ABŞ-ın "NBC" telekanalında erınəni
terroru barədə film nümayis etdirilib
ABŞ-ın nüfuzlu "NBC"
televiziya kanalında ermənilərin Birləşmiş
Ştatlarda törətdikləri terror
əməllərindən bəhs edən film nümayiş olunmuşdur.
Erməni terror şəbəkəsi yə onun rəhbəri
Murad Topalyan haqqında, faktların təqdim olunduğu
filmdə 1996-ci ilin sentyabrında Ohayo ştatında tapılmış
partlayıcı maddələrin və silahların
aşkarlanması haqqında
danışılmışdır. Təhqiqatçılar
partlayıcı maddələrin sahibinin ABŞ Milli Erməni
Komitəsinin sədri Murad Topalyan olduğunu bildirirlər.
Filmdə qeyd
olunmuşdur ki, terrorçular partlayıcı maddələri
məktəbin və yanacaqdoldurma məntəqəsinin
yaxınlığında yerləşdirməklə
böyük terror aktı törətmək
istəmişlər. Bundan əlavə, filmdə Murad Topalyanın
da daxil olduğu erməni terrorçu qruplarının Avropa
ölkələrində türk diplomatlarına və iş
adamlarına qarşı törətdiyi qanlı cinayətlərdən
də söz açılmışdır. Bildirilmişdir ki,
əsasən Livandakı hərbi düşərgələrdə
təlim keçən erməni terror dəstələri Nyu-York
və Los-Anceles şəhərlərində
fəaliyyətə başlamışlar. Filmdə, habelə
M.Topalyanın erməni məsələləri ilə
bağlı lobbiçilik fəaliyyəti ilə də
məşğul olmasından bəhs edilmişdir.
Mövqe.- 2007.- 14-15 avqust.- S. 3.