TÜRKSOY-dan minnətdarlıq məktubu
Mədəniyyət
və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən
məlumatda deyilir ki, 2007-ci ilin iyul ayında Türkiyənin
İstanbul şəhərində "IV TÜRKSOY fotoqraflar
görüşü" keçirilmişdir. Tədbirdə
TÜRKSOY-a üzv olan Azərbaycan, Türkiyə,
Qazaxıstan, Qırğızıstan, Özbəkistan,
Başqırdıstan, Qaqauz Yeri, Şimali Kipr Türk
Cümhuriyyəti, Saxa-Yakutiya, Tıva və Tatarıstandan 11
fotoqraf iştirak etmişdir. Layihədə
iştirak edən fotoqraflar İstanbulun tarixi və
görməli yerlərində olmuş və
çəkdikləri şəkilləri TÜRKSOY-a təqdim
etmişlər. Tədbirin ənənəsinə görə,
türkdilli fotoqrafların çəkdikləri
əsərlərin kataloqu hazırlanır, həmçinin,
sərgilər təşkil olunur və ayrı-ayrı
ölkələrdə nümayiş etdirilir. Bu ilki
layihədə respublikamızı Fotoqraflar Birliyinin
üzvü, istedadlı fotoqraf Asim Talıb təmsil
etmişdir. Bir neçə gün öncə, TÜRKSOY
baş direktorunun müavini Mustafa Balçık
Mədəniyyət və Turizm Nazirliyinə
təşəkkür məktubu göndərmişdir. Məktubda
türk dünyasının təbliğinə, türk
dünyası sənətçilərinin bir-birinin
yaradıcılıqları ilə yaxından tanış
olmasına yaradılan şəraitə, həmçinin, istedadlı
fotoqraf Asim Talıbın tədbirdə iştirakına
görə minnətdarlıq bildirilir.
Xalq qəzeti.- 2007.- 22 avqust.- S. 5.