Ev
Məncə kinomuzun indiki durumunda hər kəs filmin müəlliflərinə
təşəkkür etməlidir
Rejissor- Asif Rüstəmov, ssenari müəllifləri - Ramiz
Fətəliyev, Asif Rüstəmov, quruluşçu
operator – Adil
Abbas, rəssam
- Rafiz İsmayılov,
Rafiq Nəsirov,
bəstəkar - Xəyyam
Mirzəzadə.
Süjet müasir notlarda qurulub. Dörd tərəfdən modern göydələnlərlə əhatə
olunmuş
məkanın ortasında yarıuçuq ev dayanıb.
Evin yerləşdiyi
məkanın müştərisi
çoxdur. Maklerlər (Telman Əliyev,
Nəzifə Nəbiyeva,
Yalçın Səlimov)
oranın sahibi Anarı (Rasim Cəfərov) bezdiriblər.
O, işsiz olmasına
baxmayaraq, heç bir vəchlə evini satmaq istəmir.
Ev kimsəsiz, tənha bir insan olan
Anarı həyata bağlayan yeganə teldir. Onun gələcəyi yoxdur. Yaşamında evin timsalında
sadəcə keçmiş
xatirələr var.
Bu arada yaxın bir dostu (Emin Seyfulla) Anara iş təklif edir - bayramqabağı səməni yetişdirib satmaq... Ev başdan-başa səmənilərlə bəzənib. Hətta soyuducunun buzluğunda da səməni cücərir. Səmənilərlə birlikdə Anarın həyatına məhəbbət daxil olur, ümidlər, arzular yaranır. Gələcək peyda olur. Maklerlər yenə də ondan əl çəkmirlər. Sevdiyi qadını (Təranə Əliyeva) evdə döyülmüş tapan Anar nəhayət ki, evi satmağa razılaşır. Keçmiş və gələcək arasındakı yarışmada ikinci qalib gəlir. Anara görə... Amma qələbə yoxdur. Heç gələcək də yoxdur. Sadəcə böyük bir illüziya var. Hətta məhəbbət də yoxdur. Leyla da bu illüzyanın, evi Anardan almaq üçün qurulmuş tamaşanın oyunçusudur. Müəlliflər bir neçə dəfə bu illüziyanın sirrini aça bilməsi üçün tamaşaçıya ipucu da verir. Birinci dəfə filmin əvvəllində... Leyla və Anar qəbiristanlıqda rastlaşırlar. İkinci dəfə - Leyla buz dolabındakı səmənini ət maşınından keçirib halva hazırlamaq istədiyi epizodda... Buzluqda unudulmuş və digərləri kimi qırmızı lentlə bəzənməmiş səməni elə Anarın özüdür.
Filmin sonunda Anar evi
- keçmişini yandırır. Artıq o, keçmişsiz
və gələcəksizdir
və yalnız indidən ibarətdir - azaddır.
Məncə, Azərbaycan kinosunun indiki durumunda hər kəs Rasim Gəfərovu kinoya gətirdikləri üçün filmin müəlliflərinə təşəkkür
etməlidir. (O, filmdə o qədər orqanik görünürdü ki...
Bu filmdə ekrana
hamıdan çox yaraşırdı).
Elə operator, rejissor
işinə və digər aktyorlara görə də!
Kino+.- 2007.- 17 avqust.-
S. 3.