuyarkən evlənib anamla. Ona görə də
mənim damarlarımda xalis fransız qanı axır. Anam Fransa ilə İspaniya sərhədində
yerləşən Qaskoniyanın Po şəhərindəndir.
Digər tərəfdən Fransa ruhən
mənə çox yaxın bir ölkədir.
Qəribə görünə bilər, amma bir neçə il bundan öncə Qoskoniyada olarkən
"Maderan" adlı şərabın dadına baxdım. Bu şərab o qədər xoşuma gəldi ki, o
gündən sonra hansı restorana getsəm, məhz bu
şərabı sifariş verirdim. Çox adam buna təəccüb edir və mənə
başqa, daha bahalı şərab növlərini təklif
edirdi. Mən isə ancaq "Maderan"
şərabından ləzzət alırdım. Sonra məlum oldu ki, həmin şərab anamın
doğulduğu və böyüdüyü
şəhərdə yetişən üzümdən istehsal
olunur. Bu fakt o zaman mənə çox
təsir elədi.
- Çoxdandır ki, xaricdə
yaşayırsınız?
- Biz bir ara
ailəlikcə Lüksemburqda yaşadıq. Amma
həyat elə gətirdi ki, bir azdan Lüksemburqu tərk edib
Fransaya köçdük və Parisdə yaşamağa
başladıq. Ümumiyyətlə, on
ildən artıqdır ki, biz mütəmadi olaraq xarici
ölkələrdə yaşayırıq. Arada tam yeddi il Azərbaycana gəlmədik. Bu
vaxt ərzində Avropanın müxtəlif
şəhərlərində, o cümlədən, Parisdə,
Turində, Milanda, Boloniyada sərgilərim keçirildi.
Ümumiyyətlə, xaricdə sərgi
təşkiletmə mədəniyyəti bizdəkindən
çox fərqlənir. Onlar bu işə
formal yanaşmırlar, hər sərgini xüsusi
tələbkarlıqla təşkil edirlər. Məsələn, dünyada böyük
sənətkarlardan olan ingilis əsilli rəssam Konsteblin
əsərlərini yalnız ayrı-ayrı muzeylərdə
nadir eksponat kimi görmək olar. Parisdə
isə onun minə yaxın əsərini yığıb bir
sərgidə toplamışdılar. Bu
gərgin əmək, həm də böyük pullar
tələb edən bir işdir, amma onlar bu zəhmətə
qatlaşırlar, riskə gedirlər, çünki əsl
sənət məhz belə yanaşmanı tələb edir.
Doğrudur, o vaxt ki, bir işə böyük
zəhmət qoyulur, o işin nəticəsi də, təsir
qüvvəsi də güclü olur. Mənim
sərgilərimə gəlincə, onu deyə bilərəm
ki, onları həm də əsərlərimin
kolleksionerləri öz təşəbbüsləri ilə
təşkil edirlər. Belə kolleksionerlərin biri
də 64 əsərimi alan alman
neyrocərrahı Brend Zeyvengerdir. O, Prinston
yaxınlığında mənim muzeyimi açdı və
orada əsərlərimi nümayiş etdirdi.
- Xaricdə yaşayanların
çoxu "Bakını tez-tez yuxuda görürəm"-
deyə Vətən həsrətlərinə yuxuları
ilə su çiləyirlər. Siz də
yaşayırsınızmı, bu həsrət hissini?
- Mən Parisdə yaşasam
da, qəlbən Bakıdayam. Hətta Parisdə
gözümü yumanda Abşeron rəsmlərini
görürəm. Borular, neft, qara mazut... Bu
sərt gözəllik mənzərəsi
təsvirolunmazdır. Xaricdə
həmçinin tez-tez uşaqlıq dostlarımla getdiyim
"Pionerlər evi"ndəki rəssamlıq
dərnəyini xatırlayıram. Orada
rəssamlıqda ilk addımlarımı atmışam. Bu həmin "Pionerlər evi"dir ki, Səttar
Bəhlulzadə, Tahir Salahov kimi görkəmli rəssamlar
yetişdirib. Bir də məşhur
futbolçu Ələkbər Məmmədovla uşaq
vaxtı küçələrdə futbol
oynamağımız mənimçün əvəzolunmaz
xatirələrdir.
- Xaricdəki sərgilərinizin
hamısı yaddaqalan olub?
- Ən yaddaqalan sərgim
Bostonda olub. Bu sərgiyə çoxlu dostlarım,
kolleksionerlər toplaşmışdı. Sərgiyə
gələn qonaqlar arasında müxtəlif adamlar var idi, amma
onların sənətə olan münasibətləri də
fərqli idi. Məsələn,
fransızlar və italyanlar sərgiyə baxıb gedirlər.
Hansısa əsər xoşlarına
gəlsə belə onu dərhal almırlar, əsərin
qiymətini salmağa çalışır, sonra isə
almayıb gedirlər. Almanlar nə
qədər qəribə səslənsə də,
sənətə münasibətdə daha emosionaldırlar.
Həm də əsəri alanda bunu
ürəkdən edirlər, daha günlərlə qiyməti
haqqında düşünmürlər. Bir
dəfə sərgidə bir alman ər-arvadın dialoquna fikir
verdim. Arvad ərinə hansısa
əsəri almağı təklif edirdi, ərsə buna
imkanları olmadığını söyləyirdi. Onda
arvad dedi ki: "Nə olsun, maşınımızı
satarıq". Yəni bu, almanların
incəsənətə olan səmimi
münasibətlərinin, mən deyərdim, ən bariz
nümunəsidir. Xaricilər
sərgilərə körpə uşaqlarıyla
gəlirlər. Uşaqları yerə qoyub
özləri tablolara tamaşa edirlər. Həmin vaxt
uşaqlar iməkləyərək zalları dolaşır,
heç kim də buna fikir vermir. Bu da xaricdə sənətə olan münasibətin
göstəricisidir. Onların fikrincə,
uşaqlar körpəlikdən sənət
əsərlərinin arasında olmalı, yaradıcı
mühitdə böyüyüb
tərbiyələnməlidirlər. Bu,
çox gözəldir.
Rənglə musiqinin vəhdəti
- Maraqlıdır, nə
üçün siz rəssamlıq təhsilinizi Əzim
Əzimzadə adına rəssamlıq
məktəbində aldıqdan sonra ali təhsilinizi Litvada
davam etdirdiniz? Məsələn, Moskvanın məşhur Surikov
adına və ya Leninqradın Repin
adına institutlarında yox?
- Ona görə ki, məni bu
məktəblərə götürmədilər. Sizə qəribə görünə bilər, amma
bu, həqiqətən belədir. Ona
görə ki, mənim rəssamlıqda öz yolum vardı.
Bu institutlarda kulta çevrilən akademik stilə
meyl etmirdim. Litvada isə məni gənc
istedad kimi çox yaxşı qarşıladılar. Məni diz üstə çökməyə
məcbur edə bilmədilər. Öz
hisslərimi bölüşməyə, öz ladımı
tapmağa yönəltdilər. Ona
görə də həmişə litvalı
müəllimlərimi, məşhur rəssam Yuozas Mikenası
böyük məhəbbətlə xatırlayıram. O
mənə atalıq qayğısı ilə yanaşaraq
istedadımın inkişafına kömək elədi. Gözəlliyi duymaqda və
yaradıcılığımda mənə dayaq oldu. Litvada oxuduğum illərdə Leninqraddakı
Ermitaya, rus muzeylərinə, Puşkin, Petroqrad saraylarına
tez-tez səfərlər təşkil olunurdu. Tətillərdə isə ümumiyyətlə, bu
şəhərə gəlirdim. Səylə
köhnə ustadların əsərlərini
təkrarlayırdım. İkonalarla,
qədim rus rəssamlarının və xalq
yaradıcılarının əsərləri ilə
maraqlanırdım. Surikov, Konçalovski, Petrova-Vodkinin
yaradıcılığının sirlərini
öyrənməyə çalışırdım. Mənim əsas predmetlərim həmçinin Matiss,
Sezann, Doren, Mane və başqa fransız improsionistləri
və postimprosionistləri idi. Onlara
yaxınlığımla sanki anamın mövcudluğunu hiss
edirdim.
- Musiqi və rənglər bir-birindən
ayrılmazdır. Ona görə də
təəccüblü deyil ki, siz həm də oxumağı
sevirsiniz. Rəsmlərinizdə
istədiyinizi etmək baxımından daha çox
azadsınız. Bəs vokalda
özünüifadəniz də o dərəcədə
azaddır?
- Təxminən rəsmdəki
qədər. Rəsm çəkəndə
mən həmişə oxuyuram. Xüsusən
neapolitan mahnılarını oxumağa pərəstiş
edirəm. Mən Fransa
mədəniyyəti yazılmış disk
buraxdırmışam. Ümumiyyətlə,
Allah insana iki məharət verəndə onların birini qoyub
o birisi ilə məşğul olmaq, məncə,
naşükürlükdür. Ona
görə də mən oxumağı da həyatımın
vacib bir missiyası olaraq qəbul edirəm. Bilirsiniz, rəssamlıqda elədir ki, sən
istədiklərini kətana köçürürsən
və onlar artıq səndən ayrılır, amma oxumaq
insanın içindədir. Mənim
özümə də maraqlıdır ki, daxilimdə
nələr baş verir, səs necə yaranır, mən
özüm onu hansı çalarlarla
zənginləşdirə bilərəm. Mənim
üçün bu, hələ də bir möcüzədir.
Onu da qeyd etməliyəm ki, oxumaq qabiliyyətim,
nəğməyə məhəbbətim də mənə
anamdan keçib. Düzdür, uzun
müddət özümü musiqiyə, yoxsa təsviri
sənətə həsr edəcəyim barədə
götür-qoy edirdim. Nəhayət,
rəssamlığım müğənniliyimə qalib
gəldi. Hətta Litvada oxuduğum
illərdə Konservatoriyada da azad dinləyici qismində
məşğul olurdum. Müəllimlər
mənim tenorumdan razılıq edirdilər. Mən musiqidə həvəskar olmaq istəmirdim.
Bəlkə də bu cəhdlərimin
nəticəsi idi ki, istedadıma və peşəkar
hazırlığıma görə mənə opera
müğənnisi diplomu verildi. Ümumiyyətlə,
bu rəsmi sənədsiz də həmişəlik Bakı,
Moskva,
- Litva məktəbi sizə daha
nə verdi?
- Litva məktəbində təhsil
almağım rəssam kimi formalaşmağıma, öz
möhkəm mövqeyim və prinsiplərimlə
sənətdə görünməyimə böyük kömək
etdi. Orada oxuduğum illər həmçinin
mənə Azərbaycanı başa düşməyə
kömək elədi. Ümumiyyətlə,
müxtəlif coğrafi yerlərlə, milli tipaylarla
tanışlıq insana öz yurdunun obrazını hiss
etməyə kömək edir. Daha sonra bir
müddət Səmərqənddə yaşamışam.
Orada da vətənimə qarşı eyni
hissləri yaşamışam.
- Heç şübhəsiz,
Bakıya qayıtdıqdan sonra ilk vaxtlar sizə Pribaltikada
nə öyrətdiklərini, o cümlədən
qəlbinizdə coşub-daşanları
göstərməyə cəhd edirdiniz. "Toğrul
mifi"nin yaranması bunun
nəticəsiydi?
- Bakıya qayıdanda 25 yaşım
vardı. "Toğrul mifi"ni də
yaratmaq asan olmadı. İlk vaxtlar
natürmortlar, portretlər, mənzərələr, tematik
rəsmlər çəkirdim. Ancaq
mənə elə gəlirdi ki, öz xüsusi mövzumu tapa
bilmirəm. Mən incəsənətin
həyatın döyünən nəbzi olduğunu sübut
etməyə çalışırdım. Buna görə yorulmadan respublikanın hər
guşəsini gəzir, hətta ən ucqarlara gedib
çıxırdım. Dağlara hər
səfərim etüdlərlə, zarisovkalarla
nəticələnirdi. Mən
Azərbaycanı qarış-qarış gəzmişəm.
Demək olar ki, bütün
bölgələrində olmuşam. Abşeron
çöllərini, Xəzərdəki qayalıqları beş barmağım kimi tanıyıram, amma o
zamanlar köhnə reyim vaxtı indi duyduğum şeyləri,
predmetlərin dərinliyini hiss etmirdim. Vaxt
və təcrübə milli koloritin açılmasını
əvvəlkindən daha çox tələb edir.
- Öz mövzunuzu,
qəhrəmanınızı tapmağa sizə nə
qədər vaxt lazım oldu?
- Mən öz
qəhrəmanımı, öz istədiyim mövzunu
emalatxanamdan bir neçə kilometr uzaqda, Xəzərin
ortasında - Neft Daşlarında tapdım. Məhz
bundan sonra mən "Neft və neftçilər"
mövzusunu işlədim. Mən bu yolu
əzabla axtarmışdım. İnstitutu qurtarandan sonra
ürəyimə yaxın olanı çəkmək
üçün düz iki il axtardım. 1957-ci ildə çəkdiyim bu mövzuda ilk
işim "Xəzərin üfüqləri" məni xeyli
tanıtdı. Moskvada komsomolun 40
illiyinə həsr olunuş sərgidə
göstərilməklə dərhal sensasiyaya səbəb oldu.
Sonra bu uğur Kiyev, Riqa,
- Demisiniz ki, əsas
personayınızın - Günəşin bütün
sirlərini bilirsiniz. Bu nə sirdir belə?
Bəlkə bizə də açasınız.
- Bu işıqla mənim xüsusi münasibətim
var. Doğrudur, demək olar ki, Günəşin bütün
sirlərini bilirəm. Təkcə
mənzərələrimdə deyil, demək olar ki,
bütün əsərlərimdə, həmçinin
natürmotlarda, partretlərdə, interyer kompozisiyalarımda,
hər yerdə Günəşin varlığı hiss olunur.
- Bir də az qala
bütün əsərlərinizdə bir nar meyvəsini
görmək olar. Bunun da ayrıca sirri varmı?
- Bu sirr Göyçayla
bağlıdır. İlk dəfə məni bu
rayona Rəsul Rza dəvət etmişdi. Altmışıncı
illərin əvvəlləri olardı. O vaxt biz
Göyçayın hər yerini dolaşdıq və bir
çobanla
Etiraf
- Mənə elə gəlir ki,
rəssamın hər hansı əsərinin korlanması
və ya məhv edilməsi onun üçün çətin
bir mərhələdir. Vaxtilə bir
neçə iri mədəniyyət və istirahət
mərkəzini sizin divarüstü rəsmləriniz -
freskalarınız bəzəyirdi. Məsələn,
"Moskva" mehmanxanasını sökdülər, Kukla
teatrında isə təmir işləri aparılır.
- Düz deyirsiniz, mən buna
ürəkdən təəssüflənirəm. Artıq "Moskva" mehmanxanası daha yoxdur.
Məndə oradakı freskaların yalnız
fotoları qalıb. Kukla teatrında
təmir-bərpa işləri gedir, təmir bitəndən
sonra divardakı rəsmlərimi yenidən işləmək
imkanım olacaq. Bununla yanaşı Milli
Məclis binasının təmirindən sonra orada da
divarüstü rəsmlər çəkmişəm. Amma özümə söz vermişəm ki, daha
divarlarda çəkməyəcəyəm. Çünki divarlar xarab olur, dağılır,
kətan isə həmişə qalır və onu bir
yerdən digərinə keçirmək olur.
- Rəssamlıqla uzun-uzadı
məşğul olandan sonra özünüzə
etirafınız nə oldu: "yaxşı ki, bu
sənətə gəlmişəm" öyüncəkliyi,
yoxsa "hələ də istədiklərimə
çatmamışam" fikri?
- Rəssamlıqla uzun illər
məşğul olandan sonra öz-özümə etirafım
belə oldu: emalatxanama müxtəlif adamlar gələndə
mən sanki onların gözü ilə yenidən öz
işlərimə baxıram. Əgər
baxışlar xeyirxahdırsa, onlar mənə daha
yaxşı görünür. Əgər xeyirxah
deyilsə, pis... Demə, rəsmlər də
öz müstəqil həyatını yaşayır.
Bir şeyi də dərk elədim: bu rəsmlərdən
insanın həyatına rahatlıq süzülür. Başa düşürsən ki, bunlar sənin
gərgin əməyinin, yuxusuz gecələrinin məhsuludur.
Bağban barını görəndə sevindiyi
kimi, mən də tablolara baxanda eyni hissləri
keçirirəm.
- Sizin
tablolarınızdan qəribə bir həyat eşqi
qaynaqlanır. Bu gücü nədən, kimdən və ya
haradan toplamısınız?
- Son zamanlar
həyat məni sevindirməyə başlayıb. Mən
elə hesab edirəm ki, biz böyük nailiyyətlər
əldə etmişik və bir çox sahələrdə
baş verən dəyişikliklər yalnız
xalqımızın xeyrinədir. Bir də ki,
keçmişimizi yada salıb bu günümüzdən giley
etməklə irəliyə getmək olmaz. Mənə sual
verəndə ki, iri şəhərlərimizdə inşa
edilən yeni-yeni binalara necə münasibət
bəsləyirəm, cavab verirəm ki, normal. Bu hal normal
inkişaf prosesinin göstəricisidir. Doğrudur,
bəzən bu proseslər hədləri aşır, amma
axı bu yolu keçmiş böyük ölkələrin
təcrübələri bizə göstərir ki,
bütün bunlar qaçılmaz, həm də müvəqqətidir.
- Bu
günlərdə 77 yaşınızı yola
saldınız. Hesabatınız nə oldu?
- Taleyimdən
razıyam. Gözəl ailəm, həyat yoldaşım,
oğlum var. Yoldaşım mənə işlərimdə
çox kömək edir, dəstəkləyir,
yaradıcılıq üçün gözəl aura
yaradır. Oğlum da incəsənətə həvəs
göstərir. Yavaş-yavaş onda rəngkarlığa
həvəs oyatmağa başlayıram. Ümid edirəm ki,
ailəmizin yaradıcı ənənələrini davam
etdirəcək. Buna inanıram. Mənimsə
yaratdıqlarımın hamısı xalq
üçündür.
Kaspi.-2007.-11-13 avqust.-S.22-23.