Corc Xələfovun Almatıda sərgisi açılıb

 

Almatıdakı Mərkəzi salonda həmyerlimiz, fotorəssam Corc Xələfovun "Əbədi mövzu" adlı fərdi sərgisi açılıb. 10 gün davam edəcək sərgidə müəllifin "Qadın təbiət", "Təbiətlə insanın ahəngdarlığı", "Ana", "Ana Vətən" mövzularında 360-dan artıq əsəri nümayiş etdirilir. Qeyd edək ki, sərginin açılışında şəhər ictimaiyyəti, ədəbiyyat incəsənət xadimimləri, diplomatlar adamları iştirak ediblər. Özü haqqında məlumat verən C.Xələfov Bakı, Ankara, İstanbul, İzmir, Nyu-York, Lozanna, Münxen başqa şəhərlərdə fərdi sərgilərinin keçirildiyini diqqətə çatdırıb. Eyni zamanda, fotorəssamın əsərləri ABŞ, Türkiyə, Fransa, Rusiya, Qazaxıstan başqa ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır. Sərgi ərəfəsində İsveçrə televiziyasının Corc Xələfovun yaradıcılığı ilə bağlı sənədli film nümayiş etdirdiyi söylənilir.

 

Kaspi.-2007.-24 avqust.- S.17.