Dövlət Film Fonduna yeni sənədlər daxil olub

 

Azərbaycanın ilk kino aktrisalarından olan İzzət Orucovanın sənədləri tapılıb. Mərhum aktrisanın Amerika Birləşmiş Ştatlarında yaşayan nəvəsi Dövlət Film Fondunun əməkdaşlarının səyi nəticəsində arxiv sənədlərini fonda təqdim edib. Bu barədə məlumat verən fond rəhbəri Cəmil Quliyev materialların foto sənədlərdən ibarət olduğunu deyib.
   Qeyd edək ki, İ.Orucova 1929-cu ildə C.Cabbarlının "Sevil", 1934-cü ildə isə "Almaz" filmində oynayıb. Ömrünün sonrakı illərini elmə həsr edən aktrisa sonralar akademik titulunu alıb. İ.Orucova 1909-1983-cü illərdə yaşayıb. Onu da qeyd edək ki, sentyabrda aktrisanın fotolarından ibarət sərgisi açılacaq.
   

Mövqe.-2007.-9-10 avqust.-S.13.