İstanbulda "lV TÜRKSOY

Fotoqraflar Görüşü" keçirilib

 

Ötən aym sonlarmda Türkiyənin İstanbul şəhərində "IV TÜRKSOY Fotoqraflar Görüşü" keçirilib. Tədbirdə TÜRKSOY-a üzv olan Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şimali Kipr Türk Gümhuriyyəti, Moldovanın Qaqauz Yeri, Rusiyanın Tatarıstan, Başqırdıstan, Saxa-Yakutiya, Tuva muxtar qurumlarından 11 fotoqraf iştirak edib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, layihədə iştirak edən fotoqraflar İstanbulun tarixi və görməli yerlərində işlədikləri şəkilləri TÜRKSQY-a təqdim ediblər. Tədbirin ənənəsinə əsasən türkdilli ölkə fotoqraflarının çəkdikləri əsərlərin kataloqu hazırlanır, həmçinin sərgilər təşkil olunur yə ayrı-ayrı ölkələrdə nümayiş etdirilir. Layihədə bu il Azərbaycanı Fotoqraflar Birliyinin üzvü Asim Talıb təmsil edib.

 

Xalq cəbhəsi.- 2007.- 21 avqust.- S. 11.