Almas İldırımın 100 illik yubileyinə özünəməxsus şəkildə hazırlaşan sənətkar


İlham Əliyev dahi Azərbaycan şairi Almas İldırımın 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda Azərbaycan ədəbiyyatının inkişafında özünəməxsus xidmətləri olan Almas İldırımın 100 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədilə müvafiq qurumlara tədbirlər planının hazırlanaraq həyata keçirilməsi tapşırılıb. Artıq Mədəniyyət Turizm, Təhsil nazirliklərində, Azərbaycan Milli Elmlər Akademiyasında tədbirlə bağlı hazırlıq işləri başa çatmaq üzrədir...
Çay daşı ustası Ədalət Qudyalçaylı isə bu tədbirə özünəməxsus formada hazırlaşır. Çay daşları üzərində dahi şairimizin
portretini həkk edən Ə. Qudyalçaylı sözügedən tədbirdə əsərlərini mərasim iştirakçılarına təqdim edəcəyini deyir: “Çay daşları üzərində Almas İldırımın portretini həkk etmək təklifini ilk dəfə Salman Mümtaz adına Dövlət, Mədəniyyət İncəsənət Arxivinin direktoru  Maarif Teymurovdan aldım. Almas İldırımın çoxşaxəli ədəbi fəaliyyəti ilə tanış olandan sonra qəti qərara gəldim 42 gün ərzində çay daşları üzərində onun portretini həkk etdim”.
Təqdimat mərasimindən sonra yaratdığı əsərlərdən birini şəxsi arxivində saxlayacağını, digərini isəAzərbaycan Mədəniyyətinin Dostlarıxeyriyyə fonduna hədiyyə edəcəyini bildirən Ədalət Qudyalçaylı yaxın gələcəkdə bu addımın davamı olaraq, çay daşları üzərində Almas İldırımın daha bir neçə əsərini həkk edəcəyini dedi.

Zaman.-2007.-16-17 avqust.-S.8.