Dublyajın sinonimi xalturadır

 

Kinoşünas Aydın Kazımzadə: "5-10 ildən sonra biz də xarici ölkələrlə müqayisə ediləcəyik"

 

"Əhməd haradadır" və "Ulduz"u xarici bazara çıxarsaq, bizə gülərlər"

 

Bu gün Azərbaycan kinosunun 108 yaşı tamam olur. Bu bayram günündə kino sahəsində çalışa- Aydın müəllim, kinomuzun indiki vəziyyəti sizi qane edirmi?
   - 1988-89-cu illərdə baş vermiş hadisələrlə bağlı tənəzzül durğunluqdan sonra indi kinomuzun irəliyə doğru getdiyini görürük. Artıq kinomuzun dirçəliş dövrü keçdi, artıq inkişafa başlayırıq. Bu inkişafdan sonra inanırıq ki, kinomuz öz sözünü deyəcək. Xüsusilə Prezident ötən il Azərbaycan kinosunun inkişafı ilə bağlı sərəncam verdikdən sonra kinoya diqqət daha da artdı. Bu da kinomuzun gələcəyi üçün böyük təkandır.
   - Azərbaycan kinosunun səviyyəsi xarici ölkələrin kinosu ilə müqayisəolunmaz dərəcədədir. Niyə belədir, kinomuzda çatışmır?
   - Əvvəla xarici ölkələrin filmləri ilə Azərbaycan filmlərini müqayisə etmək düzgün deyil. O zaman müqayisə edə bilərik ki, filmin çəkilişləri üçün yer olsun, avadanlıqlar yenisi ilə əvəzlənsin, müasir standartlara cavab versin ki, camaat da baxa bilsin. İndiki "traktorla" çəkilən filmləri hansı xarici ölkələrə çıxarmaq olar? Onların avadanlıqları ilə çəkilən filmləri bizim filmlərlə yanaşı qoysaq, Azərbaycan kinosuna heç kim baxmaz. Çünki avadanlıqlar artıq köhnəlib bunlar o vaxt Heydər Əliyevin gücünə alınıb. Eyni zamanda, maliyyə problemini bura aid etmək olar. Xaricdə filmlərə ayrılan pulla bizim filmlərə ayrılan vəsait arasında böyük fərq var. Bir filmin çəkilişinə bizdə 1 milyon sərf olunursa, onlarda bu, 30 milyona başa gəlir. Çünki xarici ölkələrdə kinoya sərmayə qoyan sponsorlar var, amma Azərbaycanda yoxdur. Düzdür, indi dövlət kinonun çəkilməsini öz himayəsinə götürüb. Dövlət bunun 3-5-nə himayədarlıq edər , bəs sonrası? Bizim özümüz bu işə təkan verməliyik axı. İndi 3 film prodüserlər mərkəzinə verilib. Bundan belə nəticəyə gəlmək olar ki, prodüser mərkəzləri filmlərin satışı kirayəsi ilə məşğul olacaqlar. Onlar filmi xarici ölkələrə satacaqlar ki, filmə sərf olunan gəlir oradan götürülsün. Bizdə deyirlər ki, bir neçə film, məsələn, "Əhməd haradadır", "Ulduz" filmləri ən gözəl filmlərdir. Əslində isə elə deyil, onlar zəifdir. Onları xarici bazara çıxarsaq, bizə gülərlər. Bundan başqa, sənətkarlarımızın özləri artıq yaşa dolublar bunların yerini dolduran da yoxdur.
   - Onda belə çıxır ki, kinomuzda digər problemlərlə yanaşı, kadr problemi var...
   - Əlbəttə, elədir. Amma bir məqam da var ki, 88-ci ildən bəri boşluq yarandı nəticədə kino tənəzzülə uğradı. Amma artıq son illərdə demək olar ki, gənclərdə kino sahəsinə maraq artıb, onların kino sahəsinə axını başlayıb. Bu da o deməkdir ki, artıq kino var inkişafa doğru gedir. Bir məqamı da qeyd edim ki, Prezidentin kino ilə bağlı sərəncamına tələbələrin xaricdə təhsil alması dublyaj da daxildir. Niyə maraq yaranmasın?
   - Mədəniyyət Turizm Nazirliyinin sifarişi ilə yeni filmlər çəkilir, bəs onların səviyyəsindən razısınızmı? Bu filmlər xarici müsabiqələrdə təmsil oluna bilərmi?
   - Əksəriyyətindən razı deyiləm. Əvvəla, mövzu seçimi düzgün deyil. Hamısı Qarabağa həsr olunub, Qarabağdan da çəkəndə, gərək əsər tamaşaçıya toxunsun. Mən "Fəryad" filmini Qarabağ sızıltılarını yada salan film kimi dəyərləndirirəm. Amma indi 75-ci digər köhnə illərin mövzularını çəkirlər, axı indi o mövzular aktuallığını itirib. Elə bir mövzu tapmalıdılar ki, bu günlə səsləşsin. Onların xarici bazara çıxmasına gəlincə isə indi çəkilən filmlər qısametrajlıdır. Belə filmlərlə xarici bazarda heç etmək olmaz. "Titanik"in qarşısına belə filmləri çıxarmaq olar?
   - Bayaq qeyd etdiniz ki, köhnə filmlərin səviyyəsi aşağıdır. Amma bəzən köhnə filmlərimizi səviyyəsinə görə dəyərləndirirlər. Belə çıxır ki, onlar da xaricdə beynəlxalq festivallarda iştirak etməyə layiq deyil?
   - Bəli, rejissor işinə görə yararsızdır. Amma prodüser işinə görə xaricdə qalib gələn filmlərimiz olub. Əslində isə hər ikisi bir-birini tamamlamalıdır. Latviya rejissorunun bir sözü vardı, deyir, film o vaxt filmdir ki, həm ona tamaşaçı baxsın, həm səviyyəsi yüksək olsun.
   - Sərəncamdan sonra bu yöndə hansı tədbirlər görülməsi nəzərdə tutulub?
   - Pul ayrılıb, xaricdən avadanlıqlar gətiriləcək. İnanıram ki, bundan sonra filmlərin çəkilməsi üçün maliyyə ayrılacaq. Artıq 5-10 ildən sonra biz xarici ölkələrlə müqayisə ediləcəyik.
   - Aydın müəllim, Azərbaycan filmlərinin dublyajı da o qədər ürəkaçan deyil. Yəqin ki, bu da sizi qane etmir...
   - Bəli, bizdə dublyajın səviyyəsi çox aşağıdır.
Əslində, bunun sinonimi "xaltura"dır. Bu sahədə vəziyyət doğrudan da ağrılıdır. Kimin ağlına hansı film gəlir, onu da dublyaj edir. Buradan da belə qənaətə gəlmək olar ki, dublyaj qazanc mənbəyidir. Sərəncamda bu da öz həllini tapacaq. n kino xadimlərinə  aktyorlara da pay düşür. Odur ki, kino barədə kinoşünas Aydın Kazımzadə öz fikirlərini bizimlə bölüşdü

 

Üç nöqtə.-2007.- 2 avqust.-S.13.