Kərimova V.
Gözəllik
fəlsəfi bir anlamdır
Fəxriyyə
Xələfova: Geyim mədəniyyətini çox ciddi və
zəruri sayıram.
Çox istərdim
ki, indiki gənc nəsil Avropa geyimi ilə
yanaşı, öz milli xüsusiyyətlərimizə
də fikir versin və
moda təmayyüllərini
inkişaf etdirsin
Gözəllik fəlsəfi
bir anlamdır. Yəni onu bir neçə
forma və məzmunda anlamaq mümkündür. İnsan
yarandığı gündən
gözəlliyə can
atır, həmişə
gözəllik mövhumunu
dərk etdiyi kimi duymağa çalışır.
İnsan təfəkkürünün
estetikası olan gözəllik duyğusunu
Fəxriyyə Xələfova
bir modelyer kimi daha dərindən
anlayır və bunu təkcə anlamaqla qalmır, bütün bunları əməli işində göstərməyə çalışır.
Gözəl modelyer olan bu xanım
hazırladığı hər
bir kolleksiyada gözəllik çalarlarının
kompleks ansamblını
yaradır. Gözqamaşdırıcı
rənglərlə yanaşı
uyğunluq birləşməsini
qabardaraq, yeni formada ortaya çıxarır. Fəxriyyə
xanım artıq uzun müddətdir ki, moda sahəsində
çalışır və
bu məqsədlə yaratdığı moda və dizayn məktəbinə rəhbərlik
edir. Onun uğurları isə ilbəil artır. Belə ki, fəaliyyəti dövründə “Sirr”, “Musteru”, “Neft ilahəsi”, “Ümid ritmləri” , “Rhutms of Hope”, “Ladies
of Azerbaijan” və bu qəbildən
olan digər kolleksiyaları ilə müxtəlif xarici dövlətlərdə çıxış
edərək böyük
müvəffəqiyyətlər əldə etmişdir.
Peşəkar modelyer və Azərbaycan xanımı kimi Fəxriyyə Xələfova
qadın geyiminin estetik rolunu hamıya nümayiş etdirməyə çalışır.
Zövqün yüksəkliyi
və parlaqlığı
onun sənətinin əsasını təşkil
edir. Təkrarolunmaz çalarlar bu xanımın hər bir sərgisində üstünlük təşkil
edir. Gözəlliklə
yanaşı ahəngdar
rənglərdən elə
məharətlə istifadə
edir ki, bu hamının təəccübünə səbəb
olur. Fəxriyyə xanım qeyd edir ki, o,
əsasən xarakterindən
irəli gələn zövqü öz kolleksiyalarında nümayiş
etdirməyə çalışır.
O xarakterin qüvvəsini
qarşıya qoyulmuş
məqsədlə bağlı
işi icra etmək əzmində olmaq və eləcə
də insanı böyük enerji ilə məqsədinə
çatması kimi anlayaraq bütün gücü ilə buna bağlanır. Çalışır ki,
gördüyü iş
təkrar olmasın.
Qarşıdan payız
fəsli gəlir. Bilirik ki, payızın
palitrasındakı rəng
müxtəlifliyini digər
fəsillərdə tapmaq
mümkün deyil. Adətən yay və payız fəslində qadınlar zərif geyimlərə daha çox üstünlük verirlər.
Zərif geyimlərdə
insan öz duyğularını daha çox əks etdirir. Elə bu məqsədlə peşəkar modelyerlər
yeni obrazlar üzərində çalışırlar.
Qeyd edək ki, Fəxriyyə xanımın üslubunda obrazın tamlığının
ifadəsi ön planda göstərilir və burada üslubla yanaşı, parçadakı rəng çalarları, onun materialı və təsir dairəsi ümumilikdə vəhdət
təşkil edir. Fəxriyyə xanımın
kolleksiyasındakı xüsusiyyətlər
öz rəngarəngliyi
və əvəzsizliyi
ilə diqqəti çəkir. “Misilsiz dəbdəbə” də bu kimi kolleksiyaların
sırasındadır. Burada
milli koloritlə yanaşı, mükəmməl
fantaziya üst-üstə düşür.
Başlıcası isə
Azərbaycanın geyim
elementlərini özündə
profesionallıqla əks
etdirir. Zövqlə geyinmək geniş dünyagörüşü ilə
birbaşa əlaqədardır.
Ən vacibi bu geyimlərdə öz daxili zənginliyini büruzə
verməkdir.
Fəxriyyə xanım öz
müsahibələrində, modelləşmə məktəbinin
inkişafı və onun təkmilləşdirilməsi
ilə yanaşı uğurların, qələbələrin
yeni kəşflərin
müəyyən mərhələsini
lazımi hesab edir və bildirir
ki, hətta yüksək səviyyəli
modelyerlər belə
beynəlxalq moda müsabiqələrində və
keçirilən müxtəlif
tədbirlərdə tez-tez
iştirak etməlidirlər.
Bütün bu tədbirlər insan təfəkkürünün inkişafına
müsbət təsir
göstərir və onu müəyyən istiqamətdə formalaşdırır.
Zövqlü geyim etika və estetika
deməkdir. Çünki
bunlar arasında böyük qanunauyğunluq
vardır. Bu isə mədəni səviyyənin bəhrəsidir.
Fəxriyyə Xələfova
hazırda Azərbaycan
Dövlət Mədəniyyət
və İncəsənət
Universitetində dərs
deyir və burada gənc, istedadlı uşaqlara xüsusi diqqət ayırır. Moda və dizayn sahəsindəki təcrübəsini
tələbələrinə də aşılayır.
Gündəlik geyim tərzi olaraq idman üslubunu əsas götürən Fəxriyyə xanım bildirir ki, bu
geyim rahat olduğu üçün
hamı ona müraciət edir. Peşəkar modelyer kimi bir çox uğurlara imza atmış Fəxriyyə
Xələfova zövqün
estetik rolu və formalaşması prosesini və ən əsası uğur əldə edilməsində geyimin müəyyən təsiri
və digər faktlar haqqındakı maraqlı fikirlərini bizimlə bölüşdü.
Bir çox beynəlxalq mükafatların
laureatı olan Fəxriyyə xanımı
qarşıda daha böyük müsabiqələr
gözləyir. Belə ki,
Böyük Britaniyanın
“İTE Group” sərgi
şirkətinin Qafqazdakı
eksklüziv tərəfdaşı
olan “İteca Caspian”ın təşkilatçılığı ilə 2008-ci ilin martında keçiriləcək
“Milli Toy” sərgisi peşəkar modelyer üçün daha böyük sınaq olacaqdır.
Biz ona gözəl
sənət nümayiş
etdirməsini arzulayırıq.
Əminik ki, Azərbaycanın incəsənətini
düyaya çatdırmaqda
Fəxriyyə Xələfova
daha böyük uğurlar əldə edəcəkdir.
İki sahil.-2007.-28 avqust.-S.6.