Ermənilərin çeşni plagiatlığı

 

Ermənistan Silahlı Qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərində yerləşən 14-dən çox xalçaçılıq sexində qalan Qarabağ xalçalarının naxışlarını işğalçı dövlətin "sənətşünasları" öz adlarına çıxırlar. Bu barədə "Trend" agentliyinə Bərdədə məskunlaşan Qarabağ Xalçaçılıq Zavodunun direktoru Ceyran Bayramova məlumat verib. Onun sözlərinə görə, Qarabağ xalçaçılıq məktəbinin ən gözoxşayan çeşniləri olan "Xanlıq", "Şuşa", "Nəlbəki", " çiçəklər" digərlərini erməni xalçaçıları toxuyaraq özlərinin xalçaçılıq ənənəsinin nümunələri kimi Avropa ölkələrində satışa çıxarırlar. Xalçalar Ermənistanın Qarabağ vilayətinin xalçaları kimi təqdim edilir, satış-yarmarkalarda sərgilərdə xalçaçılıq ənənələrimizin heysiyyəti tapdanır, tariximizin uzaq yaddaşından boylanan çeşnilər erməni sənət əsəri kimi bir neçə avroya satılır.
   İşğaldan sonra Bərdə rayonunda m
əskunlaşan Qarabağ Xalçaçılıq Zavodunda hazırda 24 nəfər çalışır. Qarabağ xalçaçılıq sexləri XVIII əsrdə fərdi şəkildə evlərdə yaradılıb. 1939-cu ildən isə Ağdamda Qarabağ Xalçaçılıq Zavodu açılıb. Zavodun işçilərinin sayı 500 nəfər olub. 1956- ildən Ağdam, Şuşa, Xankəndi, Zəngilan, Xocalı, Cəbrayıl, Laçın rayonlarında zavodun filialları olub.

 

Həftə içi.-2007.-10 avqust.-S.8.