Sumqayıtda N Gəncəvinin 3,9 metr hündürlüyündə tuncdan
abidəsi ucaldılıb
Sumqayıt şəhərinin mərkəzi
hissəsində Nizami
meydan salınıb. Azərbaycanın dahi şairi Nizami Gəncəvinin adını
daşıyacaq meydan Nizami küçəsinin
başlanğıcında yaradılıb.
Meydanın mərkəzində
Nizami Gəncəvinin
3,9 metr hündürlüyündə
tunc heykəl-abidəsi ucaldılıb.
Bu barədə məlumatı Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının
müşaviri Teymur Vəliyev verib. Meydanın inşasına Sumqayıt şəhər
İcra Hakimiyyətinin
başçısı Vaqif
Əliyevin təşəbbüsü
ilə cari ilin əvvəlində başlanıb. Meydanın
uzunluğu 188 metr, ümumi sahəsi 6300 kv. metrdir. Qeyd
edək ki, əvvəllər burada qanunsuz küçə ticarəti olub və antisanitar vəziyyət hökm sürüb. Hazırda isə meydanda dekorativ ağaclar, yeni oturacaqlar, tullantı konteynerləri,
müasir işıqlandırma
sistemi quraşdırılıb.
Mövqe.-2007.- 9-10 avqust.-S.2.